Shshh ...
I Fəsil
5Ümumi müddəalar
5Maddə 1. Əsas anlayışlar
5Maddə 2. Sığorta qanunvericiliyi
8Maddə 3. İcbari və könüllü sığorta
8Maddə 4. Sığorta fəaliyyəti ilə bağlı müəyyən sözlərdən digər şəxslərin adlarında istifadəyə qadağalar
9Maddə 5. Sığorta sistemi və sığorta bazarının iştirakçıları
9Maddə 6. Sığorta sirri
9II Fəsil
11Sığortaçının fəaliyyətinin əsasları
11Maddə 7. Sığortaçının hüquqi statusu
11Maddə 8. Sığortaçının qiymətli kağızları
11Maddə 9. Sığortaçının adı
11Maddə 10. Sığorta və təkrarsığorta fəaliyyəti
12Maddə 11. Sığortaçının fəaliyyət istiqamətləri
13Maddə 12. İnhisarın qadağan olunması
14Maddə 13. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması
14Maddə 14. Həyat və qeyri-həyat sığortası, onlara aid olan sığorta sinifləri
14Maddə 15. Sığorta siniflərinə dair tələblər
18Maddə 16. Sığorta növü
18Maddə 17. Həyatın yığım sığortası üzrə fəaliyyətin həyata keçirilməsinin əlavə xüsusiyyətləri
19III Fəsil
19Sığortaçının təsisçiləri və səhmdarları
19Maddə 18. Sığortaçının təsisçilərinin və səhmdarlarının kateqoriyası
19Maddə 19. Sığortaçının təsisçisinə və ya səhmdarına dair tələblər
19Maddə 20. Xarici sığortaçılara dair əlavə tələblər
20Maddə 21. Mühüm iştirak payının əldə edilməsinə və ya əhəmiyyətli nəzarətə razılıq
20Maddə 22. Mühüm iştirak payının əldə edilməsinə və ya əhəmiyyətli nəzarətə razılıq üçün müraciət
21Maddə 23. Səhmdarın məlumat vermək vəzifəsi
21Maddə 24. Səhmdarın səs hüququnun etibarsızlığı
22IV Fəsil
22Səhifə 1
Sığortaçılarda korporativ idarəetmə
22Maddə 25. Sığortaçının idarəetmə orqanları
22Maddə 26. Sığortaçının Səhmdarlarının Ümumi Yığıncağı
22Maddə 27. Sığortaçının Səhmdarlarının Ümumi Yığıncağının iclasları
23Maddə 28. Sığortaçının Direktorlar Şurasının tərkibi və iclasları
24Maddə 29. Sığortaçının Direktorlar Şurasının səlahiyyətləri
24Maddə 30. Sığortaçının Direktorlar Şurasının vəzifələri
26Maddə 31. Sığortaçının İdarə Heyəti
27Maddə 32. Sığortaçının Təftiş Komissiyası, onun tərkibi və iclasları
27Maddə 33. Sığortaçının Təftiş Komissiyasının səlahiyyətləri
28Maddə 34. Sığortaçının Təftiş Komissiyasının vəzifələri
28Maddə 35. Sığortaçının daxili audit xidməti
29Maddə 36. Yardımçı komitələr
29Maddə 37. Sığortaçının rəhbər işçilərinə dair tələblər
29Maddə 38. Sığortaçının rəhbər işçilərinin təyin edilməsi
30Maddə 39. Sığortaçının xarici fiziki şəxs olan rəhbər işçisi
31Maddə 40. Sığortaçının rəhbər işçiləri üçün məlumatların açıqlığı
31Maddə 41. Sığortaçının işçilərinin vəzifələri
31Maddə 42. Sığortaçının rəhbər işçiləri və müstəqil auditoru barədə məlumat
31V Fəsil
32Sığorta və təkrarsığorta fəaliyyətinin lisenziyalaşdırılması
32Maddə 43. Lisenziyalaşdırmaya dair tələblər
32Maddə 44. Lisenziya verilməsi üçün ilkin müraciət zamanı təqdim olunan sənədlər
32Maddə 45. Lisenziya verilməsi üçün ilkin müraciətə baxılması
34Maddə 46. Lisenziya verilməsi üçün ilkin müraciətin rədd edilməsinin əsasları
34Maddə 47. Lisenziya verilməsi üçün yeni ilkin müraciət
35Maddə 48. Lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı müsbət cavabın dəyişdirilməsinin əsasları
35Maddə 49. Sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin dövlət qeydiyyatı
35Maddə 50. Lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunan sənədlər
35Maddə 51. Lisenziya verilməsi üçün yekun müraciətə baxılması
36Maddə 52. Sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya verməkdən imtina edilməsinin əsasları
37Maddə 53. Lisenziyanın forması
37Maddə 54. Lisenziyaların reyestri
38Maddə 55. Sığorta növünün aparılmasına icazə
38Maddə 56. Sığorta növünün aparılmasına icazə verməkdən imtinanın əsasları
39Maddə 57. Müddətsiz lisenziyanın verilməsi ilə bağlı müraciət
39Maddə 58. Müddətsiz lisenziyanın verilməsindən imtinanın əsasları
40Maddə 59. Müddətsiz lisenziyanın verilməsi ilə bağlı müraciətə baxılmasının təxirə salınması
40Maddə 60. Lisenziyanın yenilənməsi
40Maddə 61. Sığortaçıların birləşməsi ilə bağlı lisenziyanın verilməsi
41VI Fəsil
41İnvestisiyalar
41Maddə 62. Sığortaçının investisiya siyasəti
41Maddə 63. Sığortaçının öz vəsaitlərinin investisiyaya yönəldilməsi
41Maddə 64. Sığortaçının sığorta ehtiyatlarını təmin edən vəsaitlərinin investisiyaya yönəldilməsi
42Maddə 65. Sığortaçı tərəfindən verilən borclar
42Maddə 66. Digər hüquqi şəxsdə mühüm iştirak payının alınmasına razılıq
42Maddə 67. Sığortaçının törəmə cəmiyyətləri
43VII Fəsil
43Əlaqəli şəxslərlə bağlanan əqdlər
43Maddə 68. Sığortaçının əlaqəli şəxsləri
43Maddə 69. Əlaqəli şəxslərlə bağlanmasına icazə verilən əqdlər
43Maddə 70. Əlaqəli şəxslərlə bağlanmasına icazə verilən əqdlərə əlavə tələblər
44Maddə 71. Əlaqəli şəxslərlə bağlanmasına icazə verilən əqdlərə məhdudiyyətlər
45IX Fəsil
47Sığortaçının müstəqil auditoru və maliyyə hesabatları
47Maddə 74. Sığortaçının müstəqil auditorunun təyin edilməsi
47Maddə 75. Sığortaçının müstəqil auditorunun əvəz edilməsi
48Maddə 76. Sığorta nəzarəti orqanına müstəqil auditor barədə məlumat verilməsi
48Maddə 77. Sığortaçının auditinin keçirilməsi
48Maddə 78. Sığortaçının illik maliyyə hesabatları, digər hesabatları və məlumatları
49XI Fəsil
51Sığorta vasitəçiləri
51Maddə 82. Sığorta vasitəçilərinin fəaliyyətinin əsasları
52Maddə 83. Sığorta vasitəçiliyi fəaliyyətinin lisenziyalaşdırılması
52Maddə 84. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan sənədlər
53Maddə 85. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün müraciətə baxılması
54Maddə 86. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi
54Maddə 87. Sığorta vasitəçilərinin lisenziyalarının forması, yenilənməsi və reyestri
54Maddə 88. Sığorta brokerinə dair əlavə tələblər
55Maddə 89. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin təsisçiləri və ya iştirakçılarına dair tələblər
55Maddə 90. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adı
55Maddə 91. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçilərinə dair tələblər
56Maddə 92. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçilərinin təyin edilməsi
57Maddə 93. Sığorta vasitəçilərinin hesabatları və məlumatları
57Maddə 94. Sığorta vasitəçilərinin digər fəaliyyət növləri ilə məşğul olması
58XII Fəsil
58Sığorta sektorunda dövlət tənzimləməsi və nəzarəti
58Maddə 95. Sığorta sektorunda dövlət tənzimləməsi və nəzarətinin vəzifələri
58Maddə 96. Sığorta nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsi
59Maddə 97. Səyyar yoxlamalar
59Maddə 98. Səyyar yoxlamanın təyin edilməsi haqqında qərar
60Maddə 99. Səyyar yoxlamanın müddəti
61Maddə 100. Səyyar yoxlama apararkən yoxlayıcıların hüquq və vəzifələri
61Maddə 101. Səyyar yoxlamanın nəticələri
62Maddə 102. Sığorta nəzarəti orqanının təqdimatları
62Maddə 103. Sığorta nəzarəti orqanının sanksiyaları
63Maddə 104. Təqdimatlar və sanksiyalar haqqında qərar
64Maddə 105. Lisenziyanın qüvvəsinin məhdudlaşdırılması
64Maddə 106. Lisenziyanın qüvvəsinin dayandırılması
65Maddə 107. Lisenziyanın ləğvi
66Maddə 108. Lisenziyanın ləğvinin nəticələri
66Maddə 109. Sığortaçının müvəqqəti inzibatçısı
67Maddə 110. Lisenziyanın qüvvəsi məhdudlaşdırıldıqda, dayandırıldıqda və ya lisenziya ləğv edildikdə sığortaçının vəzifələri
68Səhifə 3
Maddə 111. Sığorta növü üzrə fəaliyyətin və ya lisenziyanın qüvvəsinin bərpa edilməsi
68XIII Fəsil
69Sığortaçıların ləğv edilməsi
69Maddə 112. Sığortaçının ləğvinin əsasları
69Maddə 113. Könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası
69Maddə 114. Sığortaçının könüllü qaydada ləğvinin məcburi qaydada ləğvetməyə çevrilməsi
70Maddə 115. Sığortaçının məcburi qaydada ləğv edilməsinin xüsusiyyətləri
70Maddə 116. Məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası
70Maddə 117. Ləğv edilən sığortaçının kreditorlar komitəsi
71Maddə 118. Sığortaçının iflası və müflis elan edilməsinin xüsusiyyətləri
71Maddə 119. Sığortaçının kreditorlarının tələblərinin ödənilməsinin növbəliliyi
71XV Fəsil
74Maddə 125. İcbari sığortalarda işlərin aparılması xərcləri
74Maddə 126. Korporativ idarəetmə ilə bağlı müddəalar
74Maddə 127. Sığortaçıların və sığorta vasitəçilərinin adı ilə bağlı tələblər
74Maddə 128. Həyat və qeyri-həyat sığortası üzrə fəaliyyətin ayrılmasına dair tələblər
75Maddə 129. Könüllü sığorta qaydalarının sığorta qanunvericiliyinə uyğunlaşdırılması
75Maddə 130. Müddətsiz lisenziyaların verilməsi
75Maddə 131. İnvestisiyalara dair tələblər
76Maddə 132. Əlaqəli şəxslərə dair tələblər
76Maddə 133. Sığorta agentlərinə dair tələblər
76Maddə 134. Rəhbər işçilərə dair tələblərin tətbiqi
76Maddə 135. Qanunun qüvvəyə minməsi
76Səhifə 4
Bu Qanun Azərbaycan Respublikasında sığorta sisteminin inkişafının, sığorta bazarının peşəkar iştirakçılarının, o cümlədən sığortaçıların, təkrarsığortaçıların, sığorta vasitəçilərinin fəaliyyətinin əsas istiqamətlərini və prinsiplərini, habelə sığorta sahəsində dövlət tənzimlənməsinin və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Bu Qanun sosial sığorta münasibətlərinə şamil edilmir.
1.1. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.1.1. sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;
1.1.2. təkrarsığorta – sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı risklərin bütövlükdə, yaxud bir hissəsinin təkrarsığortaçı ilə bağlanmış müqaviləyə müvafiq olaraq ötürülməsi və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;
1.1.3. sığortaçı – bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs;
1.1.4. sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi;
1.1.5. sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
1.1.6. faydalanan şəxs - icbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs;
1.1.7. təkrarsığortaçı – sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyası olan ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri əsasında sığortalanmış (təkrarsığortalanmış) riskləri təkrarsığortalayan (təkrarsığortaya qəbul edən) tərəf;
1.1.8. təkrarsığortalı – sığortaladığı və ya təkrarsığortaladığı riskləri təkrarsığorta müqaviləsi əsasında təkrarsığorta etdirən (təkrarsığortaya ötürən) sığortaçı və ya təkrarsığortaçı;
1.1.9. sığorta nəzarəti orqanı – sığorta sektorunda dövlət tənzimləməsi və nəzarəti funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;
Səhifə 5
1.1.10. sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
1.1.11. sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
1.1.12. sığorta qaydaları - sığorta qanunvericiliyinə uyğun olaraq, sığortaçının həyata keçirdiyi könüllü sığorta növünün əsaslandığı, sığortaçının özü tərəfindən və ya sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada hazırlanan, həmin sığorta növü üzrə qayda və şərtləri müəyyən edən sənəd;
1.1.13. sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
1.1.14. sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
1.1.15. sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
1.1.16. qaytarılan məbləğ – həyatın yığım sığortası üzrə müqaviləyə vaxtından əvvəl xitam verilərkən sığortaçının sığortalıya ödəməli olduğu pul məbləği;
1.1.17. sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya hal;
1.1.18. sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
1.1.19. sığorta hadisəsi – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
1.1.20. sığorta tələbi – sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; bu anlayış təkrarsığorta müqavilələri üzrə təkrarsığortalının təkrarsığortaçıya etdiyi müvafiq müraciətinə münasibətdə “təkrarsığorta tələbi” kimi işlədilir;
1.1.21. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
1.1.22. şəxsi tutum – sığorta və ya təkrarsığorta müqaviləsinə əsasən sığorta riskinin sığortaçının (təkrarsığortalının) öhdəliyində qalan hissəsi;
1.1.23. şərikli sığorta – sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərinin birgə sığortalanması və sığorta ödənişi üzrə öhdəliklərin bölüşdürülməsi
Səhifə 6
barədə bir neçə sığortaçının öz aralarında bağladıqları müqavilədən yaranan hüquqi və iqtisadi münasibətlər mexanizmi;
1.1.24. həyatın yığım sığortası – sığortalının müntəzəm şəkildə ödədiyi sığorta haqlarının sığortaçıda müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılmasının forması;
1.1.25. aktuari – qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
1.1.26. lisenziya – sığortaçıya sığorta fəaliyyətini, təkrarsığortaçıya təkrarsığorta fəaliyyətini, sığorta brokerinə sığorta brokeri fəaliyyətini, sığorta agentinə sığorta agenti fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəd;
1.1.27. tələb olunan kapital – sığortaçının maliyyə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün tələb olunan vəsaiti ifadə edən məbləğ;
1.1.28. sığortaçının öz vəsaiti – sığortaçının öhdəliklərindən azad olan, məbləği sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən qaydalara əsasən hesablanan vəsaitləri;
1.1.29. məcmu kapital – sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi üçün lazım olan vəsaitin mövcud məbləği;
1.1.30. şəxs – fiziki şəxs və ya hüquqi şəxs;
1.1.31. yerli hüquqi şəxs – Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən istənilən hüquqi şəxs;
1.1.32. xarici fiziki şəxs – Azərbaycan Respublikasının vətəndaşı olmayan və daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olmayan fiziki şəxs;
1.1.33. xarici hüquqi şəxs – yerli hüquqi şəxs anlayışı ilə əhatə edilməyən hüquqi şəxslər;
1.1.34. xarici sığortaçı – öz ölkəsinin qanunvericiliyinə əsasən sığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxs;
1.1.35. xarici təkrarsığortaçı – öz ölkəsinin qanunvericiliyinə əsasən təkrarsığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxs;
1.1.36. törəmə cəmiyyət - bu Qanunun məqsədləri üçün idarə edilməsində əsas təsisçisinin (səhmdarının) əhəmiyyətli nəzarətə malik olduğu hüquqi şəxs;
1.1.37. asılı cəmiyyətlər - biri digərinin və ya onların hər birinin eyni üçüncü şəxsin (şəxslərin) əhəmiyyətli nəzarəti altında olan hüquqi şəxslər;
1.1.38. əhəmiyyətli müqavilə - bu Qanunun məqsədləri üçün, hər hansı şəxsə onun hüquqi şəxsin səhmlərinə malik olub-olmamasından asılı olmayaraq həmin hüquqi şəxsə qərarların qəbul edilməsində mühüm təsir göstərmək səlahiyyəti verən müqavilə;
1.1.39. əhəmiyyətli nəzarət – bu Qanunun məqsədləri üçün səhmdarın hüquqi şəxsin yerləşdirilmiş adi səhmlərinin 50 faizinə və ya daha çox hissəsinə malik olması, yaxud əhəmiyyətli müqavilə əsasında hər hansı şəxs tərəfindən hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı;
1.1.40. mühüm iştirak payı – nizamnamə kapitalında yerləşdirilmiş səhmlərin 20 və ya daha çox faizinə birbaşa və ya dolayı yolla malik olma; şəxs hüquqi şəxsdə o zaman dolayı yolla mühüm iştirak payının sahibi hesab edilir ki,
Səhifə 7
o, bu hüquqi şəxsdə mühüm iştirak payına malik olan digər hüquqi şəxsə əhəmiyyətli nəzarəti həyata keçirsin;
1.1.41. vətəndaş qüsursuzluğu – bu Qanunda nəzərdə tutulan şəxslər üçün:
1.1.41.1. qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması;
1.1.41.2. mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə heç zaman məhkumluğun olmaması;
1.1.41.3. müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qadağa qoyulmaması;
1.1.42. yaxın qohumlar – bu Qanunun məqsədləri üçün ər, arvad, valideynlər, övladlar, övladlığa götürülənlər, bacılar, qardaşlar, ərin və ya arvadın valideynləri, bacıları, qardaşları.
1.2. Aşağıdakı hallarda bu Qanunla müəyyənləşdirilmiş sığortaçı və xarici sığortaçı anlayışları müvafiq olaraq təkrarsığortaçını və ya xarici təkrarsığortaçını da əhatə edir:
1.2.1. müvafiq müddəada xüsusi olaraq fərqləndirilmədikdə;
1.2.2. yalnız sığortaçıya və ya xarici sığortaçıya münasibətdə tətbiq edilə bilən məzmun ifadə olunmadıqda;
1.2.3. eyni cümlədə həm sığortaçı, həm də təkrarsığortaçı, yaxud həm xarici sığortaçı, həm də xarici təkrarsığortaçı anlayışından istifadə edilmədikdə;
1.2.4. sığortaçı və ya xarici sığortaçı anlayışından istifadə olunan müddəada yalnız təkrarsığortaçıya və ya xarici təkrarsığortaçıya şamil olunan başqa hal müəyyən edilmədikdə.
2.1. Azərbaycan Respublikasının sığorta qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan və onun əsasında qəbul edilən normativ hüquqi aktlardan, icbari sığorta qanunvericiliyindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Sığorta nəzarəti orqanı sığorta bazarının tənzimlənməsi üzrə sığorta qanunvericiliyinə müvafiq olan normativ hüquqi aktlar qəbul etmək, həmçinin sığortaçılar və sığorta vasitəçiləri üçün normativləri müəyyən etmək səlahiyyətinə malikdir.
3.1.İcbari və ya könüllü sığorta müqaviləsini yalnız müvafiq sığorta növünü aparmağa sığorta nəzarəti orqanından icazəsi olan sığortaçı bağlaya bilər.
3.2.İcbari sığortanın növləri, aparılması qaydaları və şərtləri sığorta qanunvericiliyi ilə müəyyən edilir.
Səhifə 8
3.3. Bu Qanuna uyğun olaraq başqa hal tətbiq edilmirsə könüllü sığortanın növləri və müvafiq sığorta qaydaları sığortaçı tərəfindən müəyyən edilir.
3.4. Qanunvericiliklə müəyyən edilmiş hallar istisna edilməklə icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz.
4.1. Sığortaçı, təkrarsığortaçı və ya sığorta vasitəçisi olmayan hüquqi şəxslərin öz adında “sığorta”, “təkrarsığorta”, “sığorta brokeri”, yaxud “sığorta agenti” sözlərini, həmçinin həmin sözlərdən törəmiş, özündə sığorta və təkrarsığorta əməliyyatlarının həyata keçirilməsini, yaxud sığorta vasitəçiliyini ifadə edən digər sözləri istifadə etməsi qadağandır.
4.2. Sığorta vasitəçiliyi fəaliyyəti üzrə lisenziyası ləğv olunmuş, yaxud bu Qanunda nəzərdə tutulmuş hər hansı növ lisenziya verilməsindən imtina edilmiş hüquqi şəxs, bu barədə sığorta nəzarəti orqanının müvafiq qərarının qəbul edildiyi tarixdən 2 ay müddətində bu Qanunun 4.1-ci maddəsinin tələbini təmin etməli və ya könüllü qaydada ləğv edilməlidir.
4.3. Hüquqi şəxs bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət etmədikdə sığorta nəzarəti orqanının iddiası əsasında məhkəmənin qərarı ilə məcburi qaydada ləğv olunur.
5.1. Sığorta sistemi sığorta bazarının iştirakçılarından və sığorta nəzarəti orqanından ibarətdir.
5.2. Sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, aktuarilər, müstəqil auditorlar, müstəqil ekspertlər, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər və sığorta qanunvericiliyində peşəkar iştirakçı kimi nəzərdə tutulmuş başqa şəxslər sığorta bazarının peşəkar iştirakçılarıdır.
5.3. Sığortalılar, sığorta olunanlar, faydalanan şəxslər və sığorta qanunvericiliyində nəzərdə tutulmuş başqa şəxslər sığorta bazarının digər iştirakçılarıdır.
6.1. Aşağıdakı məlumatlar sığorta sirri hesab edilir:
6.1.1. sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin adı, ünvanı və digər şəxsi məlumatları;
6.1.2. hər hansı sığorta müqaviləsinin sığorta məbləği və ya qaytarılan məbləğ;
Səhifə 9
6.1.3. hər hansı sığorta müqaviləsi üzrə ödənilmiş, yaxud ödənilməmiş sığorta haqqı;
6.1.4. hüquqi şəxs olan sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin kommersiya və ya biznes sirri;
6.1.5. sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin şəxsi və ailə həyatı ilə bağlı, o cümlədən səhhətinə və əmlakına aid məlumatlar.
6.2. Sığorta bazarının peşəkar iştirakçıları peşəkar fəaliyyətləri nəticəsində əldə etdikləri sığorta sirri hesab edilən məlumatları qorumalı, həmin məlumatları aşağıdakı hallardan başqa digər şəxslərə açıqlamamalıdırlar:
6.2.1. sığorta sirrinin aid olduğu şəxsin yazılı razılığı əsasında;
6.2.2. təkrarsığorta və ya şərikli sığorta müqaviləsi bağlamaq məqsədilə təkrarsığorta və ya şərikli sığorta müqaviləsinin digər tərəfinə;
6.2.3. səlahiyyətli orqanın qərarı əsasında ibtidai istintaq orqanının icraatında olan cinayət işləri üzrə həmin orqana;
6.2.4. məhkəmənin qərarı əsasında onun icraatında olan işlər üzrə həmin məhkəməyə;
6.2.5. sığorta sistemində tənzimləmə və nəzarət funksiyalarının yerinə yetirilməsi ilə bağlı məsələlər üzrə sığorta nəzarəti orqanının yazılı tələbi əsasında həmin orqana;
6.2.6. sığorta risklərinin qiymətləndirilməsi, sığorta hadisəsinin araşdırılması və (və ya) zərərlərin tənzimlənməsi üçün lazım olan istənilən məsələlər üzrə sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslərə və sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta əməliyyatlarına cəlb olunmuş müstəqil ekspertlərə;
6.2.7. icbari sığorta haqqında qanunvericiliyə müvafiq olaraq digər şəxslərə;
6.2.8. fiziki şəxs sığortalı, sığorta olunan və ya faydalanan şəxs öldükdə aşağıdakı şəxslərə:
6.2.8.1. notariat qaydasında təsdiq edilmiş ərizələri əsasında vərəsələrə;
6.2.8.2. məhkəmənin qərarı əsasında icraatında ölmüş müvafiq şəxslə bağlı vərəsəlik işləri olan məhkəməyə;
6.2.8.3. şəxsin ölməsi haqqında şəhadətnamənin surəti əlavə olunmaqla müvafiq notariusun yazılı sorğusu əsasında ölmüş şəxslə bağlı vərəsəlik məsələlərinə baxan notariusa;
6.2.8.4. xarici ölkələrin konsulluq idarələrinin yazılı sorğusu əsasında icraatlarında ölmüş şəxslə bağlı vərəsəlik işləri olan həmin idarələrə.
6.2.9. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda maliyyə monitorinqi orqanına.1
6.3. Sığorta sirrini qanuni yolla əldə edən bütün şəxslər onu yaymağa və digər şəxslərə açıqlamağa görə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Səhifə 10
7.1. Azərbaycan Respublikasının ərazisində sığorta və təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq lisenziya alınmalıdır.
7.2. Sığortaçı Azərbaycan Respublikasının ərazisində hər hansı sığorta növünü aparmaq üçün sığorta nəzarəti orqanından müvafiq icazə almalıdır.
7.3. Azərbaycan Respublikasının ərazisində təkrarsığorta fəaliyyətinin müstəsna fəaliyyət növü kimi həyata keçirilməsi üçün bu Qanunda nəzərdə tutulmuş qaydada lisenziya alınmalıdır.
7.4. Bu Qanunun 7.1-7.3-cü maddələrinə əməl etməyən şəxslər müvafiq qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
7.5. Sığortaçı öz fəaliyyətini bu Qanuna, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına və öz nizamnaməsinə uyğun olaraq həyata keçirən, ictimai əhəmiyyətli qurum olan kommersiya təşkilatıdır.
7.6. Sığortaçı kommersiya təşkilatı olan hüquqi şəxs olmaqla yalnız açıq səhmdar cəmiyyəti təşkilati-hüquqi formasında fəaliyyət göstərə bilər.
8.1. Sığortaçının qiymətli kağızları, o cümlədən səhmləri yalnız adlı qiymətli kağız kateqoriyasında olmalıdır.
8.2. Sığortaçının nizamnamə kapitalını təşkil edən səhmlər yalnız adi səhm formasında olmalıdır.
9.1. Sığortaçının adı Azərbaycan dilində müəyyən olunmalıdır.
9.2. Sığortaçının adında məna ifadə etməyən sözlərdən, o cümlədən hərf birləşmələrindən ibarət olan adlardan istifadə edilməsi qadağandır.
9.3. Sığortaçı adının əks olunduğu lövhələrdə, blanklarda, möhürlərdə və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlarda, reklam və elanlarda nizamnaməsində müəyyən olunan tam və ya qısaldılmış addan istifadə etməlidir.
9.4. Sığortaçının tam adında «sığorta» sözünün olması məcburidir.
9.5. Müstəsna olaraq həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçının tam adında «həyat» sözünün olması məcburidir.
9.6. Təkrarsığortaçının tam adında «təkrarsığorta» sözünün olması məcburidir.
Səhifə 11
9.7. Sığortaçının adında «Azərbaycan», «dövlət», «milli», «mərkəzi», «büdcə», «respublika» sözlərindən qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə olunur.
9.8. Sığortaçının öz adında əvvəllər təsis edilmiş və fəaliyyət göstərən sığortaçıların, habelə xarici sığortaçıların adları ilə eyni olan, yaxud bir-biri ilə dəyişik salınacaq dərəcədə oxşar olan söz və ya söz birləşmələrindən istifadə etməsi qadağandır.
9.9. Öz adında səhmlərinin əlli faiz və ya daha çox hissəsinə malik olan xarici səhmdarının adından istifadə edən sığortaçıya bu Qanunun 9.1-ci və 9.8-ci maddələrinin tələbləri şamil olunmur.
9.10. Sığortaçı adında edilən dəyişikliklə bağlı müvafiq sənədləri hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün səlahiyyətli orqana təqdim etməzdən əvvəl həmin dəyişikliyi sığorta nəzarəti orqanı ilə razılaşdırmalıdır.
10.1. Sığorta fəaliyyəti sığortaçı tərəfindən sığorta risklərinin qəbul edilməsi, yerləşdirilməsi və ya bölüşdürülməsi üzrə sığorta müqavilələrinin bağlanması və yerinə yetirilməsi ilə əlaqədar olan, sığorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür.
10.2. Təkrarsığorta fəaliyyəti sığortaçı tərəfindən digər sığortaçılardan sığorta risklərinin qəbul edilməsi və ya həmin risklərin bölüşdürülməsi üzrə təkrarsığorta müqavilələrinin bağlanması və yerinə yetirilməsi ilə əlaqədar olan, sığorta fəaliyyətinə və ya təkrarsığorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür.
10.3. Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin sığortalanması yalnız yerli sığortaçılar tərəfindən həyata keçirilir.
10.4. Sığortalılar sığortaçıları seçməkdə sərbəstdirlər.
10.5. Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin yerli sığortaçılarda sığortalanmasında və ya təkrarsığortalanmasında yalnız yerli sığorta brokerlərinin vasitəçiliyindən istifadə olunmalıdır.
10.6. Sığortaçılar Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafeləri üzrə riskləri yerli sığortaçılarda və ya bu Qanunun tələblərinə cavab verən, həmçinin bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş xarici sığortaçılarda təkrarsığortalaya bilərlər. Belə təkrarsığorta birbaşa, yerli sığorta brokerləri və ya bu Qanunun tələblərinə cavab verən, həmçinin bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş xarici sığorta brokerləri vasitəsilə həyata keçirilə bilər.
10.7. Sığortaçıların Azərbaycan Respublikasından xaricdə filial və nümayəndəlikləri yalnız sığorta nəzarəti orqanının razılığı ilə açıla bilər.
Səhifə 12
10.8. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları sığortaçının fəaliyyətinə qarışa, onun əmlakına, o cümlədən bank hesablarındakı vəsaitlərinə sərəncam verə bilməzlər.
10.9. Sığorta risklərinin və zərərlərin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması, həmçinin zərərlərin tənzimlənməsi ilə bağlı xidmətlər sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən həyata keçirildikdə də, bu fəaliyyət sığorta xidmətlərinin tərkib hissəsi hesab edilir.
10.10.Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığortaçılar və ya sığorta brokerləri tərəfindən xidmət göstərmək üçün cəlb oluna bilərlər.
11.1. Sığorta və təkrarsığorta fəaliyyəti sığortaçının, müstəsna olaraq təkrarsığorta fəaliyyəti isə təkrarsığortaçının həyata keçirdiyi əsas fəaliyyət növüdür.
11.2. Sığortaçı əsas fəaliyyətindən başqa, lisenziya alınması tələb olunmayan aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilər:
11.2.1. mütəxəssislərin ixtisasının artırılması məqsədilə sığorta bazarının peşəkar iştirakçıları üçün təlimin təşkili və keçirilməsi;
11.2.2. sığortaya və əlaqəli fəaliyyət sahələrinə aid xüsusi ədəbiyyatın müxtəlif növ məlumat daşıyıcılarında hazırlanması və satışı;
11.2.3. informasiya texnologiyaları əsasında sığorta ilə bağlı xüsusi proqram təminatının hazırlanması və satışı;
11.2.4. sığorta ilə bağlı məsələlər, o cümlədən zərərlərin qarşısının alınması üzrə məsləhət xidmətlərinin göstərilməsi;
11.2.5. müştərilərinin sənədlərinin hüquqi ekspertizasının, habelə zərərlərin tənzimlənməsi zamanı hüquqi ekspertizanın keçirilməsi;
11.2.6. sığorta risklərinin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması, həmçinin zərərlərin tənzimlənməsi üzrə hüquqi, texniki və təşkilati yardımın göstərilməsi.
11.3. Təkrarsığortaçılar bütün sığorta sinifləri üzrə təkrarsığorta əməliyyatları apara bilərlər.
11.4. Hər hansı bir sığorta növünü həyata keçirməyə icazəsi olan sığortaçı həmin sığorta növünün əhatə etdiyi sığorta sinifləri üzrə təkrarsığorta fəaliyyətini həyata keçirə bilər.
11.5. Sığorta müqaviləsi üzrə sığortaçı sığorta etdiyi riskləri təkrarsığorta etdirdikdə təkrarsığorta müqaviləsi üzrə təkrarsığortalı hesab olunur.
11.6. Təkrarsığortanın təşkili üçün sığortaçılar birgə fəaliyyət müqaviləsi əsasında təkrarsığorta daxılları təsis edə bilərlər.
Səhifə 13
12.1. Sığortaçıların və sığorta brokerlərinin sığorta xidmətlərinin inhisara alınmasına və sığorta bazarında rəqabətin məhdudlaşdırılmasına yönələn sazişlər bağlaması, həmçinin bunlara səbəb ola bilən əməliyyatlar aparması qadağandır.
12.2. Sığorta bazarında inhisara qarşı müəyyən edilən qaydaların yerinə yetirilməsinə və tədbirlərin həyata keçirilməsinə nəzarət müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
12.3. Dövlət orqanlarının, onların struktur bölmələrinin, tabeliyində olan təşkilatların, yerlərdə olan bölmələrinin inzibati binalarında və ərazilərində sığortaçıların filial və nümayəndəliklərinin, habelə sığorta vasitəçilərinin fəaliyyət göstərməsi, o cümlədən sığorta müqavilələrinin bağlanması qadağandır.
13.1. Sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı pul vəsaitləri və digər əməliyyatlar barədə məlumatları maliyyə monitorinqi orqanına təqdim edir, özünün daxili nəzarət sistemini hazırlayır və tətbiq edir, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş digər tədbirləri həyata keçirirlər.
Sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri qanunla müəyyən olunmuş hallarda və qaydada müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, habelə onlar barədə əldə olunmuş eyniləşdirilmə məlumatlarının verifikasiyası üçün tədbirlər görməli, məlumatın sənədləşdirilməsi və saxlanması tələblərinə əməl etməlidirlər.
13.2. Bu Qanunun 13.1-ci maddəsində göstərilən tələblərdən başqa digər tələblər “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar ilə müəyyən edilir.
14.1. Sığortaçılar həyat sığortası və ya qeyri-həyat sığortası (ümumi sığorta) sahələrindən yalnız biri üzrə fəaliyyət göstərə bilərlər.
14.2. Həyat sığortası sığorta obyektinə görə şəxsi sığortaya aid olan aşağıdakı sığorta siniflərini özündə birləşdirir:
Səhifə 14
14.2.1. sığortalı və ya sığorta olunan öldükdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın ölüm halından sığortası;
14.2.2. sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın yaşam sığortası;
14.2.3. sığorta olunanın müəyyən yaşa çatması, yaşı, əlilliyi, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu3 və ya xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirməsi, ailə başçısını itirməsi, işsiz qalması və şəxsi gəlirlərinin azalmasına, yaxud itirilməsinə səbəb olan digər hallarda pensiya, yaxud renta şəklində dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan annuitet sığortası;
14.2.4. sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədilə vaxtaşırı4 sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan əmək qabiliyyətinin itirilməsi hallarından sığorta5;
14.2.5. sığorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan xəstəlik müəyyən edildikdə sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan sağalmaz xəstəliklərdən sığorta.
14.3. Qeyri-həyat sığortası (ümumi sığorta) özündə aşağıdakı sığorta siniflərini birləşdirir:
14.3.1. sığorta obyektinə görə şəxsi sığortaya aid olan siniflər:
14.3.1.1. sığorta olunan bədbəxt hadisə, yaxud xəstəlik nəticəsində öldükdə, ümumi hallarla, yaxud peşəsi ilə bağlı əmək qabiliyyətini tam və ya qismən itirdikdə, yaxud sağlamlığına başqa cür xəsarət dəydikdə, müqavilədə müəyyən edilən məbləğdə, həmçinin sığorta olunanın əlavə xərclərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan fərdi qəza və xəstəlik sığortası;
14.3.1.2. tibbi sığorta proqramına daxil edilən tibbi xidmətlərə görə sığorta olunanın tibb müəssisələrinin ona göstərdiyi xidmətlərlə əlaqədar yaranan xərclərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan tibbi sığorta;
14.3.1.3. bu Qanunun 14.3.1.1-ci və 14.3.1.2-ci maddələrində göstərilməyən, sığorta obyektinə görə şəxsi sığortaya aid olan digər siniflər.
14.3.2. Sığorta obyektinə görə əmlak sığortasına aid olan əmlakın sığortası üzrə aşağıdakı siniflər:
14.3.2.1. Bu Qanunun 14.3.2.2 – 14.3.2.5-ci maddələrində sadalanmış əmlak istisna olmaqla, digər əmlakın, onun ərazisində və (və ya) içərisində yerləşən başqa əmlakla birlikdə, yaxud ayrılıqda yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı
Səhifə 15
sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan əmlakın yanğından və digər risklərdən sığortası;
14.3.2.2. avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin sığortası;
14.3.2.3. dəmiryol nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan dəmiryol nəqliyyatı vasitələrinin sığortası;
14.3.2.4. hava nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan hava nəqliyyatı vasitələrinin sığortası;
14.3.2.5. su nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan su nəqliyyatı vasitələrinin sığortası;
14.3.2.6. daşıma üsulundan asılı olmayaraq yükün zədələnməsi, korlanması, məhv olması, yaxud hər hansı formada itkisi nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan yüklərin (nəqliyyat) sığortası;
14.3.2.7. bu Qanunun 14.3.2.1-14.3.2.6-cı maddələrində göstərilməyən, sığorta obyektinə görə əmlak sığortasına aid olan əmlakın sığortası ilə bağlı digər siniflər.
14.3.3. Sığorta obyektinə görə əmlak sığortasına aid olan mülki məsuliyyətin sığortası üzrə aşağıdakı siniflər:
14.3.3.1. sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış avtomobil nəqliyyatı vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;
14.3.3.2. sığortalıya məxsus dəmiryol nəqliyyatı vasitəsindən istifadə olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;
14.3.3.3. sığortalıya məxsus hava nəqliyyatı vasitəsindən istifadə olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi
Səhifə 16
miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;
14.3.3.4. sığortalıya məxsus su nəqliyyatı vasitəsindən istifadə olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;
14.3.3.5. sığortalının yükdaşıyan qismində nəqliyyat vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan yük daşıyanın mülki məsuliyyətinin sığortası;
14.3.3.6. sığortalı müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətini sığorta etdirdiyi hallarda müvafiq sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası;
14.3.3.7.lazımi ixtisas keyfiyyətlərinə malik olan müxtəlif peşə sahiblərinin peşəkar fəaliyyətləri zamanı etdiyi səhv və ya yol verdiyi ehtiyatsızlıq, yaxud diqqətsizlik üzündən xidmət göstərdiyi üçüncü şəxslərə dəyən zərər üzrə öhdəlikləri ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan peşə məsuliyyətinin sığortası;
14.3.3.8. işçinin əmək funksiyalarını yerinə yetirərkən sağlamlığına dəyən xəsarət, yaranan xəstəliyi, yaxud ölümü nəticəsində onun əmlak mənafeləri ilə bağlı olan xərclərin əvəzinin işçiyə və ya ailəsinə ödənilməsi ilə əlaqədar işəgötürənin öhdəlikləri üzrə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan işəgötürənin məsuliyyət sığortası;
14.3.3.9. bu Qanunun 14.3.3.1-14.3.3.8-ci maddələrində göstərilməyən, sığorta obyektinə görə əmlak sığortasına aid olan ümumi mülki məsuliyyətin sığortası.
14.3.4. Sığorta obyektinə görə əmlak sığortasına aid olan kredit sığortası üzrə aşağıdakı siniflər:
14.3.4.1. müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar kredit verilmiş şəxsin krediti qaytarmaması nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan kreditlərin sığortası;
14.3.4.2. ipoteka qoyulan əmlakın bazar qiymətinin düşməsi ilə əlaqədar ipoteka müqaviləsi üzrə borclunun həmin müqavilə ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan ipoteka sığortası;
14.3.4.3. bu Qanunun 14.3.4.1-14.3.4.2-ci maddələrində göstərilməyən, sığorta obyektinə görə əmlak sığortasına aid olan kreditlərin sığortası üzrə digər siniflər.
Səhifə 17
14.3.5. Sığorta obyektinə görə əmlak sığortasına aid olan qarışıq maliyyə risklərinin sığortası üzrə aşağıdakı siniflər:
14.3.5.1. əmlakın bazar qiymətinin düşməsi halında ondan istifadə ilə əlaqədar sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan bazar dəyərinin düşməsi riskindən sığorta;
14.3.5.2. sığortalının kommersiya fəaliyyətində sığorta hadisəsi nəticəsində baş verən fasilə ilə əlaqədar, onun əmlak mənafelərinə əldən çıxan fayda və əlavə xərclərlə bağlı dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan işin dayanması ilə bağlı risklərdən sığorta.
15.1. Bu Qanunun 14.2.2-ci və 14.2.3-cü maddələrində nəzərdə tutulmuş sığorta sinifləri həyatın yığım sığortasına aiddir.
15.2. Bu Qanunun 14.3.2-ci maddəsində göstərilmiş hər hansı sığorta sinifi üzrə sığortaçının zərərliliyi sığorta nəzarəti orqanının müəyyən etdiyi həddən artıq olduqda o, həmin sinifə aid bir ildən çox müddəti əhatə edən sığorta müqavilələri bağlaya bilməz. Zərərlilik dərəcəsinin müəyyən olunması qaydası sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.
15.3. Bu Qanunun 14.3.3.1-14.3.3.5-ci və 14.3.3.9-cu maddələrinə əsasən mülki məsuliyyətin sığortasında həm sığortalının özünün, həm də üzərinə bu cür öhdəlik qoyula bilən digər şəxsin məsuliyyəti sığortalana bilər. Mülki məsuliyyəti bu cür sığortalanan digər şəxsin (şəxslərin) adı və ya kateqoriyası sığorta müqaviləsində göstərilməlidir. Digər şəxsin (şəxslərin) mülki məsuliyyətinin sığortalanması müqavilədə qeyd edilmədiyi halda yalnız sığortalının özünün mülki məsuliyyəti sığortalanmış hesab edilir.
16.1. Sığorta növü sığortaçı tərəfindən bir, yaxud bir neçə sığorta sinifləri əsasında təklif edilən və sığorta müqaviləsi bağlanması yolu ilə sığortalılara təqdim olunan sığorta məhsuludur.
16.2. Yalnız sığorta nəzarəti orqanından icazə aldıqdan sonra sığortaçı müvafiq sığorta növü üzrə sığorta müqavilələri bağlaya bilər.
16.3. Bu Qanunun 16.5-ci maddəsində nəzərdə tutulmuş müəyyən qaydalar mövcud olmadıqda sığortaçı könüllü sığorta növünün aparılmasına icazə almaq üçün hazırladığı müvafiq sığorta qaydalarını sığorta nəzarəti orqanı ilə razılaşdırmalıdır.
16.4. İcbari sığortanın hər bir növünün aparılması üzrə əlavə tələblər sığorta qanunvericiliyi ilə müəyyən edilir.
Səhifə 18
16.5. Sığorta nəzarəti orqanı fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növü üzrə bütün sığortaçılar üçün məcburi olan sığorta qaydalarını qəbul edə bilər.
17.1. Həyatın yığım sığortası üzrə fəaliyyət göstərən sığortaçı sığorta olunan şəxsə sığorta müqaviləsinin ən azı 2 il müddətində qüvvədə olması şərti ilə, qaytarılan məbləğin 50 faizi həddində, həmin məbləğ girov qoyulmaqla borc verə bilər. Bu halda borc sığorta müqaviləsinin qüvvədə olma müddətinin başa çatmasınadək qalmış vaxtdan çox müddətə verilə bilməz. Bu maddədə nəzərdə tutulmuş borcun verilməsi qaydaları sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.
17.2. Annuitet müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçı dövri sığorta ödənişlərinin miqdarını aktuarinin rəyi əsasında artıra bilər.
18.1. Bu Qanunun tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, yerli hüquqi şəxslər, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatları və xarici sığortaçılar sığortaçının təsisçisi və (və ya) səhmdarı ola bilərlər.
18.2. Aşağıdakı şəxslər sığortaçının təsisçisi və ya səhmdarı ola bilməz:
18.2.1. xarici fiziki şəxslər;
18.2.2. vətəndaşlığı olmayan şəxslər;
18.2.3. bu Qanunun 19.3-cü maddəsinin tələblərinə cavab verən xarici sığortaçılar istisna olmaqla, digər xarici hüquqi şəxslər;
18.2.4. xarici hüquqi şəxsin törəmə cəmiyyəti olan yerli hüquqi şəxslər;
18.2.5. siyasi partiyalar;
18.2.6. qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar);
18.2.7. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatları istisna olmaqla, digər beynəlxalq təşkilatlar.
19.1.Azərbaycan Respublikasının vətəndaşı sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün aşağıdakı tələblərə cavab verməlidir:
Səhifə 19
19.1.1. müvafiq səhmləri almaq üçün kifayət qədər maliyyə vəsaitinin olması;
19.1.2. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda - vətəndaş qüsursuzluğu.
19.2. Yerli hüquqi şəxs sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün aşağıdakı tələblərə cavab verməlidir:
19.2.1. qanunvericiliklə tələb olunduğu halda fəaliyyət göstərdiyi sahə üzrə maliyyə sabitliyi normativlərinə uyğunluğu;
19.2.2. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda - öz icra orqanının rəhbər işçilərinin vətəndaş qüsursuzluğu.
19.3. Xarici sığortaçı sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün aşağıdakı tələblərə cavab verməlidir:
19.3.1. öz ölkəsinin qanunvericiliyinin tələblərinə müvafiq olaraq maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə uyğunluğu;
19.3.2. fəaliyyətində qanun pozuntusuna yol verməməsi faktının öz ölkəsinin sığorta nəzarəti orqanı tərəfindən təsdiq edilməsi;
19.3.3. son beş il ərzində öz ölkəsində fasiləsiz olaraq sığorta və (və ya) təkrarsığorta fəaliyyətini həyata keçirməsi;
19.3.4. beynəlxalq reytinq təşkilatları tərəfindən verilmiş və sığorta nəzarəti orqanının təsdiq etdiyi qaydalara uyğun olan müvafiq reytinqə malik olması.
20.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici sığortaçıların payının son həddi və bu payın hesablanması qaydaları sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.
20.2. Xarici sığortaçının Azərbaycan Respublikasının ərazisində filial açması qadağandır.
21.1. Heç bir şəxs, o cümlədən sığortaçının təsisçisi və səhmdarı sığorta nəzarəti orqanının razılığı olmadan sığortaçının adi səhmlərini almaqla, onun nizamnamə kapitalında mühüm iştirak payına malik olması, həmçinin sığortaçının üzərində əhəmiyyətli nəzarəti həyata keçirməsi ilə nəticələnən müqavilə bağlaya bilməz.
21.2. Şəxs sığortaçıda mühüm iştirak payını tam və ya qismən bu Qanunun tələblərini pozmaqla əldə edərsə, sığorta nəzarəti orqanı həmin payın və ya onun müvafiq hissəsinin müəyyənləşdirdiyi müddət ərzində ləğv edilməsi barədə şəxsə yazılı göstəriş verir.
Səhifə 20
22.1. Sığortaçıda mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmaq istəyən şəxs bu Qanunun tələblərinə uyğunluğunu təsdiq edən sənədləri əlavə etməklə niyyətini sığorta nəzarəti orqanı ilə razılaşdırmaq üçün yazılı müraciət etməlidir.
22.2. Sığorta nəzarəti orqanı bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş müraciətə baxarkən təqdim olunmuş sənədlərdə və ya məlumatlarda çatışmazlıq və ya bu Qanuna uyğunsuzluq aşkar edərsə, müraciəti aldığı tarixdən etibarən 20 təqvim günü müddətində müraciət edəndən əlavə məlumatı, sənədi və ya izahatı yazılı şəkildə tələb edə bilər.
22.3. Sığorta nəzarəti orqanı bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş müraciətə baxarkən sorğu əsasında müvafiq dövlət orqanlarından və digər şəxslərdən müraciətdə və ona əlavə edilmiş sənədlərdə qeyd olunan informasiyanın düzgünlüyü barədə məlumat ala bilər.
22.4. Dövlət orqanları və digər şəxslər bu Qanunun 22.3-cü maddəsində nəzərdə tutulmuş sorğuya onu aldıqları tarixdən 10 iş günü müddətində cavab verməlidirlər.
22.5. Müraciət edən bu Qanunun tələblərinə cavab verdikdə sığorta nəzarəti orqanı onun mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmasına razılıq verilməsi, əks halda isə belə razılıq verilməsindən imtina olunması barədə əsaslandırılmış (razılıq və ya bundan imtinanın əsasları və səbəbləri göstərilməklə) qərar qəbul edir.
22.6. Sığorta nəzarəti orqanı bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş müraciəti və ya müvafiq halda 22.2-ci maddəsində nəzərdə tutulmuş əlavə məlumatı, sənədi, izahatı aldığı tarixdən etibarən 30 iş günü müddətində bu Qanunun 22.5-ci maddəsində göstərilən qərarın surətini müraciət edənə göndərir.
22.7. Sığorta nəzarəti orqanının bu Qanunun 22.5-ci maddəsində göstərilən qərarın surətini bu Qanunun 22.6-cı maddəsində nəzərdə tutulmuş müddətdə müraciət edənə göndərməməsi qeyd olunan mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmağa bu orqanın razılığı kimi qiymətləndirilir.
23.1. Xarici sığortaçı olan səhmdar və ya sığortaçıda mühüm iştirak payına malik olan yerli hüquqi şəxs aşağıda göstərilən müvafiq halın baş verdiyi tarixdən etibarən 10 iş günü müddətində bu barədə sığorta nəzarəti orqanına məlumat verməlidir:
23.1.1. yerli hüquqi şəxsə və ya xarici sığortaçıya əhəmiyyətli nəzarətə malik olan şəxsin dəyişməsi;
23.1.2. yerli hüquqi şəxsə və ya xarici sığortaçıya əhəmiyyətli nəzarətə malik olan fiziki və ya hüquqi şəxsin müvafiq olaraq vətəndaş qüsursuzluğuna, yaxud işgüzar nüfuzuna təsir göstərən halın yaranması;
Səhifə 21
23.1.3. yerli hüquqi şəxsin və ya xarici sığortaçının rəhbər işçisinin vətəndaş qüsursuzluğuna təsir göstərən halın yaranması;
23.1.4. yerli hüquqi şəxsə və ya xarici sığortaçıya əhəmiyyətli nəzarətə malik olan şəxsin sığortaçının nizamnamə kapitalındakı səhmlərinin əhəmiyyətli nəzarətin itirilməsi ilə nəticələnən sayda azalması;
23.2. Sığorta nəzarəti orqanı bu Qanuna riayət edilməsinə nəzarəti həyata keçirmək məqsədi ilə sığortaçının nizamnamə kapitalında mühüm iştirak payına malik olan və ya ona əhəmiyyətli nəzarəti həyata keçirən səhmdarlardan, yaxud digər şəxslərdən ildə bir dəfə fiziki şəxs olan həmin səhmdarların vətəndaş qüsursuzluğuna, hüquqi şəxs olan həmin səhmdarların isə rəhbər işçilərinin vətəndaş qüsursuzluğuna aid məlumatlar tələb edə bilər.
24.1. Şəxs sığortaçıda mühüm iştirak payını bu Qanunun tələblərini pozmaqla əldə edərsə, onun bu yolla malik olduğu səhmlər üzrə səs hüququ Səhmdarların Ümumi Yığıncağının iclaslarında nəzərə alınmır.
24.2. Səhmdarların Ümumi Yığıncağının bu Qanunun 24.1-ci maddəsi ilə qadağan olunan səs hüququ nəzərə alınmaqla qəbul etdiyi hər hansı qərar hüquqi qüvvəyə malik deyil və qəbul edildiyi andan etibarsızdır.
25.1. Sığortaçılarda korporativ idarəetmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, həmçinin bu Qanunda müəyyən olunmuş əlavə tələblər nəzərə alınmaqla formalaşdırılır və həyata keçirilir.
25.2. Sığortaçı aşağıdakı orqanlar tərəfindən idarə olunur:
25.2.1. ali idarəetmə orqanı olan Səhmdarların Ümumi Yığıncağı;
25.2.2. ümumi rəhbərliyi və sığortaçının fəaliyyəti üzərində nəzarəti həyata keçirən Direktorlar Şurası;
25.2.3. icra orqanı olan İdarə Heyəti;
25.2.4. sığortaçının maliyyə təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirən Təftiş Komissiyası.
26.1. Səhmdarların Ümumi Yığıncağının Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müstəsna səlahiyyətlərindən başqa
Səhifə 22
sığortaçıların Səhmdarlarının Ümumi Yığıncağının aşağıdakı əlavə səlahiyyətləri var:
26.1.1. digər hüquqi şəxslərin nizamnamə kapitalına investisiya qoyulması, o cümlədən başqa sığortaçının səhmlərinin alınması, sığortaçının törəmə cəmiyyətlərinin təsis edilməsi və fəaliyyətlərinə xitam verilməsi barədə qərarlar qəbul etmək;
26.1.2. sığortaçının qiymətli kağızlarının, o cümlədən səhmlərinin buraxılması müddətlərini və şərtlərini müəyyənləşdirmək, sığortaçının kapitalının artırılması və ya azaldılması, xalis mənfəət hesabına ehtiyatların formalaşdırılması barədə qərarlar qəbul etmək;
26.1.3. bu Qanunun VIII Fəslində nəzərdə tutulmuş əsaslı dəyişikliklər barədə qərarlar qəbul etmək;
26.1.4. sığortaçının maliyyə, uçot, inzibati və kadr siyasətini müəyyənləşdirmək;
26.1.5. bu Qanunun 10.7-ci maddəsi nəzərə alınmaqla sığortaçının filial və nümayəndəliklərinin açılması və ya ləğvi barədə qərarlar qəbul etmək, onların əsasnamələrini təsdiq etmək;
26.1.6. bu Qanunun 75.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, sığortaçının müstəqil auditorunu seçmək və təyinatını geri götürmək;
26.1.7. sığortaçının büdcəsini təsdiq və qəbul etmək;
26.1.8. Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının əsasnamələrini təsdiq etmək;
26.1.9. Direktorlar Şurasından və Təftiş Komissiyasından hesabatlar almaq;
26.1.10. İdarə Heyətinin üzvlərini, o cümlədən sədrini və onun müavinlərini seçmək, onların səlahiyyətlərinə xitam vermək;
26.1.11. rəhbər işçilərin sığortaçının adından öhdəliklər qəbul etmək, səlahiyyətlərini və həmin səlahiyyətlərin sığortaçının digər əməkdaşlarına verilməsi hədlərini müəyyənləşdirmək;
26.1.12. sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş və Təftiş Komissiyası tərəfindən tövsiyə edilmiş maliyyə hesabatlarını təsdiq etmək.
26.2. Bu Qanunun 26.1.4-26.1.6-cı və 26.1.10-cu maddələrində nəzərdə tutulmuş səlahiyyətlər nizamnamə əsasında və ya Səhmdarların Ümumi Yığıncağının qərarı ilə sığortaçının Direktorlar Şurasına verilə bilər.
27.1. Sığortaçının Səhmdarlarının Ümumi Yığıncağının iclaslarında Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulanlardan başqa, Direktorlar Şurası və İdarə Heyəti üzvlərinin vəzifəyə seçilməsi və vəzifədən azad edilməsi, başqa sığortaçının səhmlərinin alınması, törəmə cəmiyyətlərin təsis edilməsi məsələləri üzrə qərarlar iclasda təmsil edilən səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir.
Səhifə 23
27.2. Səhmdarların Ümumi Yığıncağının növbəti iclasları Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada, lakin maliyyə ili bitdikdən sonra 2 aydan gec olmayan müddətdə çağırılmalıdır.
27.3. Səhmdarların Ümumi Yığıncağının növbədənkənar iclasları Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada, həmçinin müvafiq hallarda Təftiş Komissiyasının tələbi ilə Direktorlar Şurası tərəfindən çağırılır.
27.4. Səsvermə hüququna malik olan səhmdarların yekdil razılığı ilə Səhmdarlarının Ümumi Yığıncağının iclası gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər.
28.1. Direktorlar Şurası üç nəfərdən az olmayan tək sayda fiziki şəxs olan üzvlərdən ibarətdir. Bu üzvlərdən ən azı biri bu Qanunun 28.3-cü maddəsinə uyğun olaraq seçilən müstəqil şəxs olmalıdır.
28.2. Direktorlar Şurasının üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. Direktorlar Şurasının üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.
28.3. Sığortaçının və ya onunla əlaqəli şəxsin idarəetmə orqanının üzvü olmayan, həmçinin özü və ya arvadı (əri) sığortaçının və ya onunla əlaqəli şəxsin hər hansı səhminə malik olmayan şəxs Direktorlar Şurasının müstəqil üzvü seçilə bilər.
28.4. Direktorlar Şurasının sədri sığortaçının Səhmdarlarının Ümumi Yığıncağı tərəfindən onun üzvləri sırasından seçilir. Direktorlar Şurasının sədri sığortaçının digər idarəetmə orqanında vəzifə tuta bilməz.
28.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulanlardan başqa, aşağıdakı şəxslər də Direktorlar Şurasının üzvü ola bilməzlər:
28.5.1. digər sığortaçının idarəetmə orqanının üzvləri;
28.5.2. sığortaçı olmayan üç və ya daha çox hüquqi şəxsin idarəetmə orqanının üzvü olan şəxslər.
28.6. Bu Qanunun 28.5-ci maddəsində göstərilən şəxslər Səhmdarların Ümumi Yığıncağının qərarı ilə Direktorlar Şurasının üzvü vəzifəsindən azad edilməlidirlər.
28.7. Direktorlar Şurası iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların keçirilməsi qaydası sığortaçının nizamnaməsi və ya Direktorlar Şurası haqqında əsasnamə ilə müəyyən edilir.
28.8. Direktorlar Şurasının qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Direktorlar Şurasının iclaslarında üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir.
29.1. Sığortaçının Direktorlar Şurasının səlahiyyətlərinə aşağıdakılar aiddir:
Səhifə 24
29.1.1. sığortaçının idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən sığortaçının İdarə Heyətindən hesabatlar almaq;
29.1.2. Səhmdarların Ümumi Yığıncağı və İdarə Heyəti üçün tövsiyələr vermək;
29.1.3. bildirişlər göndərmək yolu ilə Səhmdarların Ümumi Yığıncağının iclaslarını çağırmaq və səhmdarların, İdarə Heyətinin və Təftiş Komissiyasının tələbi ilə keçirilən növbədənkənar iclaslar istisna olmaqla, hər bir iclasın gündəliyini müəyyən etmək;
29.1.4. İdarə Heyətinin və Təftiş Komissiyasının iclaslarını çağırmaq;
29.1.5. sığortaçı tərəfindən qanunvericiliyə əməl edilməməsi faktını müəyyən etdikdə pozuntunun aradan qaldırılmasını təmin edən tədbirlər görməklə Səhmdarların Ümumi Yığıncağını, İdarə Heyətini və Təftiş Komissiyasını bu barədə xəbərdar etmək;
29.1.6. Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərindən başqa digər rəhbər işçiləri təyin etmək və onların əmək haqlarının miqdarını müəyyən etmək;
29.1.7. İdarə Heyətinin hər hansı bir üzvünün fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə onu vəzifədən kənarlaşdıraraq Səhmdarların Ümumi Yığıncağı tərəfindən İdarə Heyətinin yeni üzvü təsdiq edilənədək müvafiq vəzifənin icrası üçün bu Qanunun tələblərinə cavab verən digər şəxsi müvəqqəti seçmək;
29.1.8. öz üzvləri arasında, öz üzvləri ilə İdarə Heyətinin üzvləri arasında, həmçinin İdarə Heyətinin üzvlərinin öz aralarında baş verən mənafe toqquşmalarının tənzimlənməsi üzrə qaydalar müəyyənləşdirmək və təsdiq etmək;
29.1.9. sığortaçının biznes strategiyasını müəyyən etmək;
29.1.10. sığortaçının daxili nəzarət sistemini təşkil edən qayda və prosedurları aşağıdakı prinsiplər əsasında təsdiq etmək:
29.1.10.1. sığortaçının fəaliyyətinin Direktorlar Şurasının müəyyən etdiyi strategiyaya və qaydalara uyğun həyata keçirilməsi;
29.1.10.2. sığorta əməliyyatlarının yalnız lisenziyaya müvafiq qaydada aparılması;
29.1.10.3. sığortaçının aktivlərinin təhlükəsizliyinin təmin edilməsi;
29.1.10.4. verilən məlumatların mühasibat uçotunda tam, dəqiq, dürüst, yoxlanıla bilən formada və vaxtında əks etdirilməsi;
29.1.10.5. rəhbər işçilərin sahibkarlıq risklərini müəyyən etmək, qiymətləndirmək, tənzimləmək, belə risklər üçün kapitalın müvafiq səviyyəsini saxlamaq bacarığına malik olması;
29.1.10.6. sığortaçının fəaliyyəti zamanı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsini təmin etmək;6
29.1.11. sığortaçının kapital ehtiyatlarının formalaşdırılması haqqında qərar qəbul etmək;
Səhifə 25
29.1.12. sığortaçının nizamnaməsində nəzərdə tutulmuş hallarda sığortaçının adından müvafiq əqdlərin bağlanmasına icazə vermək;
29.1.13. sığortaçının fəaliyyətinin kompleks və ya ayrı-ayrı sahələrinin daxili yoxlanması barədə qərar qəbul etmək;
29.1.14. müstəqil və ya daxili auditorların, habelə sığorta nəzarəti orqanının yoxlamalarının nəticələrinə baxmaq, bu yoxlamaların yekunlarına dair tədbirlər görmək;
29.1.15. qanunvericiliklə, həmçinin sığortaçının nizamnaməsi ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.
29.2. Direktorlar Şurasının bu Qanunun 29.1.7-ci və 29.1.11-ci maddələrinə əsasən qəbul etdiyi qərarlar Səhmdarların Ümumi Yığıncağının iclasının gündəliyinə daxil edilməli və müzakirə olunmalıdır.
29.3. Həyat sığortası fəaliyyəti ilə məşğul olan sığortaçının aktuarisini onun Direktorlar Şurası təyin etməlidir.
30.1. Sığortaçının Direktorlar Şurasının vəzifələri aşağıdakılardır:
30.1.1. öz öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsi üçün sığortaçının maliyyə vəsaitlərinin kifayət qədər saxlanılmasının təmin edilməsinə, sığortalılarla ədalətli rəftar olunmasına, sığortaçının biznesinin və digər əməliyyatlarının idarə olunmasına nəzarət etmək;
30.1.2. sığortaçının mənafelərinə uyğun gəlməyən halların aradan qaldırılması məqsədi ilə bu Qanunun VII Fəslində nəzərdə tutulmuş əlaqəli şəxslərlə bağlanan əqdlərin müəyyənləşdirilməsi və araşdırılması üzrə təlimatı təsdiq etmək;
30.1.3. müştərilərlə ədalətli rəftar olunması, o cümlədən, onlara müvafiq məlumatların verilməsi, şəxsi məlumatlarının məxfiliyinin bu Qanuna uyğun olaraq qorunması, sığorta hadisəsi ilə bağlı zərərlərin vaxtında və ədalətli qiymətləndirilməsi, sığortalıların, sığorta olunanların və faydalanan şəxslərin sığorta tələbləri üzrə sığorta ödənişlərinin mümkün olan ən tez müddət ərzində ödənilməsi, həmçinin sığortalıların və digər müştərilərin şikayətlərinə vaxtında baxılıb həll edilməsi üzrə təlimatı təsdiq etmək;
30.1.4. əhəmiyyətli risklərin mütəmadi olaraq müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəzarətdə saxlanması məqsədi ilə risklərin idarə edilməsinin daxili siyasətini və qaydalarını təsdiq etmək;
30.1.5. böyük həcmli itkilərin baş verməsi risklərinin qarşısının alınması və əvvəlcədən nəzərdə tutulan gəlir əldə edilməsi üçün bu Qanunun VI Fəslinin tələblərinə cavab verən sığortaçının investisiya siyasətini təsdiq etmək;
30.1.6. təkrarsığorta əməliyyatları üzrə siyasəti, o cümlədən təkrarsığortanın etibarlılığını, risklərin bölüşdürülməsinin ümumi səviyyəsini, hər bir risk üzrə şəxsi tutumun və hər bir sığorta hadisəsi üzrə öhdəliyin yuxarı həddini və təkrarsığortanın sığortaçı üçün məqbul hesab edilən digər meyarlarını təsdiq etmək;
Səhifə 26
30.1.7. sığortaçının bu Qanunun 30.1.1-30.1.6-cı maddələrində nəzərdə tutulmuş siyasətə, strategiyalara və təlimatlara ciddi riayət etməsinə, şəraitin dəyişməsi nəzərə alınmaqla bu sənədlərə mütəmadi qaydada yenidən baxılmasına daimi nəzarəti həyata keçirmək.
31.1. Sığortaçının İdarə Heyəti üç nəfərdən az olmayan tək sayda fiziki şəxs olan üzvlərdən ibarətdir.
31.2. İdarə Heyətinin üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. İdarə Heyətinin üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.
31.3. Digər hüquqi şəxsdə rəhbər vəzifə tutan şəxs sığortaçının İdarə Heyətinin üzvü ola bilməz. Sığortaçının İdarə Heyətinin üzvü digər hüquqi şəxsdə rəhbər vəzifəyə təyin olunduqda Səhmdarların Ümumi Yığıncağının qərarı ilə İdarə Heyətinin üzvü vəzifəsindən azad edilir.
31.4. İdarə Heyətinin üzvləri sırasından İdarə Heyətinin sədri və onun bir, yaxud bir neçə müavini seçilir. İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyətinin əsasnaməsində müəyyən edilir.
31.5. İdarə Heyətinin iclası üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.
31.6. İdarə Heyətinin qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər bölündükdə İdarə Heyəti sədrinin səsi həlledici sayılır.
31.7. İdarə Heyəti fəaliyyətini Direktorlar Şurası tərəfindən işlənib hazırlanan biznes strategiyasına, həmçinin bu Qanunun 29.1.10-cu maddəsinə əsasən qəbul edilən qayda və prosedurlara uyğun olaraq həyata keçirir.
32.1. Sığortaçının Təftiş Komissiyası üç nəfərdən az olmayan tək sayda fiziki şəxs olan üzvlərdən ibarətdir. Bu üzvlərdən ən azı biri bu Qanunun 32.3-cü maddəsinə uyğun olaraq seçilən müstəqil şəxs olmalıdır.
32.2. Təftiş Komissiyasının üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. Təftiş Komissiyasının üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.
32.3. Sığortaçının və ya onunla əlaqəli şəxsin idarəetmə orqanının üzvü olmayan, həmçinin özü və ya arvadı (əri) sığortaçının və ya onunla əlaqəli şəxsin hər hansı səhminə malik olmayan şəxs Təftiş Komissiyasının müstəqil üzvü seçilə bilər.
32.4. Təftiş Komissiyasının üzvləri sırasından Təftiş Komissiyasının sədri və onun bir, yaxud bir neçə müavini seçilir. Təftiş Komissiyasının sədrinin səlahiyyətləri Təftiş Komissiyası haqqında əsasnamə ilə müəyyən edilir.
Səhifə 27
32.5. Təftiş Komissiyasının iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.
32.6. Təftiş Komissiyasının qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər bölündükdə Təftiş Komissiyasının sədrinin səsi həlledici sayılır.
33.1. Sığortaçının Təftiş Komissiyasının səlahiyyətləri aşağıdakılardır:
33.1.1. sığortaçının audit strategiyasını və siyasətini müəyyən etmək;
33.1.2. daxili audit planlarını təsdiq etmək;
33.1.3. müstəqil auditorun təyin edilməsi ilə əlaqədar sığortaçının səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək;
33.1.4. Səhmdarların Ümumi Yığıncağına və Direktorlar Şurasına daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
33.1.5. daxili audit xidmətinin fəaliyyətinə nəzarət etmək;
33.1.6. səlahiyyətlərinə aid olan məsələlər üzrə Direktorlar Şurasının və İdarə Heyətinin iclaslarının çağırılmasını tələb etmək, daxili audit xidmətinin iclasını çağırmaq;
33.1.7. qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.
34.1. Sığortaçının Təftiş Komissiyasının vəzifələri aşağıdakılardır:
34.1.1. sığortaçının maliyyə vəziyyətinə mənfi təsir göstərmək ehtimalı olan əməliyyatlara və ya şəraitə nəzarət etmək;
34.1.2. illik maliyyə nəticələrini müzakirə etmək üçün müstəqil auditorla görüşlər keçirmək;
34.1.3. sığortaçının rəhbər işçilərinin müstəqil auditorla birgə işini təşkil etmək, müstəqil auditorun aşkarladığı çatışmazlıqların aradan qaldırılması və tövsiyələrinin tətbiqi üçün tədbirlər görmək;
34.1.4. sığortaçının idarəetmə orqanlarının müstəqil auditorlarla, səlahiyyətli dövlət orqanları, o cümlədən sığorta nəzarəti orqanı ilə əməkdaşlığını təmin etmək;
34.1.5. sığortaçının daxili nəzarət sisteminin səmərəliliyini İdarə Heyəti ilə müzakirə etmək;
34.1.6. sığortaçının maliyyə hesabatlarına, o cümlədən illik balansına baxmaq, müvafiq irad və tövsiyələrini Direktorlar Şurasına bildirmək;
34.1.7. Direktorlar Şurasının təqdimatı əsasında əlaqəli şəxslərlə bağlanmasına bu Qanunla icazə verilən əqdlərə rəsmiləşdirilməzdən əvvəl baxmaq
Səhifə 28
və əqdin bu Qanunun tələblərinə və sığortaçının maraqlarına uyğunluğu barədə rəy bildirmək.
35.1. Daxili audit xidməti İdarə Heyəti ilə birlikdə sığortaçının daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinə nəzarəti həyata keçirir. Daxili audit xidməti Təftiş Komissiyasının nəzarəti altında fəaliyyət göstərir.
35.2. Daxili audit xidmətinin rəhbəri Təftiş Komissiyasının təqdimatı ilə Direktorlar Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur.
35.3. Sığortaçılarda daxili auditin aparılması qaydaları sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.
36.1. Direktorlar Şurası öz üzvləri sırasından yardımçı komitələr təşkil edə və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə edə bilər.
36.2. Yardımçı komitələrin təşkili və onlara müvafiq səlahiyyətlərin həvalə edilməsi Direktorlar Şurasının səlahiyyətlərini və vəzifələrini məhdudlaşdırmır.
37.1. Sığortaçının Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri, daxili audit xidmətinin rəhbəri, baş mühasibi və aktuarisi sığortaçının rəhbər işçiləridir.
37.2. Sığortaçının rəhbər işçisi aşağıdakı tələblərə cavab verməlidir:
37.2.1. ali təhsili olmalıdır;
37.2.2. müvafiq rəhbər vəzifəyə təyin olunmaq üçün aşağıdakı iş təcrübəsinə malik olmalıdır:
37.2.2.1. Direktorlar Şurasının sədri - istənilən sahədə rəhbər vəzifədə və ya sığorta sektorunda ən azı 5 il;
37.2.2.2. İdarə Heyətinin sədri – sığorta sektorunda ən azı 3 il;
37.2.2.3. Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri, habelə daxili audit xidmətinin rəhbəri – maliyyə sahəsində ən azı 3 il, yaxud sığorta sektorunda ən azı 2 il;
37.2.2.4. baş mühasib – maliyyə sahəsində baş mühasib kimi ən azı 3 il və ya sığorta sektorunda mühasib kimi ən azı 2 il;
37.2.3. qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan olunaraq məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı 12 ay əvvəlki dövrdə həmin hüquqi şəxsin Direktorlar Şurasının, Təftiş Komissiyasının, İdarə Heyətinin və ya daxili audit xidmətinin üzvü, yaxud baş mühasibi olmamalıdır. Bu tələb həmin hüquqi şəxsin qanunvericiliklə müəyyən
Səhifə 29
edilmiş qaydada müflis elan olunaraq məcburi ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən etibarən 5 il müddətində tətbiq edilir;
37.2.4. sığortaçının rəhbər işçisi vəzifəsindən qanunvericiliklə müəyyən olunmuş qaydada qeyri-qənaətbəxş fəaliyyətinə görə kənarlaşdırılmış olmamalıdır;
37.2.5. səhmdarların Ümumi Yığıncağı istisna edilməklə, sığortaçının digər idarəetmə orqanının üzvü olmamalıdır;
37.2.6. bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu tələblərinə uyğun gəlməlidir;
37.2.7. sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən qaydalara əsasən həmin orqanda müvafiq attestasiyadan keçməlidir.
37.3. Sığortaçının rəhbər işçilərinə dair bu Qanunun 37.2-ci maddəsinin tələbləri sığortaçının rəhbər işçisi vəzifəsini müvəqqəti icra edən şəxslərə də şamil olunur.
37.4. Bu Qanunun 37.2-ci maddəsində göstərilən tələblərə cavab verməyən şəxslər rəhbər işçi vəzifəsinə uyğun hesab edilmir.
37.5. Bu Qanunun 37.2.7-ci maddəsinin tələbi Direktorlar Şurasının üzvlərinə şamil edilmir.
38.1. Sığortaçının rəhbər işçisi vəzifəsinə sığorta nəzarəti orqanının razılığı əsasında təyin edilir. Bu tələb sığortaçının idarəetmə orqanlarının üzvü vəzifəsinə növbəti müddətə yenidən təyin edilən şəxslərə şamil olunmur.
38.2. Sığorta nəzarəti orqanının razılığı olmadan sığortaçının rəhbər işçisi vəzifəsinə təyinat, o cümlədən müvəqqəti təyinat barədə qərar qəbul edildiyi andan etibarsızdır.
38.3. Sığorta nəzarəti orqanı sığortaçının rəhbər işçisi vəzifəsinə təyinatla bağlı müraciətin (şəxsin müvafiq tələblərə cavab verməsini təsdiqləyən məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri ilə birlikdə) sığortaçı tərəfindən təqdim edildiyi tarixdən 10 iş günü müddətində təyinata razılıq, yaxud bu Qanunun 37.2-ci maddəsinin tələblərinə uyğunsuzluq aşkar etdikdə razılıqdan imtina barədə sığortaçıya yazılı bildiriş göndərir.
38.4. Sığorta nəzarəti orqanının hər hansı şəxsin sığortaçının rəhbər işçisi vəzifəsinə təyinatı ilə bağlı müraciətinə bu Qanunun 38.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə yazılı etiraz etməməsi qeyd olunan təyinata bu orqanın razılığı kimi qiymətləndirilir.
38.5. Aşağıdakı hallarda sığorta nəzarəti orqanı sığortaçıya rəhbər işçisinin təyin edilməsinə verdiyi razılığın geri alınması və onun əsasında vəzifəyə təyin edilmiş şəxsin vəzifəsindən kənarlaşdırılması ilə bağlı təqdimat verə bilər:
38.5.1. razılığın verilməsi üçün əsas kimi götürülmüş məlumatların yanlış olması sonradan aşkar edildikdə;
Səhifə 30
38.5.2. rəhbər işçi sığortaçıdakı fəaliyyəti ilə bağlı yol verdiyi hüquq pozuntularına görə son 1 il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb edildikdə.
Xarici fiziki şəxslər sığortaçının rəhbər işçisi vəzifəsinə Azərbaycan Respublikasında xarici fiziki şəxslərin işə qəbul edilməsini tənzimləyən müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla təyin edilir.
Rəhbər işçinin vəzifələrini yerinə yetirməsi üçün lazım olan məlumatlar, o cümlədən maliyyə hesabatları və digər hesabatlar sığortaçı tərəfindən təmin edilməlidir.
41.1. Sığortaçının işçiləri, o cümlədən rəhbər işçiləri qanunvericiliyə, sığortaçının nizamnaməsinə və daxili sənədlərinə, əmək müqaviləsinin şərtlərinə riayət etməli, funksiyalarının icrası zamanı sığortaçının mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmalı, müvafiq şəraitdə mümkün olan qayğı, çalışqanlıq və bacarıqla hərəkət etməlidirlər.
41.2. Sığortaçının daxili sənədlərinin, həmçinin hər hansı müqavilənin müddəaları sığortaçının rəhbər və digər işçilərini qanunvericiliklə müəyyən olunmuş məsuliyyətdən azad etmir.
41.3. Rəhbər və digər işçilər öz funksiyalarını bu Qanunun 41.1-ci maddəsinin tələblərinə müvafiq olaraq yerinə yetirdikdə onların hər hansı məsuliyyətə cəlb edilməsi ilə, o cümlədən hüquqlarının müdafiəsi ilə bağlı xərclərinin əvəzi sığortaçı tərəfindən ödənilə bilər.
42.1. Səhmdarların Ümumi Yığıncağının aşağıda göstərilən şəxslər barədə qərar qəbul edilmiş hər iclasından sonra sığortaçı 10 iş günü ərzində sığorta nəzarəti orqanına aşağıdakı məlumatları təqdim etməlidir:
42.1.1. sığortaçının Direktorlar Şurasının, Təftiş Komissiyasının və İdarə Heyətinin üzvlərinin:
42.1.1.1. adı, soyadı, atasının adı, yaşadığı yer və poçt ünvanı;
42.1.1.2. iş təcrübəsi və ixtisas keyfiyyətləri;
42.1.1.3. digər hüquqi şəxsin idarəetmə orqanının üzvü olub olmaması barədə məlumat;
42.1.1.4. səlahiyyət müddətinin başa çatma tarixi;
Səhifə 31
42.1.2. sığortaçının müstəqil auditorunun:
42.1.2.1. adı, soyadı, atasının adı, yaşadığı yer və poçt ünvanı;
42.1.2.2. təyin olunma tarixi;
42.1.2.3. iş təcrübəsi və ixtisas keyfiyyətləri.
43.1. Sığorta fəaliyyətinə və təkrarsığorta fəaliyyətinə lisenziyanın verilməsi, lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması, məhdudlaşdırılması və ləğv edilməsi bu Qanunla müəyyən edilmiş qaydada sığorta nəzarəti orqanı tərəfindən həyata keçirilir.
43.2. Yeni təsis edilmiş açıq səhmdar cəmiyyətinin müvafiq olaraq sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya 5 il müddətinə, lisenziya almaq üçün bu Qanunun 57.1-ci maddəsinə əsasən müraciət edən sığortaçıların müvafiq olaraq sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya isə müddətsiz verilir.
43.3. Sığorta fəaliyyətinə verilən lisenziya sığorta və təkrarsığorta fəaliyyəti ilə, təkrarsığorta fəaliyyətinə verilən lisenziya isə yalnız təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq hüququ verir.
43.4. Sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyanın verilməsi üçün müraciətə sığorta nəzarəti orqanı tərəfindən iki mərhələdə baxılır:
43.4.1. təsisçilər və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən lisenziya verilməsi üçün edilən ilkin müraciətə baxılması;
43.4.2. açıq səhmdar cəmiyyəti kimi dövlət qeydiyyatına alındıqdan sonra lisenziya verilməsi üçün yekun müraciətə baxılması.
44.1. Lisenziya verilməsi üçün ilkin müraciət edilərkən sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin təsisçilərinin və ya səhmdarlarının bu Qanunun 19-cu maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən sənədlərlə yanaşı, aşağıdakı sənədlər təqdim edilməlidir:
44.1.1. sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin bu Qanuna uyğun şəkildə müəyyən edilmiş adı və ünvanı əks olunmaqla lisenziya verilməsi barədə yazılı müraciət;
44.1.2. açıq səhmdar cəmiyyətinin nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti, təsisçilərin sayı birdən artıq olduqda isə, həmçinin müvafiq qaydada təsdiq edilmiş təsis müqaviləsinin surəti;
44.1.3. hüquqi şəxs olan təsisçilər haqqında məlumatlar, o cümlədən belə təsisçilərin:
Səhifə 32
44.1.3.1. hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
44.1.3.2. təsis sənədlərinin notariat qaydasında təsdiqlənmiş surəti;
44.1.3.3. son üç maliyyə ili üzrə, 3 ildən az müddətdə fəaliyyət göstərdikdə isə, bütün fəaliyyət dövrü üzrə, o cümlədən sənədlərin təqdim edildiyi tarixdən əvvəlki rübün mühasibat balansları, mənfəət və zərərlər haqqında müstəqil auditor tərəfindən müvafiq rəy əlavə olunmaqla təsdiq edilmiş maliyyə hesabatları;
44.1.3.4. nəzərdə tutulan iştirak payını əldə etməsi barədə onun səlahiyyətli idarəetmə orqanının qərarının müvafiq qaydada təsdiq edilmiş surəti;
44.1.4. fiziki şəxs olan təsisçilərin şəxsiyyət vəsiqəsinin məlumatları, daimi yaşayış yerini, iş yerini (məşğuliyyət növünü) göstərən məlumatlar və sənədlər, səhmləri almaq üçün vəsaitinin kifayət qədər olmasını təsdiq edən sənədlər;
44.1.5. şəxsin təsisçilər adından müraciət etmək səlahiyyətini təsdiqləyən, müvafiq qaydada təsdiq olunmuş sənəd;
44.1.6. təsisçilərin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə hər bir hüquqi şəxs olan təsisçi üçün onun nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar;
44.1.7. ən azı növbəti 3 il üçün aşağıdakı məlumatları əks etdirən biznes-plan:
44.1.7.1. təşkilati tədbirlər planı və bu məqsədlə ayrılan vəsaitin əsaslandırılmış məbləği;
44.1.7.2. fəaliyyətin ilkin mərhələsi üçün nəzərdə tutulmuş maliyyə vəsaitlərinin məbləği;
44.1.7.3. sığorta risklərinin növləri və qəbul ediləcək öhdəliklər;
44.1.7.4. marketinq planı, gələcək müştəri bazasının təsviri və ehtimal olunan müştəri qrupları;
44.1.7.5. təkrarsığorta siyasətinin prinsipləri və təkrarsığorta proqramı;
44.1.7.6. təsis edilən sığortaçının maliyyə nəticələrinə dair proqnoz;
44.1.7.7. auditi həyata keçirəcək müstəqil auditor barədə məlumat;
44.1.7.8. biznesin inkişaf etdirilməsi və ödəmə qabiliyyətinin artırılması planını gəlir və xərclər formasında əks etdirən, əməliyyatların həcminin və strukturunun, sığorta haqlarının, komisyon mükafatların, işlərin aparılması xərclərinin, sığorta ödənişlərinin, investisiya gəlirlərinin və vergilərin proqnozlaşdırılmış rəqəmlərdə ifadə olunduğu sadələşdirilmiş balans nümunəsi;
44.1.7.9. istifadə ediləcək ofis binasının, kompüter və telekommunikasiya sistemlərinin, elektron mühasibat və digər kompüter proqramlarının təsviri;
44.1.7.10. daxili nəzarət mexanizmlərinin təsviri;
44.1.8. rəhbər işçi vəzifələrinə təyin olunması nəzərdə tutulan şəxslərin siyahısı və onların vətəndaş qüsursuzluğu barədə notariat qaydasında təsdiq edilmiş ərizəsi.
44.2. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün ilkin müraciətə baxarkən sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin nizamnamə kapitalında mühüm iştirak payını əldə etməyi nəzərdə tutan fiziki şəxs olan təsisçi və hüquqi şəxs olan təsisçinin rəhbər işçiləri barədə maliyyə, vergi və hüquq-mühafizə orqanlarından müvafiq məlumat ala bilər. Bu tələb sonradan mühüm
Səhifə 33
iştirak payını əldə etmək istəyən fiziki şəxsə, hüquqi şəxs olan istənilən səhmdarın rəhbər işçilərinə də şamil edilir. Maliyyə, vergi və hüquq-mühafizə orqanları sığorta nəzarəti orqanının tələb etdiyi məlumatları 10 gün müddətində verməyə borcludurlar.
44.3. Lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı xarici təsisçinin xarici ölkənin müvafiq dövlət orqanı tərəfindən verilmiş sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmalıdır.
45.1. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün ilkin müraciətə bu Qanunun 44.1-ci maddəsinə əsasən tələb olunan sənədlərdən, 45.2-ci maddəsinə uyğun olaraq tələb olunduqda isə, əlavələr və ya düzəlişlər edilmiş sənədlərdən ən sonuncusunun ona təqdim edildiyi tarixdən etibarən 1 ay ərzində baxmalıdır.
45.2. Lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı sənədlər tam həcmdə təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda sığorta nəzarəti orqanı sənədlərin tam həcmdə təqdim edilməsini, məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb edə bilər.
45.3. Sığorta nəzarəti orqanının lisenziya verilməsi üçün ilkin müraciətə müsbət cavab verdiyi tarixdən etibarən 6 ay müddətində lisenziya almaq üçün yekun müraciət təqdim olunmalıdır.
45.4. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün ilkin müraciətə baxılmasının nəticəsi barədə müraciət edənə bu Qanunun 45.1-ci maddəsində göstərilən müddətdə yazılı bildiriş göndərir.
46.1. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün ilkin müraciəti aşağıdakı hallarda rədd edir:
46.1.1. bu Qanunun 44.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələblərinə uyğunsuzluqlar aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar 45.2-ci maddəyə uyğun olaraq tələb olunan qaydada tamamlanmadıqda və ya düzəldilmədikdə;
46.1.2. bu Qanunun 18-ci, 19-cu və 20.1-ci maddələrinin tələbləri tam təmin olunmadıqda;
46.1.3. təsisçilərin maliyyə vəsaitləri səhmlərin ödənilməsi və təşkilati tədbirlər üçün kifayət etmədikdə;
46.1.4. biznes-plan gələcək fəaliyyət zamanı maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin, təsis edilən sığortaçının normal fəaliyyət göstərməsinin təmin edilməsi, habelə sığortalıların hüquqlarının müdafiəsi baxımından qənaətbəxş hesab edilmədikdə;
46.1.5. sığorta nəzarəti orqanına bu Qanunun 45.2-ci maddəsinə uyğun olaraq verilmiş tələbdən sonra da sığortaçı olmaq üçün təsis edilən hüquqi şəxs və
Səhifə 34
onun təsisçiləri barədə yanlış məlumatlar təqdim edilməsi aşkar və şübhəsiz olduqda.
46.2. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün ilkin müraciəti rədd etdikdə bu Qanunun 45.4-cü maddəsində nəzərdə tutulmuş bildirişdə bunun səbəblərini göstərməlidir.
Lisenziya verilməsi üçün ilkin müraciət rədd edildikdə sığorta nəzarəti orqanına təkrarən təqdim edilən lisenziya verilməsi üçün müraciətə yeni ilkin müraciət kimi baxılır.
48.1. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı müsbət cavabını aşağıdakı hallarda geri götürə bilər:
48.1.1. lisenziyanın verilməsi üçün ilkin müraciətlə bağlı təqdim olunmuş sənədlərdə yanlış məlumatların mövcudluğu sonradan aşkar edildikdə;
48.1.2. açıq səhmdar cəmiyyəti kimi dövlət qeydiyyatına alınmış hüquqi şəxsin müvafiq lisenziya almadan sığorta və ya təkrarsığorta fəaliyyəti ilə məşğul olması faktı aşkar edildikdə;
48.1.3. təsisçilərdən asılı olmayan səbəblərə görə dövlət qeydiyyatının yubadılması halları istisna olmaqla, bu Qanunun 45.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə açıq səhmdar cəmiyyəti kimi hüquqi şəxslərin dövlət qeydiyyatına alınması təmin edilmədikdə.
Lisenziya verilməsi üçün ilkin müraciətinə sığorta nəzarəti orqanı tərəfindən müsbət cavab verildikdən sonra sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi şəxslərin dövlət qeydiyyatına alınır.
50.1. Sığortaçı kimi təsis edilmiş hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra lisenziya verilməsi üçün sığorta nəzarəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:
Səhifə 35
50.1.1. adını, təşkilati-hüquqi formasını, olduğu yeri, hesablaşma hesabının nömrəsini və müvafiq bankın adını, lisenziya verilməsi üçün müraciət olunan fəaliyyət növünün adını əks etdirən yekun müraciət;
50.1.2. dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
50.1.3. sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin müvafiq vergi orqanı tərəfindən uçota alınması haqqında sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
50.1.4. nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
50.1.5. sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin nizamnamə kapitalının bu Qanuna uyğun olaraq bank hesabına ödənilməsini təsdiq edən sənədlər;
50.1.6. rəhbər işçi vəzifələrinə təyin edilən şəxslərin bu Qanunun tələblərinə uyğunluğunu təsdiq edən məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri;
50.1.7. bu Qanunun 16.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq qaydalar mövcud olmadıqda aparılmasına icazə istənilən könüllü sığorta növü (və ya növləri) üzrə sığorta qaydaları;
50.1.8. sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin fəaliyyət göstərəcəyi ofis binasından istifadə hüququnu təsdiq edən sənədin surəti;
50.2. Bu Qanunun 50.1.7-ci maddəsi müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinə şamil edilmir.
51.1. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün yekun müraciətə bu Qanunun 50.1-ci maddəsinə əsasən tələb olunan sənədlərdən, 51.2-ci maddəsinə uyğun olaraq tələb olunduqda isə əlavələr və ya düzəlişlər edilmiş sənədlərdən sonuncusunun təqdim edildiyi tarixdən etibarən 1 ay ərzində baxmalıdır.
51.2. Lisenziya verilməsi üçün yekun müraciətlə bağlı sənədlər tam həcmdə təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda sığorta nəzarəti orqanı sənədlərin tam həcmdə təqdim edilməsini, məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb edə bilər.
51.3. Lisenziya verilməsi üçün ödənilən dövlət rüsumunun məbləği qanunvericiliklə müəyyən edilir.
51.4. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunan sənədləri və məlumatları bu Qanunun tələblərinə uyğun hesab edib bu barədə müraciət edənə bildirdikdən və lisenziya verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən bank sənədi təqdim olunduqdan sonra müvafiq lisenziya verir.
51.5. Sığorta nəzarəti orqanı lisenziyanın verilməsi və ya lisenziya verilməsindən imtina olunması barədə məlumatı bu Qanunun 51.1-ci maddəsində göstərilən müddət ərzində müraciət edənə yazılı bildiriş göndərməklə çatdırır.
Səhifə 36
Lisenziya sığorta nəzarəti orqanı tərəfindən sığortaçının səlahiyyətli nümayəndəsinə şəxsən təqdim edilir.
51.6. Sığorta nəzarəti orqanı lisenziyanın bu Qanunun 54-cü maddəsində nəzərdə tutulmuş qaydada reyestrdə qeydə alındığı tarixdən etibarən 10 gün müddətində lisenziyanın verilməsi barədə müvafiq vergi orqanına bildiriş göndərir və lisenziya sahibinin vəsaiti hesabına Azərbaycan Respublikasında nəşr olunan iki dövlət qəzetində məlumat dərc etdirir.
52.1. Sığorta nəzarəti orqanı sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya verməkdən aşağıdakı hallarda imtina edir:
52.1.1. bu Qanunun 50.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələblərinə uyğunsuzluqlar aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar 51.2-ci maddəyə uyğun olaraq tələb olunan qaydada tamamlanmadıqda və ya düzəldilmədikdə;
52.1.2. bu Qanunun və rəhbər işçilərlə bağlı 37-ci və 39-cu maddələrinin tələblərinə uyğunsuzluqlar aşkar olunduqda;
52.1.3. bu Qanunun 45.3-cü maddəsində müəyyən edilmiş müddət ərzində bu Qanunun 46.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin yaranması aşkar edildikdə;
52.1.4. sığorta nəzarəti orqanına bu Qanunun 51.2-ci maddəsinə uyğun olaraq verilmiş tələbdən sonra da lisenziya verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar təqdim edilməsi aşkar və şübhəsiz olduqda.
52.1.5. təsisçilərdən asılı olmayan səbəblərə görə dövlət qeydiyyatının yubadılması halları istisna olmaqla, sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyəti lisenziya verilməsi üçün bu Qanunun 45.3-cü maddəsində müəyyən edilmiş müddətdə sığorta nəzarəti orqanına yekun müraciət etmədikdə.
53.1. Sığortaçıya verilən lisenziyada aşağıdakı məlumatlar göstərilir:
53.1.1. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi;
53.1.2. lisenziya verən dövlət orqanının adı;
53.1.3. lisenziya sahibinin tam adı və hüquqi ünvanı;
53.1.4. aşağıdakı kimi fəaliyyət növlərinin adı:
53.1.4.1. lisenziya sığortaçıya verildikdə “sığorta fəaliyyəti”;
53.1.4.2. lisenziya təkrarsığortaçıya verildikdə “təkrarsığorta fəaliyyəti”.
53.2. Yeni təsis edilən sığortaçıya verilən lisenziyada bu Qanunun 53.1-ci maddəsində göstərilənlərlə yanaşı lisenziyanın müddəti də göstərilməlidir.
53.3. Lisenziya sığorta nəzarəti orqanının rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
Səhifə 37
53.4. Lisenziyanın forması və doldurulması qaydaları sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.
54.1. Sığorta nəzarəti orqanı verilən, qüvvəsi məhdudlaşdırılan və ya dayandırılan, həmçinin ləğv edilən lisenziyaların reyestrini aparır.
54.2. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
54.2.1. lisenziya sahibinin tam adı və hüquqi ünvanı;
54.2.2. lisenziyaların verilmə tarixi, müddəti, nömrəsi və qeydiyyat nömrəsi;
54.2.3. lisenziyanın verilməsinə dair sığorta nəzarəti orqanının qərarının tarixi və nömrəsi;
54.2.4. fəaliyyət növünün adı;
54.2.5. lisenziyanı imzalayan məsul şəxsin vəzifəsi, adı, soyadı, atasının adı;
54.2.6. lisenziyanın qüvvəsinin dayandırılması tarixi və müddəti;
54.2.7. lisenziyanın qüvvəsinin məhdudlaşdırılması tarixi və müddəti;
54.2.8. lisenziyanın ləğv edildiyi tarix.
54.3. Lisenziyanın verilməsi, qüvvəsinin məhdudlaşdırılması və ya dayandırılması, həmçinin ləğv edilməsi barədə reyestrdə qeydiyyat müvafiq qərar qüvvəyə mindiyi tarixdə aparılır.
54.4. Sığorta nəzarəti orqanı lisenziyaların reyestr məlumatlarını özünün rəsmi internet səhifəsində yerləşdirməlidir.
55.1. Sığortaçı könüllü sığorta növü üzrə fəaliyyətini sığorta nəzarəti orqanının verdiyi icazə əsasında həyata keçirir.
55.2. Sığortaçının könüllü sığorta növləri üzrə fəaliyyətinə icazə bu Qanunun 16.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq qaydaların mövcud olması halı istisna edilməklə müvafiq sığorta qaydaları sığorta nəzarəti orqanı ilə razılaşdırıldıqdan sonra verilir.
55.3. İcbari sığorta növləri üzrə fəaliyyət sığorta nəzarəti orqanından icazə alındıqdan sonra həyata keçirilir.
55.4. Sığorta növünün aparılmasına icazə verilməsi ilə bağlı müraciət lisenziya alınması üçün yekun müraciətlə birlikdə, həmçinin lisenziyanın qüvvədə olduğu müddət ərzində sığorta nəzarəti orqanına təqdim edilə bilər.
55.5. Könüllü sığorta növü üzrə sığorta qaydalarına sığortaçının etdiyi dəyişikliklər sığorta nəzarəti orqanı ilə razılaşdırıldıqdan sonra tətbiq edilə bilər.
Səhifə 38
56.1. Sığorta nəzarəti orqanı sığortaçıya sığorta növünü aparmağa icazə verməkdən aşağıdakı əsaslardan biri olduqda imtina edir:
56.1.1. sığortaçının sığorta qaydalarının müddəaları mövcud normativ hüquqi aktlara zidd olduqda;
56.1.2. sığortaçının sığorta qaydalarında sığortalıların, sığorta olunanların, yaxud faydalanan şəxslərin qanuni mənafelərinə uyğun olmayan müddəalar nəzərdə tutulduqda;
56.1.3. müvafiq sığorta qaydaları üzrə sığorta haqlarının tarif dərəcələri düzgün əsaslandırılmadıqda, yaxud aktuar hesablamalar adekvat olmadıqda;
56.1.4. bu Qanunun tələblərinə əməl edilməməsinə görə sığorta nəzarəti orqanı tərəfindən verilmiş hər hansı təqdimatın və ya tətbiq edilmiş sanksiyanın tələblərinin yerinə yetirilməsi başa çatdırılmamış olduqda.
57.1. Sığorta və (və ya) təkrarsığorta fəaliyyətini davam etdirmək istəyən sığortaçı ilk lisenziyasının müddətinin başa çatmasına ən azı 1 ay qalmış yeni - müddətsiz lisenziyanın verilməsi üçün sığorta nəzarəti orqanına müraciət etməlidir.
57.2. Müddətsiz lisenziyanın verilməsi üçün müraciət edərkən sığortaçı sığorta nəzarəti orqanına aşağıdakıları təqdim etməlidir:
57.2.1. bu Qanunun 50.1.1-ci maddəsində nəzərdə tutulmuş məzmunda müraciət;
57.2.2. hüquqi şəxslərin dövlət reyestrindən müvafiq çıxarış;
57.2.3. əgər bu Qanunun 50.1-ci maddəsinə əsasən vaxtilə təqdim edilmiş müvafiq sənədlərin məzmunu üzrə hər hansı dəyişiklik baş vermişdirsə, həmin sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri.
57.3. Sığorta nəzarəti orqanı müddətsiz lisenziya verilməsi üçün müraciətə bu Qanunun 57.2-ci maddəsinə əsasən tələb olunan sənədlərdən və 57.4-cü maddəsinə uyğun olaraq tələb olunan əlavələr və ya düzəlişlər edilmiş sənədlərdən ən sonuncusunun ona təqdim edildiyi tarixdən etibarən 20 gün müddətində baxmalıdır.
57.4. Müddətsiz lisenziya verilməsi üçün müraciətlə bağlı sənədlər tam təqdim olunmadıqda, yaxud təqdim olunan sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda sığorta nəzarəti orqanı sənədlərin tam təqdim edilməsini, məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb edə bilər.
57.5. Müddətsiz lisenziyanın verilməsi və ya verilməsindən imtina barədə məlumat müraciət edənə bu Qanunun 51.5-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılır.
57.6. Sığorta nəzarəti orqanı müddətsiz lisenziya verilməsi üçün müraciət zamanı təqdim olunan sənədləri və məlumatları bu Qanunun tələblərinə uyğun hesab etdikdə, həmçinin bu Qanunun 58.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadıqda bu barədə müraciət edənə bildirdikdən və lisenziya verilməsi üçün
Səhifə 39
dövlət rüsumunun ödənilməsini təsdiq edən bank sənədi təqdim olunduqdan sonra müvafiq lisenziya verir.
57.7. Sığorta nəzarəti orqanı müddətsiz lisenziya verdikdə də bu Qanunun 51.6-cı maddəsində nəzərdə tutulmuş tələblərə əməl etməlidir.
57.8. Sığortaçı bu Qanunun 57.1-ci və 57.2-ci maddələrinin tələblərinə əməl etdiyi halda ilk lisenziyanın müddəti başa çatsa da onun qüvvəsi 51.5-ci maddədə nəzərdə tutulan müvafiq bildiriş sığortaçıya çatdığı tarixədək uzadılmış hesab olunur.
58.1. Sığorta nəzarəti orqanı müddətsiz lisenziyanın verilməsindən sığortaçının fəaliyyətində bu Qanunun 107.1-ci maddəsində nəzərdə tutulmuş lisenziyanın ləğv edilməsinə əsas verən hallardan hər hansı biri aşkar olunduqda imtina edir.
58.2. Sığorta nəzarəti orqanı lisenziya verməkdən imtina etdikdə bu Qanunun 51.5-ci maddəsində nəzərdə tutulmuş bildirişdə imtinanın səbəblərini göstərməlidir.
Lisenziyanın qüvvəsinin bu Qanun əsasında dayandırılmış olduğu dövrdə müddətsiz lisenziyanın verilməsi üçün sığorta nəzarəti orqanına müraciət edildikdə müddətsiz lisenziyanın verilməsi ilə bağlı sığortaçının müraciətinə baxılması lisenziyanın qüvvəsinin dayandırılmasının son tarixinədək təxirə salınır və bu zaman bu Qanunun 57.8-ci maddəsi tətbiq olunur.
60.1. Sığortaçı adında dəyişiklik edildikdə belə dəyişikliyin hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barədə sənədi aldıqdan sonra 5 iş günü müddətində, lisenziya itirildikdə, yararsız hala düşdükdə və ya məhv olduqda isə, onun etibarsız hesab edilməsi barədə Azərbaycan Respublikasında nəşr olunan iki dövlət qəzetində dərhal elan dərc etdirməklə lisenziyanın yenilənməsi üçün sığorta nəzarəti orqanına müraciət etməlidir.
60.2. Sığortaçının adında dəyişiklik edildikdə lisenziyanın yenilənməsi ilə bağlı müraciətə aşağıdakı sənədlər əlavə olunmalıdır:
60.2.1. sığortaçının adının dəyişdirilməsi barədə onun səlahiyyətli idarəetmə orqanının qərarının surəti;
60.2.2. dəyişiklik edilmiş nizamnamənin notariat qaydasında təsdiq olunmuş surəti;
Səhifə 40
60.2.3. dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti.
60.3. Lisenziya itirildikdə, yararsız hala düşdükdə və ya məhv olduqda lisenziyanın yenilənməsi ilə bağlı müraciətə onun etibarsız hesab edilməsi barədə elanların dərc edildiyi qəzetlərin nüsxələri, habelə müvafiq halda yararsız hala düşmüş lisenziya əlavə olunmalıdır.
60.4. Sığorta nəzarəti orqanı lisenziyanın yenilənməsi üçün müraciətə bu Qanunun 60.2-ci və ya 60.3-cü maddələrində tələb olunan sənədlərdən sonuncusunun təqdim edildiyi tarixdən etibarən 15 gün müddətində baxmalıdır.
İki və ya daha çox sığortaçı birləşmək barədə qərar qəbul etdikdə bu Qanunun 73-cü maddəsinə uyğun olaraq sığortaçı kimi yenidən təşkil edilən açıq səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı gündən sonra 10 gün ərzində sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya verilməsi üçün sığorta nəzarəti orqanına bu Qanunun 50.1.1-ci maddəsində nəzərdə tutulmuş məzmunda müraciət etməli, sığorta nəzarəti orqanı isə bu müraciəti aldıqdan sonra 15 gün ərzində müvafiq lisenziyanı verməlidir.
62.1. Hər bir sığortaçı böyük itkilərə məruz qalma risklərinin qarşısını almaq və gəlir əldə etmək məqsədi ilə bu Qanunun tələblərinə cavab verən, sığortaçının öhdəliklərinin strukturunu adekvat əks etdirən səmərəli investisiya siyasətini müəyyənləşdirməli və ona əsasən fəaliyyət göstərməlidir.
62.2. Sığorta nəzarəti orqanı sığortaçıların investisiya əməliyyatları ilə bağlı qaydalar müəyyənləşdirir.
63.1. Sığortaçının öz vəsaiti etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və bu vəsaitin onun məcmu kapitalının hesablanması üçün qəbul edilən hissəsi aktivlərin aşağıdakı qrupları ilə ifadə olunur:
63.1.1 dövlət qiymətli kağızları;
63.1.2 bank hesablarındakı pul vəsaitləri;
63.1.3 daşınmaz əmlak;
63.1.4 qeyri-dövlət qiymətli kağızları;
Səhifə 41
63.1.5 digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər;
63.1.6 öz işçilərinə borc verilmiş pul vəsaitləri.
63.2. Sığortaçının aktivlərin bu Qanunun 63.1.1-63.1.6-cı maddələrində göstərilməyən qruplarına investisiyaya yönəldilmiş öz vəsaiti onun məcmu kapitalının hesablanmasında nəzərə alınmır.
63.3. Sığortaçının öz vəsaitinin investisiyaya yönəldilməsi bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarla müəyyən edilir.
64.1. Sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və aktivlərin aşağıdakı qrupları ilə ifadə olunur:
64.1.1. dövlət qiymətli kağızları;
64.1.2. bank hesablarındakı pul vəsaitləri;
64.1.3. daşınmaz əmlak;
64.1.4. qeyri-dövlət qiymətli kağızları;
64.1.5. sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları;
64.1.6. sığorta ehtiyatlarında təkrarsığortaçıların payı;
64.1.7. həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc verilmiş pul vəsaitləri.
64.2. Sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri aktivlərin bu Qanunun 64.1.1-64.1.7-ci maddələrində göstərilməyən qruplarına investisiyaya yönəldilə bilməz.
64.3. Sığortaçının sığorta ehtiyatlarını təmin edən pul vəsaitlərinin investisiyaya yönəldilməsi bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarla müəyyən edilir.
65.1. Həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçı bu Qanunun 17.1-ci maddəsinin tələblərinə uyğun olaraq sığortalılar və ya sığorta olunanlardan, həmçinin öz işçilərindən başqa heç kəsə borc verə bilməz.
65.2. Həyat sığortası sahəsində fəaliyyət göstərməyən sığortaçı bu Qanunla nəzərdə tutulmuş qaydada öz işçilərindən başqa heç kəsə borc verə bilməz.
66.1. Bu Qanunun 66.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, sığortaçı özünün törəmə cəmiyyətlərindən başqa sığorta nəzarəti
Səhifə 42
orqanının razılığı olmadan digər hüquqi şəxslərin nizamnamə kapitalında mühüm iştirak payına sahib ola bilməz.
66.2. Sığorta nəzarəti orqanı digər hüquqi şəxsin nizamnamə kapitalına investisiya qoymaq üçün razılığın verilməsi barədə sığortaçının müraciətinə baxarkən vacib və ya lazım hesab etdiyi məlumatları, yaxud izahatları ondan tələb edə bilər.
66.3. Sığorta nəzarəti orqanı digər hüquqi şəxsin nizamnamə kapitalına investisiya qoymaq üçün bu Qanunun 66.1-ci maddəsində nəzərdə tutulmuş razılığın verilməsi üçün müraciətə onun daxil olduğu tarixdən etibarən 15 iş günü ərzində baxaraq müvafiq qərarı barədə müraciət edənə yazılı bildiriş göndərir.
66.4. Aşağıdakı şərtlərin hər ikisi eyni zamanda mövcud olduqda sığortaçı sığorta nəzarəti orqanının razılığını almadan yerli hüquqi şəxsin nizamnamə kapitalına investisiya qoya bilər:
66.4.1. hüquqi şəxsin nizamnamə kapitalına yönəldilən investisiyanın həcmi investisiya qoyan sığortaçının məcmu kapitalının 2 faizindən çox deyilsə;
66.4.2. nizamnamə kapitalına investisiya qoyulan hüquqi şəxs maliyyə sahəsində fəaliyyət göstərirsə.
67.1. Sığortaçının törəmə cəmiyyətləri aşağıdakılar ola bilər:
67.1.1. yerli və ya xarici sığortaçı;
67.1.2. bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növlərindən hər hansı birini həyata keçirən hüquqi şəxs.
68.1. Bu Qanunun məqsədləri üçün sığortaçının əlaqəli şəxsləri aşağıdakılardır:
68.1.1. sığortaçının idarəetmə orqanının üzvü və onun yaxın qohumları;
68.1.2. sığortaçının nizamnamə kapitalında mühüm iştirak payına sahib olan hüquqi şəxs və ya fiziki şəxs, yaxud onun yaxın qohumları;
68.1.3. sığortaçının asılı cəmiyyəti və ya sığortaçının asılı cəmiyyətinin rəhbər işçisi, onun yaxın qohumları və ya bu asılı cəmiyyətin nizamnamə kapitalında mühüm iştirak payına sahib olan hüquqi şəxs və ya fiziki şəxs, yaxud onun yaxın qohumları;
68.1.4. sığortaçının idarəetmə orqanının üzvünün əhəmiyyətli nəzarətə malik olduğu hüquqi şəxs.
Səhifə 43
68.2. Bu Qanunun 68.1-ci maddəsində göstərilmiş şəxslərdən başqa, sığorta nəzarəti orqanı öz mülahizəsi əsasında sığortaçının idarə edilməsinə və ya əməliyyatlarına hər hansı üsulla mühüm təsir göstərmək imkanı olan şəxsləri də sığortaçının əlaqəli şəxsləri kimi qəbul edə bilər.
68.3. Əqd sığortaçının törəmə cəmiyyəti tərəfindən bağlandıqda sığortaçı tərəfindən dolayısı ilə bağlanmış hesab edilir.
69.1. Sığortaçı əlaqəli şəxsləri ilə aşağıdakılar barədə əqdlər bağlaya bilər:
69.1.1. əlaqəli şəxsi olan digər sığortaçının öz üzərinə götürdüyü risklərin təkrarsığortalanması;
69.1.2. bu Qanunun investisiyalarla bağlı tələblərini nəzərə almaqla, işçisi olan əlaqəli şəxsinə borc və ya onun xeyrinə zəmanət verilməsi;
69.1.3. əlaqəli şəxsindən borca pul götürülməsi və ya ona sadə veksel verilməsi;
69.1.4. əlaqəli şəxsi ilə sığorta müqaviləsinin bağlanması;
69.1.5. əlaqəli şəxsindən aşağıdakıların satın alınması, yaxud digər yolla əldə edilməsi:
69.1.5.1. dövlət qiymətli kağızlarının və ya dövlətin zəmanət verdiyi qiymətli kağızların;
69.1.5.2. adi biznes əməliyyatlarında istifadə edilən malların.
69.2. Sığortaçı əlaqəli şəxsinə öz əmlakını əmlakın dəyərinin həmin şəxs tərəfindən tam məbləğdə ödənilməsi şərtilə sata bilər.
69.3. Sığortaçı əlaqəli şəxsinin adi biznes əməliyyatlarında təklif etdiyi xidmətlərdən istifadə edə bilər.
69.4. Sığortaçı bu Qanunun tələblərini nəzərə almaqla, adi biznes əməliyyatlarında özünün təklif etdiyi xidmətlərlə əlaqəli şəxsini təmin edə bilər.
69.5. Əlaqəli şəxs dəyərini dərhal pul formasında ödəməklə sığortaçının səhmlərini ala bilər.
69.6. Sığortaçı idarəetmə orqanının üzvü olan əlaqəli şəxsi ilə idarəetmə orqanının üzvü kimi əməyin ödənilməsi, pensiya təminatı, mükafatlandırma, opsion və digər bu kimi təminatlar barədə əqdlər bağlaya bilər.
69.7. Bu Qanunla nəzərdə tutulanlar istisna edilməklə, sığortaçı əlaqəli şəxsləri ilə digər əqdlər bağlaya bilməz.
70.1. Sığortaçı əlaqəli şəxsi ilə bu Qanunun 69.1-ci maddəsində nəzərdə tutulmuş əqdləri yalnız aşağıdakı şərtlərlə bağlaya bilər:
70.1.1. sığortaçının Direktorlar Şurası təklif olunan əqdi sığortaçının maraqlarına və bu Qanunun 69-cu və 71-ci maddələrinin tələblərinə uyğun hesab etdikdə;
Səhifə 44
70.1.2. əlaqəli şəxslərlə bağlanan əqdlərin məcmu dəyəri sığortaçının öz vəsaitinin 10 faizindən çox olmadıqda.
71.1. Sığortaçının əlaqəli şəxsi ilə bağladığı bu Qanunun 69.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əqdin şərtləri sığortaçının əlaqəli şəxsi olmayan tərəfə təklif etdiyi müvafiq əqdin şərtlərindən əlverişli olmamalıdır.
71.2. Aşağıdakı hallarda sığortaçının əlaqəli şəxsinə təklif etdiyi şərtlər əlaqəli şəxsi olmayan tərəfə təklif etdiyi şərtlərdən əlverişli hesab edilir:
71.2.1. sığortaçının əlaqəli şəxsi ilə bağladığı sığorta müqaviləsinin şərtləri sığorta riskinin qiymətləndirilməsi baxımından həmin şəxslə eyni vəziyyətdə olan, lakin sığortaçının əlaqəli şəxsi hesab edilməyən tərəfə təklif etdiyi şərtlərdən əhəmiyyətli dərəcədə əlverişli olması;
71.2.2. sığortaçının əlaqəli şəxsindən əmlakın real bazar dəyərindən əhəmiyyətli dərəcədə fərqlənən qiymətlə alması və ya ondan aşağı keyfiyyətli malların alınması;
71.2.3. sığortaçının əlaqəli şəxsinə əmlakın real bazar dəyərindən aşağı qiymətə satılması;
71.2.4. adi biznes əməliyyatlarının gedişində əlaqəli şəxs olmayan tərəflə müqayisədə, əlaqəli şəxsinin təklif etdiyi eyni cinsli və eyni keyfiyyətli malların və ya xidmətlərin dəyərinin sığortaçı tərəfindən yüksək qiymətlə ödənilməsi.
71.3. Sığortaçının bu Qanunla nəzərdə tutulmayan, bu Qanunun 70-ci maddəsinin şərtləri nəzərə alınmadan, habelə əlaqəli şəxsi olmayan tərəfə təklif etdiyi şərtlərdən əlverişli şərtlərlə əlaqəli şəxsi ilə bağladığı əqd bağlandığı andan etibarsız sayılır və heç bir hüquqi qüvvəyə malik deyil.
72.1. Sığorta nəzarəti orqanının yazılı razılığı olduqda sığortaçı bağladığı sığorta və ya təkrarsığorta müqavilələrini tam və ya qismən digər sığortaçıya ötürə bilər.
72.2. Sığortaçının sığorta və ya təkrarsığorta müqavilələrinin digər sığortaçıya ötürmək barədə qərar qəbul etməsi üçün sığortalıların və ya təkrarsığortalıların razılığı tələb olunmur.
72.3. Sığorta və ya təkrarsığorta müqavilələrinin portfelinin digər sığortaçıya ötürülməsi barədə qərar qəbul etmiş sığortaçı müvafiq razılığın alınması üçün sığorta nəzarəti orqanına müraciət etməlidir. Sığorta nəzarəti orqanı göstərilən müraciət barədə elanı Azərbaycan Respublikasında nəşr olunan iki
Səhifə 45
dövlət qəzetində aralarında 30 gün müddət olmaq və elanın dəyəri müqavilələri ötürən sığortaçı tərəfindən ödənilmək şərti ilə iki dəfə dərc etdirir.
72.4. Bu Qanunun 72.3-cü maddəsində nəzərdə tutulmuş birinci elanda sığorta və ya təkrarsığorta müqavilələrini digər sığortaçıya ötürən sığortaçının sığortalılarının və ya təkrarsığortalılarının, habelə digər maraqlı şəxslərin 30 gün müddətində özlərinə aid olan müqavilələrin ötürülməsinə etiraz etmək imkanları, həmçinin bu cür etirazın sığorta nəzarəti orqanına bildirilməsi qaydası göstərilməlidir.
72.5. Bu Qanunun 72.4-cü maddəsində göstərilən müddətdə sığortalı və ya təkrarsığortalı özünə aid olan müqavilənin başqa sığortaçıya ötürülməsinə dair etirazını bildirdikdə sığorta nəzarəti orqanı həmin müqavilənin sığortalının və ya təkrarsığortalının özünün müəyyənləşdirdiyi sığortaçıya ötürülməsi barədə müqavilələri ötürən sığortaçıya yazılı göstəriş verir.
72.6. Sığorta və ya təkrarsığorta müqaviləsinin başqa sığortaçıya ötürülməsinə etiraz edən sığortalının və ya təkrarsığortalının müəyyənləşdirdiyi sığortaçı müvafiq müqaviləni qəbul etmədikdə, sığortalı və ya təkrarsığortalının tələbi ilə sığorta və ya təkrarsığorta müqaviləsinə xitam verilə bilər. Bu halda sığorta müqaviləsi üzrə sığorta haqları tam məbləğdə sığortalıya və ya təkrarsığortalıya qaytarılmalıdır.
72.7. Sığorta və ya təkrarsığorta müqavilələrinin ötürülməsi barədə müqavilə bu Qanunun 72.3-cü maddəsində nəzərdə tutulmuş sonuncu elanın dərc edildiyi gündən 15 gün müddətində sığortaçının və hüquqi şəxs olan sığortalının Azərbaycan Respublikası ərazisindəki baş ofisində bütün şəxslər üçün adi iş vaxtlarında açıq olmalıdır.
72.8. Sığortaçının sığorta və ya təkrarsığorta müqavilələrinin tam və ya qismən digər sığortaçıya ötürməsinə razılıq verilməsi üçün tələb olunan məlumatların, materialların və digər sənədlərin siyahısını sığorta nəzarəti orqanı müəyyən edir.
72.9. Sığorta nəzarəti orqanı sığorta və ya təkrarsığorta müqavilələrinin digər sığortaçıya ötürülməsinə aşağıdakı hallarda razılıq vermir:
72.9.1. ötürülən sığorta və ya təkrarsığorta müqavilələri üzrə sığortalıların, təkrarsığortalıların və digər maraqlı şəxslərin mənafeləri adekvat olaraq nəzərə alınmadıqda;
72.9.2. sığorta və ya təkrarsığorta müqavilələri ötürülən sığortaçının müvafiq fəaliyyətlə məşğul olmaq üçün lisenziyası və ya ötürülən sığorta müqavilələrinin aid olduğu sığorta növü üzrə müvafiq icazəsi olmadıqda;
72.9.3 sığorta və ya təkrarsığorta müqavilələri ötürülən xarici təkrarsığortaçının öz ölkəsinin qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq lisenziyası olmadıqda.
Səhifə 46
73.1. Sığortaçı yalnız sığortaçı olan digər hüquqi şəxslə (şəxslərlə) birləşə bilər. Belə birləşmənin həyata keçirilməsi üçün sığorta nəzarəti orqanının razılığı tələb olunur.
73.2. Sığortaçıların birləşməsi nəticəsində təsis edilən yeni hüquqi şəxs açıq səhmdar cəmiyyəti formasında olmalıdır.
73.3. Birləşmə barədə qərar qəbul etmiş sığortaçılar müvafiq razılığın alınması üçün sığorta nəzarəti orqanına müraciət etməlidirlər. Sığorta nəzarəti orqanı göstərilən müraciət barədə elanı Azərbaycan Respublikasında nəşr olunan iki dövlət qəzetinin hər birində aralarında 30 gün müddət olmaq və dəyəri birləşən sığortaçılar tərəfindən ödənilmək şərti ilə, iki dəfə dərc etdirir.
73.4. Bu Qanunun 73.3-cü maddəsində nəzərdə tutulmuş birinci elanda birləşən sığortaçıların sığortalılarının, təkrarsığortalılarının və digər maraqlı tərəflərin 30 gün müddətində bu birləşməyə etiraz etmək imkanları, həmçinin bu cür etirazın sığorta nəzarəti orqanına bildirilməsi qaydası göstərilməlidir.
73.5. Sığortaçıların birləşməsi barədə müqavilə bu Qanunun 73.3-cü maddəsində nəzərdə tutulmuş sonuncu elanın dərc edildiyi gündən 15 gün müddətində qeyd olunan müqavilə iştirakçısı olan tərəflərin Azərbaycan Respublikası ərazisindəki baş ofisində istənilən bütün şəxslər üçün adi iş vaxtlarında açıq olmalıdır.
73.6. Sığortaçıların birləşməsinə razılıq verilməsi üçün tələb olunan məlumatların, materialların və digər sənədlərin siyahısını sığorta nəzarəti orqanı müəyyən edir.
73.7. Birləşmə nəticəsində sığortaçı kimi yenidən təşkil edilən açıq səhmdar cəmiyyəti bu Qanunun lisenziyalaşdırma ilə bağlı tələblərinə uyğun olmadıqda sığorta nəzarəti orqanı birləşməyə razılıq vermir.
74.1. Sığortaçının səlahiyyətli idarəetmə orqanı hər il sığortaçının müstəqil auditorunu təyin edir.
74.2. Aşağıdakı tələblərə cavab verən sərbəst auditorlar və ya auditor təşkilatları sığortaçının müstəqil auditoru ola bilər:
74.2.1. audit xidməti göstərmək üçün müvafiq lisenziyanın olması;
74.2.2. sığortaçıya münasibətdə müstəqil olması.
74.3. Sərbəst auditor və ya auditor təşkilatı aşağıdakı hallarda auditin aparılması nəzərdə tutulan sığortaçıya münasibətdə müstəqil hesab edilmir:
74.3.1. həmin sığortaçı ilə münasibətlərində sığortalı və ya sığorta olunan qismində çıxış etdiyi hallardan başqa, onunla hər hansı maliyyə əlaqəsində olduqda;
Səhifə 47
74.3.2. sığortaçının, onun törəmə cəmiyyətinin və ya asılı cəmiyyətinin idarəetmə orqanlarının üzvü, işçisi və ya sığorta agenti olduqda;
74.3.3. sığortaçının, onun törəmə cəmiyyətinin və ya asılı cəmiyyətinin idarəetmə orqanlarının üzvü, işçisi və ya sığorta agenti ilə hər hansı maliyyə əlaqəsində olduqda;
74.3.4. sığortaçının, onun törəmə cəmiyyətinin və ya asılı cəmiyyətinin nizamnamə kapitalında birbaşa və ya dolayısı ilə mühüm iştirak payına malik olduqda;
74.3.5. sığortaçının auditoru təyin edildiyi tarixdən əvvəlki 2 il ərzində onun törəmə cəmiyyətinin və ya asılı cəmiyyətinin müvəqqəti inzibatçısı olduqda.
74.4. Sərbəst auditor və ya auditor təşkilatı ardıcıl olaraq 3 il ərzində eyni sığortaçının müstəqil auditoru təyin edilə bilməz.
75.1. Sığortaçının müstəqil auditoru bu Qanunun tələblərinə uyğun olmadıqda səlahiyyətli idarəetmə orqanının qərarı ilə onun təyinatı geri götürülə bilər.
75.2. Sığortaçının müstəqil auditoru funksiyalarının icrasından imtina edə bilər.
75.3. Bu Qanunun 75.1-ci və 75.2-ci maddələrində nəzərdə tutulmuş hallarda Səhmdarların Ümumi Yığıncağı tərəfindən yeni auditorun təyin edilməsi 15 gün müddətində mümkün olmadıqda həmin müddətdə yeni auditoru Direktorlar Şurası təyin edir.
75.4. Yeni müstəqil auditor əvvəlki müstəqil auditorun funksiyalarının başa çatmasına qalan müddətə təyin edilir.
Sığortaçı özünün müstəqil auditorunun təyin olunması və belə təyinatın geri götürülməsi barədə qərar qəbul etdiyi, habelə müstəqil auditorun sığortaçıda öz funksiyalarının icrasından imtina etdiyi tarixdən 7 iş günü müddətində bu barədə sığorta nəzarəti orqanına yazılı məlumat verməlidir.
77.1. Müstəqil auditor sığortaçının auditini qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparmalıdır.
77.2. Sığortaçının Direktorlar Şurasının və İdarə Heyətinin üzvləri, işçiləri və ya nümayəndələri müstəqil auditorun bütün mümkün sənədləri, aktivləri və ya qiymətli kağızları sərbəst yoxlaması üçün şərait yaratmalı, sığortaçının fəaliyyəti ilə əlaqədar lazım olan bütün mümkün məlumatlarla onu təmin etməlidirlər.
Səhifə 48
77.3. Müstəqil auditor apardığı yoxlama nəticəsində qanunvericiliyə zidd olan və ya sığortaçının maliyyə sabitliyinə mənfi təsir göstərə bilən əqdlər, yaxud hallar barədə sığortaçıya və sığorta nəzarəti orqanına yazılı məlumat təqdim etməlidir.
77.4. Sığortaçının müstəqil auditoru maliyyə hesabatlarında məlumatların yanlış göstərilməsi və düzgün əks etdirilməməsi hallarının aşkar olunmamasına görə məsuliyyət daşıyır.
77.5. Sığorta nəzarəti orqanı sığortaçının müstəqil auditinin aparılmasına dair beynəlxalq sığorta nəzarəti təcrübəsinə uyğun olaraq minimum tələblər müəyyənləşdirə bilər.
77.6. Sığorta nəzarəti orqanı müstəqil auditordan sığortaçıda keçirdiyi audit və ya onun məqamları barədə yazılı məlumatın təqdim olunmasını, həmçinin auditin mövzusunun genişləndirilməsini və ya sığortaçının hesabına xüsusi məqsədli auditin keçirilməsini tələb edə bilər.
77.7. Sığortaçının auditi qanunvericiliyə və bu Qanunun 77.5-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun aparılmadıqda sığorta nəzarəti orqanı müstəqil auditoru dəyişdirməklə sığortaçının öz hesabına təkrar auditin keçirilməsini tələb edə bilər.
78.1. Sığortaçı illik maliyyə hesabatlarını sığorta nəzarəti orqanına müvafiq auditor rəyi ilə birlikdə təqdim etməlidir.
78.2. Sığortaçılar fəaliyyətləri barədə qanunvericiliklə nəzərdə tutulmuş aylıq, rüblük və illik hesabatları, habelə müvafiq məlumatları bu Qanunda nəzərdə tutulmuş qaydada sığorta nəzarəti orqanına təqdim etməlidirlər.
78.3. Sığortaçılar illik maliyyə hesabatlarını və digər illik hesabatları maliyyə hesabatlarının dərc olunduğu qəzetlərin nüsxələri ilə birlikdə maliyyə ili başa çatdıqdan 3 ay müddətində, fəaliyyətləri barədə digər hesabatları isə müvafiq hesabat dövrü başa çatdıqdan 20 gün müddətində sığorta nəzarəti orqanına təqdim etməlidirlər.
78.4. Maliyyə hesabatlarından başqa digər hesabatların siyahısını, formalarını və dövriliyini sığorta nəzarəti orqanı müəyyənləşdirir.
78.5. Bu Qanunda nəzərdə tutulmuş maliyyə hesabatları və digər hesabatlar sığorta nəzarəti orqanı tərəfindən təhlil edilir.
78.6. Sığortaçı nizamnaməsində edilən dəyişikliklərin hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınması barədə müvafiq sənədləri onları aldıqdan 5 iş günü müddətində sığorta nəzarəti orqanına təqdim etməli, habelə filial və ya nümayəndəliyinin açılması, onların fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi haqqında qərar qəbul etdiyi tarixdən 7 iş günü müddətində bu barədə həmin orqana yazılı məlumat verməlidir.
78.7. Sığortaçı sığorta sirri hesab edilən məlumatlar da daxil olmaqla öz əmlakı, o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşən
Səhifə 49
əmlakı, sığorta etdiyi risklər üzrə sığorta məbləği, verdiyi zəmanətlər, sığorta və təkrarsığorta üzrə bağladığı əqdlər, digər hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payları barədə məlumatları sığorta nəzarəti orqanının yazılı sorğusuna əsasən həmin sorğuda müəyyən edilmiş müddətdə ona təqdim etməlidir.
78.8. Sığortaçı illik maliyyə hesabatlarını maliyyə ili başa çatdıqdan 3 ay müddətində müvafiq auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasında nəşr olunan 2 qəzetdə dərc etdirməli və özünün rəsmi internet səhifəsində yerləşdirməlidir.
79.1. Sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti onun maliyyə öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirmək imkanları ilə şərtlənir.
79.2. Sığortaçının tələb olunan kapitalının minimum məbləği sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.
79.3. Sığortaçının tələb olunan kapitalının müəyyənləşdirilməsi qaydaları sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.
79.4. Sığortaçının məcmu kapitalı onun aktivlərinin diversifikasiya səviyyəsinə, etibarlılığına, investisiyaya yönəldilməsinə, rentabelliyinə, likvidliyinə, tərkibinə və digər keyfiyyət meyarlarına dair tələblər nəzərə alınmaqla bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar əsasında müəyyən edilir.
79.5. Sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğindən az ola bilməz.
79.6. Sığortaçının bir sığorta predmeti üzrə sığorta riskləri ilə bağlı şəxsi tutumunun həcmi onun məcmu kapitalının 10 faizindən çox olmamalıdır.
79.7. Bu Qanunun 79.6-cı maddəsinin tələbi nəzərə alınmaqla, sığortaçının əmlak sığortasına aid bir sığorta müqaviləsi üzrə risklərlə bağlı şəxsi tutumunun həcmi onun məcmu kapitalının 30 faizindən çox olmamalıdır.
79.8. Sığortaçının bir müqavilə əsasında sığortalana bilən və müəyyən sığorta hadisəsinin baş verəcəyi halda əksəriyyətinə zərər dəymə ehtimalı olan eyni kateqoriyalı sığorta predmetlərini süni şəkildə ayrı-ayrı müqavilələr əsasında sığortalaması qadağandır.
80.1. Sığortaçı olmaq üçün təsis edilən hüquqi şəxs dövlət qeydiyyatına alınanadək onun nizamnamə kapitalı tələb olunan kapitalın sığorta nəzarəti orqanı tərəfindən müəyyən olunmuş minimum məbləğindən az olmayan hissəsində pul ilə ödənilməlidir.
Səhifə 50
80.2. Sığortaçının nizamnamə kapitalının formalaşdırılması üçün kredit və ya borc şəklində cəlb olunmuş pul vəsaitindən, girov götürülmüş və ya qanunsuz yolla əldə edilmiş əmlakdan, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və bələdiyyə büdcələrinin, büdcədənkənar fondların pul vəsaitlərindən və dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər vəsaitdən istifadə edilə bilməz.
81.1 Sığorta ehtiyatları sığortaçının sığorta və ya təkrarsığorta müqavilələri üzrə öhdəliklərinin məcmusudur.
81.2 Sığortaçılar sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək üçün sığorta haqları hesabına sığorta ehtiyatlarını formalaşdırırlar.
81.3 Sığortaçı qüvvədə olan sığorta və təkrarsığorta müqavilələri üzrə qəbul edilmiş öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarını formalaşdırmalıdır.
81.4 Sığortaçı həyat sığortası üzrə formalaşdırdığı sığorta ehtiyatlarından yalnız həyat sığortası müqavilələri üzrə sığorta ödənişlərinin verilməsi üçün istifadə etməlidir. Sığortaçı müflisləşdikdə və ya ləğv edildikdə həmin ehtiyatlar sığortalının və sığorta olunanın seçimi əsasında digər sığortaçıya ötürülə və ya sığorta olunana qaytarıla bilər.
81.5 Sığortaçı həyat sığortası üzrə aşağıdakı ehtiyatları formalaşdırır:
81.5.1 uzunmüddətli öhdəliklər ehtiyatı (riyazi ehtiyatlar);
81.5.2 baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı;
81.5.3 bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı.
81.6 Sığortaçı qeyri-həyat sığortası üzrə aşağıdakı ehtiyatları formalaşdırır:
81.6.1. qazanılmamış sığorta haqları ehtiyatı;
81.6.2. baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı;
81.6.3. bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı.
81.7. Sığortaçının qeyri-həyat sığortası üzrə formalaşdırdığı sığorta ehtiyatları onun sığorta və təkrarsığorta müqavilələri üzrə öhdəliklərinə uyğun gəlmədikdə sığorta nəzarəti orqanı ondan əlavə ehtiyatların formalaşdırılmasını tələb edə bilər.
81.8. Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması qaydaları, onları təmin edən aktivlərin diversifikasiya səviyyəsinə, etibarlılığına, investisiyaya yönəldilməsinə, rentabelliyinə, likvidliyinə, tərkibinə və digər keyfiyyət meyarlarına dair tələblər nəzərə alınmaqla sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.
Səhifə 51
82.1. Bu Qanunun məqsədləri üçün sığorta agentləri və sığorta brokerləri sığorta vasitəçiləri hesab edilir.
82.2. Sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Sığorta agenti bir neçə sığortaçının sığorta agenti kimi fəaliyyət göstərə bilər.
82.3. Sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir.
82.4. Sığorta vasitəçiləri müştərilərinə göstərdikləri vasitəçilik, yaxud məsləhət xidmətlərinə görə komissiya və ya muzd alırlar.
82.5. Fiziki şəxs müvafiq sığorta vasitəçiliyini sərbəst və ya hüquqi şəxs olan sığorta vasitəçisinin icra orqanının rəhbəri, yaxud adi işçisi kimi onun adından həyata keçirə bilər.
82.6. Hüquqi şəxs olan sığorta vasitəçisinin icra orqanının rəhbəri kimi onun adından müvafiq sığorta vasitəçiliyini həyata keçirən fiziki şəxs belə fəaliyyətlə sərbəst məşğul ola bilməz.
82.7. Hüquqi şəxs olan sığorta vasitəçiləri istənilən təşkilati-hüquqi formaya malik ola bilər.
82.8. Sığorta vasitəçilərinin fəaliyyətinin tənzimlənməsi üçün sığorta nəzarəti orqanı müvafiq təlimatlar və qaydalar qəbul edə bilər.
83.1. Azərbaycan Respublikasında sığorta agenti və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq üçün sığorta nəzarəti orqanından müvafiq lisenziya alınmalıdır. Şəxslər bu tələbə əməl etməməyə görə müvafiq qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
83.2. Fiziki şəxs müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün aşağıdakı tələblərə cavab verməlidir:
83.2.1. ən azı 21 yaşının olması;
83.2.2. müvafiq lisenziya almaq istəyən şəxslər üçün sığorta nəzarəti orqanının müəyyən etdiyi qaydalara əsasən həmin orqanda müvafiq attestasiyadan keçməsi;
83.2.3. sığorta vasitəçiliyi fəaliyyəti üzrə lisenziyasının əvvəllər ləğv edilməməsi;
83.2.4. iqtisadi fəaliyyət və mülkiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayətə görə heç zaman məhkum edilməməsi;
Səhifə 52
83.2.5. sığorta əməliyyatlarına nəzarət etmək, istiqamətləndirmək və ya cəlb etmək üçün məcbur etmə, təzyiq və ya təsir göstərmə imkanı verən mövqeyə malik olmaması.
83.3. Hüquqi şəxs sığorta agenti fəaliyyətinə lisenziya almaq üçün onun əmək müqaviləsi əsasında işçisi olan ən azı bir şəxs fiziki şəxs kimi sığorta agenti lisenziyasına malik olmalıdır.
83.4. Hüquqi şəxs olan sığorta brokeri, habelə müstəsna olaraq sığorta agenti olmaq üçün təsis edilmiş hüquqi şəxs müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün onun icra orqanının rəhbəri fiziki şəxs kimi həmin lisenziyaya malik olmalıdır.
83.5. Hüquqi şəxs olan sığorta brokerinin səhmdarı və ya iştirakçısı sığorta əməliyyatlarına nəzarət etmək, istiqamətləndirmək və ya cəlb etmək üçün məcbur etmə, təzyiq və ya təsir göstərmə imkanı verən mövqeyə malik olmamalıdır.
83.6. Bu Qanunun 83.2.5-ci və 83.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun gəlməyən şəxslərin kateqoriyasını sığorta nəzarəti orqanı müəyyən edir.
83.7. Şəxs sığorta agenti və sığorta brokeri fəaliyyətləri ilə eyni vaxtda məşğul ola bilməz.
83.8. Sığorta agenti və ya sığorta brokeri fəaliyyətinə verilən lisenziya müddətsizdir.
83.9. Sığorta agenti və ya sığorta brokeri fəaliyyətinə lisenziya verilməsi, onun qüvvəsinin dayandırılması və ya ləğvi qaydaları bu Qanunla müəyyən edilir.
84.1. Sığorta vasitəçisi olmaq istəyən şəxs müvafiq lisenziyanı almaq üçün bu Qanunun 83.2-83.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğu təsdiq edən sənədlər və məlumatlardan başqa aşağıdakı sənədləri sığorta nəzarəti orqanına təqdim etməlidir:
84.1.1. Fiziki şəxslər:
84.1.1.1. daimi yaşayış yeri haqqında arayış;
84.1.1.2. bu Qanunun 84.3-cü maddəsi nəzərə alınmaqla, müvafiq vergi orqanında qeydiyyata alınma haqqında sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
84.1.2. hüquqi şəxslər:
84.1.2.1. dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
84.1.2.2. nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
84.1.2.3. rəhbər vəzifəyə təyin edilən şəxsin bu Qanunun 91-ci maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən sənədlər;
84.1.2.4. bu Qanunun 83.3-cü maddəsində nəzərdə tutulmuş işçinin müvafiq lisenziyaya malik olmasını təsdiq edən sənəd.
Səhifə 53
84.2. Şəxsin bu Qanunun 83.2.4-cü maddəsində nəzərdə tutulan tələbə uyğunluğuna dair sənədi sığorta nəzarəti orqanının sorğusu əsasında daxili işlər orqanı təqdim edir.
84.3. Müvafiq sığorta vasitəçiliyi fəaliyyəti ilə məşğul olmaq üçün təsis edilmiş hüquqi şəxsin icra orqanının rəhbəri kimi namizədliyi verilmiş fiziki şəxslərə, həmçinin bu Qanunun 83.3-cü maddəsində nəzərdə tutulmuş işçiyə müvafiq lisenziyanın verilməsi ilə bağlı hüquqi şəxsin müraciətinə baxılarkən bu Qanunun 84.1.1.2-ci maddəsində göstərilmiş sənədin təqdim edilməsi tələb olunmur.
85.1. Müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün müraciətlə bağlı sənədlər tam həcmdə təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda sığorta nəzarəti orqanı sənədlərin tam həcmdə təqdim edilməsini, məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb edə bilər.
85.2. Sığorta nəzarəti orqanı müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün müraciətə bu Qanunun 84.1-ci maddəsinə əsasən tələb olunan sənədlərdən, 85.1-ci maddəsinə uyğun olaraq tələb olunduqda isə, əlavələr və ya düzəlişlər edilmiş sənədlərdən sonuncusunun təqdim edildiyi tarixdən etibarən 1 ay ərzində baxmalıdır.
85.3. Sığorta vasitəçilərinə lisenziya verilməsi üçün ödənilən dövlət rüsumunun məbləği qanunvericiliklə müəyyən edilir.
86.1. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün müraciət zamanı təqdim olunan sənədləri və məlumatları bu Qanunun tələblərinə uyğun hesab edib bu barədə müraciət edənə bildirdikdən və lisenziya verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən bank sənədi təqdim olunduqdan sonra müvafiq olaraq sığorta agenti və ya sığorta brokeri fəaliyyətinə lisenziya verir.
86.2. Sığorta nəzarəti orqanı lisenziyanın verilməsi və ya lisenziya verilməsindən imtina olunması barədə məlumatı müraciət edənə bu Qanunun 85.2-ci maddəsində göstərilən müddətdə yazılı bildiriş göndərməklə çatdırır. Lisenziya sığorta nəzarəti orqanı tərəfindən fiziki şəxs olan sığorta vasitəçisinin özünə və ya hüquqi şəxs olan sığorta vasitəçisinin səlahiyyətli nümayəndəsinə şəxsən təqdim edilir.
Səhifə 54
87.1. Bu Qanunun 87.2-ci maddəsi nəzərə alınmaqla, sığortaçıların lisenziyasının forması ilə bağlı 53-cü maddəsinin, reyestri ilə bağlı 54-cü maddəsinin və yenilənməsi ilə bağlı 60-cı maddəsinin müvafiq tələbləri sığorta agentlərinin və sığorta brokerlərinin lisenziyalarının formasına, reyestrinə və yenilənməsinə də tətbiq edilir.
87.2. Sığorta vasitəçilərinə verilən lisenziyada fəaliyyət növü kimi müvafiq olaraq «sığorta agenti fəaliyyəti» və ya «sığorta brokeri fəaliyyəti» qeyd edilir.
88.1. Sığorta brokeri müvafiq lisenziya aldıqdan 15 gün müddətində öz peşə məsuliyyətini sığorta nəzarəti orqanının müəyyən etdiyi məbləğdə sığorta etdirməli və belə sığorta onun fəaliyyətinin bütün müddəti ərzində təmin olunmalıdır.
88.2. Sığorta müqaviləsinin bağlanmasında vasitəçilik və ya məsləhət xidməti göstərmiş sığorta brokerinin həmin müqavilə üzrə risklərin təkrarsığortalanması zamanı vasitəçilik və ya məsləhət xidmətinə cəlb edilməsi qadağandır. Bu tələbə riayət etməməyə görə həm sığorta brokeri, həm də müvafiq sığortaçı məsuliyyət daşıyır.
89.1. Aşağıda göstərilən şəxslər istisna edilməklə, hər bir şəxs sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin təsisçisi və iştirakçısı ola bilər:
89.1.1. bu Qanunun 89.1.2-ci maddəsinin tələblərinə cavab verməyən xarici hüquqi şəxsin törəmə cəmiyyəti olan yerli hüquqi şəxs;
89.1.2. aşağıdakı tələblərə cavab verməyən xarici şəxs:
89.1.2.1. ən azı son 5 il ərzində sığorta brokeri fəaliyyəti ilə məşğul olması;
89.1.2.2. öz ölkəsində sığorta brokeri fəaliyyəti ilə məşğul olmasının qadağan edilməməsi.
89.1.3. siyasi partiyalar;
89.1.4. qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar).
89.2. Hüquqi şəxs olan sığorta brokerinin təsisçisi və iştirakçısı eyni zamanda sığortaçıda vəzifə tuta bilməz.
89.3. Xarici sığorta brokerlərinin Azərbaycan Respublikasının ərazisində filial açması qadağandır.
Səhifə 55
90.1. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adı Azərbaycan dilində müəyyən edilməlidir.
90.2. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adında məna ifadə etməyən sözlərdən, o cümlədən hərf birləşmələrindən ibarət olan adlardan istifadə edilməsi qadağandır.
90.3. Hüquqi şəxs olan sığorta brokeri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs adının əks olunduğu lövhələrdə, blanklarda, möhürlərdə və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlarda, reklam və elanlarda nizamnaməsində müəyyən olunan tam və ya qısaldılmış addan istifadə etməlidir.
90.4. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adında müvafiq olaraq «sığorta brokeri» və «sığorta agenti» sözləri olmalıdır.
90.5. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adında «Azərbaycan», «dövlət», «milli», «mərkəzi», «büdcə», yaxud «respublika» sözlərindən qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə olunur.
90.6. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin öz adında əvvəllər təsis edilmiş və fəaliyyət göstərən sığorta vasitəçilərinin, habelə xarici sığorta vasitəçilərinin adları ilə eyni olan, yaxud bir-biri ilə dəyişik salınacaq dərəcədə oxşar olan söz və ya söz birləşmələrindən istifadə etməsi qadağandır.
90.7. Bu Qanunun 90.1-ci və 90.6-cı maddəsinin tələbləri öz adında nizamnamə kapitalının əlli faiz və ya daha çox hissəsinə malik olan xarici hüquqi şəxsin adından istifadə edən sığorta vasitəçisinə şamil olunmur.
91.1. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, onun müavinləri və baş mühasibi onun rəhbər işçiləridir.
91.2. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisinin ali təhsili olmalıdır.
91.3. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçiləri aşağıda göstərilən iş təcrübəsinə malik olmalıdırlar:
91.3.1. icra orqanının rəhbəri və onun müavinləri - maliyyə sahəsində ştat işçisi kimi ən azı 2 il;
91.3.2. baş mühasibi – mühasib kimi ən azı 2 il.
Səhifə 56
91.4. Müvafiq sığorta vasitəçisi lisenziyasına malik olmayan fiziki şəxs hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri ola bilməz.
92.1. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisi vəzifəyə sığorta nəzarəti orqanının razılığı ilə təyin edilir.
92.2. Sığorta nəzarəti orqanının razılığı olmadan hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisi vəzifəsinə təyinat, o cümlədən müvəqqəti təyinat barədə qərar qəbul edildiyi andan etibarsızdır.
92.3. Sığorta nəzarəti orqanı şəxsin rəhbər işçi vəzifəsinə təyinatı ilə bağlı müvafiq sənədlər və məlumatlar hüquqi şəxs olan sığorta vasitəçisi tərəfindən təqdim edildiyi tarixdən 10 iş günü müddətində təyinata razılıq, yaxud bu Qanunun 91-ci maddəsinin tələblərinə uyğunsuzluq aşkar etdikdə razılıqdan imtina barədə hüquqi şəxs olan sığorta brokerinə yazılı bildiriş göndərir.
92.4. Sığorta nəzarəti orqanının hər hansı şəxsin hüquqi şəxs olan sığorta vasitəçisinin rəhbər işçisi vəzifəsinə təyinatı ilə bağlı bu Qanunun 92.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə həmin maddəyə uyğun olaraq hər hansı bir yazılı münasibət bildirməməsi qeyd olunan təyinata bu orqanın razılığı kimi qiymətləndirilir.
92.5. Razılığın verilməsi üçün əsas kimi götürülmüş məlumatların yanlış olması sonradan aşkar edildikdə sığorta nəzarəti orqanı hüquqi şəxs olan sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisinin təyin edilməsinə verdiyi razılığın geri alınması və onun əsasında vəzifəyə təyin edilmiş şəxsin vəzifəsindən kənarlaşdırılması ilə bağlı təqdimat verə bilər.
93.1. Sığortaçıların hesabatları və məlumatları ilə bağlı bu Qanunun tələbləri hüquqi şəxs olan sığorta brokerlərinə də şamil edilir.
93.2. Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa hüquqi şəxs olan sığorta brokerlərinin maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması tələb olunmur.
93.3. Sığorta vasitəçilərinin hesabatları və ya məlumatları ilə bağlı əlavə tələblər sığorta nəzarəti orqanının qəbul etdiyi müvafiq təlimat və ya qaydalarda nəzərdə tutula bilər.
Səhifə 57
94.1. Sığorta brokeri fəaliyyəti sığorta brokerinin, sığorta agenti fəaliyyəti isə müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin əsas fəaliyyət növüdür.
94.2. Sığorta vasitəçisi fəaliyyəti ilə yanaşı başqa vəzifə tutan və ya başqa fəaliyyətlə məşğul olan fiziki şəxs, bu vəzifə və ya fəaliyyətlə bağlı maraqlarının sığorta vasitəçisi kimi qərar qəbul etməsinə, səlahiyyətlərini həyata keçirməsinə xələl gətirməsinə imkan verməməlidir.
94.3. Fiziki şəxs olan sığorta brokeri eyni zamanda sığortaçıda vəzifə tuta bilməz.
94.4. Hüquqi şəxs olan sığorta brokeri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs əsas fəaliyyətindən başqa yalnız aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilər:
94.4.1. sığorta sahəsində mütəxəssislərin ixtisasının artırılması məqsədilə təlimin təşkili və keçirilməsi;
94.4.2. sığortaya və əlaqəli fəaliyyət sahələrinə aid xüsusi ədəbiyyatın müxtəlif növ məlumat daşıyıcılarında hazırlanması və satışı;
94.4.3. sığorta ilə bağlı xüsusi proqram təminatının hazırlanması və satışı;
94.4.4. öz müştərilərinin sənədlərinin hüquqi ekspertizasının keçirilməsi.
95.1. Sığorta sektorunda dövlət tənzimləməsinin və nəzarətinin əsas vəzifələri aşağıdakılardır:
95.1.1. Azərbaycan Respublikasında sığorta bazarının inkişaf etdirilməsi və sığorta sisteminin təkmilləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirmək;
95.1.2. sığorta işini, həmçinin sığorta bazarını tənzimləmək və sığorta fəaliyyətinə nəzarəti həyata keçirmək;
95.1.3. sığorta işinin qanunvericilik bazasının möhkəmləndirilməsi üzrə tədbirlər həyata keçirmək, icbari sığorta növlərini və beynəlxalq sığorta sistemində Azərbaycan Respublikasının iştirakının prinsiplərini müəyyən etmək;
95.1.4. sığortaçıların, sığortalıların, sığorta olunanların, faydalanan şəxslərin və sığorta bazarının digər iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin, habelə dövlətin maraqlarının qorunması üçün tədbirlər həyata keçirmək;
95.1.5.95.1.5. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsini təmin etmək.7
Səhifə 58
95.2. Sığorta nəzarəti orqanı, onun vəzifəli şəxsi, əməkdaşı, təyin edilmiş müvəqqəti inzibatçı sığorta sektorunda tənzimləmə və nəzarətlə bağlı səlahiyyətlərini, habelə ləğvetmə ilə bağlı funksiyalarını həyata keçirərkən qanunazidd olması və qəsdən zərər vurmağa yönəldilməsi qanunvericiliyə uyğun qaydada sübuta yetirilməyən hərəkəti (hərəkətsizliyi) nəticəsində yaranan zərərlərə görə məsuliyyət daşımırlar.
95.3. Sığorta nəzarəti orqanı sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici təkrarsığortaçıların və xarici sığorta brokerlərinin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrini aparır. Bu reyestrlərin aparılması qaydalarını sığorta nəzarəti orqanı müəyyən edir.
96.1. Sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarını həyata keçirməsinin maliyyələşdirmə mənbələri aşağıdakılardır:
96.1.1. dövlət büdcəsinin vəsaitləri;
96.1.2. sığortaçıların hər birinin daxil olan sığorta haqlarından və xaricdən aldığı təkrarsığorta haqlarından onların 0,3 faizi həcmində aparılan məcburi ayırmalar.
96.2. Bu Qanunun 96.1.2-ci maddəsində nəzərdə tutulmuş ayırmalar yalnız aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:
96.2.1. sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsinə cəlb edilmiş dövlət qulluqçusu olan işçilərinin əlavə maddi həvəsləndirilməsi;
96.2.2. sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarını həyata keçirməsi üçün maddi-texniki imkanlarının genişləndirilməsi;
96.2.3. sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsinə cəlb edilmiş mütəxəssislərinin ixtisasının artırılması, o cümlədən sığorta və sığorta nəzarəti ilə bağlı beynəlxalq konfranslarda, seminarlarda, təlim kurslarında və digər tədbirlərdə iştirakı üçün əlavə vəsaitin təmin edilməsi;
96.2.4. sığorta sahəsində ixtisas artırma, təbliğat və təşviqat işlərinin həyata keçirilməsi.
96.3. Sığortaçılar bu Qanunun 96.1.2-ci maddəsində nəzərdə tutulmuş məcburi ayırmaları maliyyə ilinin hər rübü üzrə həmin rüb başa çatdıqdan sonra 20 gün ərzində sığorta nəzarəti orqanının müvafiq hesabına köçürməlidirlər.
97.1. Sığorta nəzarəti orqanı sığortaçılar və sığorta vasitəçiləri tərəfindən sığorta qanunvericiliyinə əməl edilməsini, həmçinin sığortaçının maliyyə
Səhifə 59
sabitliyini yerində araşdırma aparmaqla yoxlamaq məqsədi ilə növbəti və ya növbədənkənar səyyar yoxlama keçirir.
97.2. Sığortaçıda və sığorta vasitəçisində növbəti səyyar yoxlamalar iki ildə bir dəfədən az olmayaraq, sığorta nəzarəti orqanının müəyyən etdiyi qrafik üzrə aparılır. Növbəti səyyar yoxlama sığortaçının və ya sığorta vasitəçisinin sığorta qanunvericiliyi ilə bağlı olan bütün fəaliyyətini əhatə edir.
97.3. Növbədənkənar səyyar yoxlama aşağıdakı hallarda aparıla bilər:
97.3.1. sığortaçının maliyyə sabitliyi, o cümlədən ödəmə qabiliyyəti göstəricilərində azalma müşahidə edildikdə;
97.3.2. maliyyə ilinin yekununa görə sığortaçının balans üzrə zərəri yarandıqda;
97.3.3. təqdim edilmiş hesabatlardakı göstəricilərlə müvafiq əməliyyatların real xüsusiyyəti və ya mövcud vəziyyəti, həmçinin əldə edilmiş digər məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə;
97.3.4. bu Qanuna əsasən verilmiş təqdimatların və ya sanksiyaların icra vəziyyətinin yoxlanılması məqsədilə; bu zaman səyyar yoxlamaya müvafiq təqdimatın və ya sanksiyanın icrası üçün müəyyən edilmiş son tarixdən etibarən 60 iş günündən gec olmayan müddətdə başlanılmalıdır;
97.3.5. daxil olan şikayətlər və qanunazidd əməliyyatlar haqqında mənbəyi məlum olan məlumatlarla bağlı halların yerində yoxlanılması məqsədilə;
97.3.6. bu Qanuna əsasən verilmiş hər hansı təqdimata və ya sanksiyaya səbəb olmuş hallar, həmin təqdimat və ya sanksiyanın verildiyi tarixdən 2 il ərzində yenidən aşkar edildikdə;
97.3.7. sığorta qanunvericiliyinin yerinə yetirilməsi və ya hər hansı təcrübənin tətbiqi vəziyyətinin araşdırılması məqsədilə sığorta bazarı üzrə ümumi monitorinq keçirildikdə.
98.1. Səyyar yoxlama sığorta nəzarəti orqanının müvafiq qərarı ilə təyin edilir.
98.2. Səyyar yoxlamanın təyin edilməsi haqqında qərarda aşağıdakılar göstərilməlidir:
98.2.1. səyyar yoxlanılması təyin edilən sığortaçının və ya sığorta vasitəçisinin adı;
98.2.2. səyyar yoxlamanın növbəti və ya növbədənkənar olması;
98.2.3. səyyar yoxlama növbəti olduqda yoxlanılacaq fəaliyyət dövrü;
98.2.4. səyyar yoxlama növbədənkənar olduqda onun təyin edilməsinə əsas verən hal;
98.2.5. səyyar yoxlamanın başlanma tarixi, müddəti və başa çatdırılma tarixi;
98.2.6. səyyar yoxlama aparılması tapşırılan yoxlayıcının (yoxlayıcıların) adı, soyadı, atasının adı və sığorta nəzarəti orqanında tutduğu vəzifə.
Səhifə 60
99.1. Səyyar yoxlama 45 iş günündən çox olmayan müddətə təyin edilir.
99.2. Səyyar yoxlamanın aparılması üçün müəyyən edilmiş müddət yoxlamanın başa çatdırılması üçün kifayət etmədikdə sığorta nəzarəti orqanının müvafiq qərarı əsasında yoxlama ən çoxu növbəti 60 iş günü müddətinə qədər uzadıla bilər.
100.1. Səyyar yoxlama aparan yoxlayıcıların aşağıdakı hüquqları var:
100.1.1. sığortaçıların və sığorta vasitəçilərinin fəaliyyəti ilə bağlı sənədləri, mühasibat sənədlərini, o cümlədən ilkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, kitablarını, jurnallarını, hesablama texnikasında, mühasibat uçotu proqramlarında və başqa məlumat daşıyıcılarında olan məlumatları yoxlamaq;
100.1.2. yoxlamaya aid olan məsələlərlə bağlı sığorta fəaliyyətinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübəyə malik olan ekspert və mütəxəssisləri, o cümlədən tərcüməçiləri müvafiq xidmət göstərmələri üçün cəlb etmək;
100.1.3. yoxlanılan subyektdən sənədlərin əslinin təqdim edilməsini tələb etmək, müvafiq sənədlərin surətini götürmək;
100.1.4. aşağıda göstərilən şəxslərə yazılı sorğu verməklə yoxlamanın aparılması üçün lazım olan sənədləri, məlumatları, rəyləri, izahatları, arayışları əldə etmək:
100.1.4.1. yoxlanılan subyektin rəhbər və adi işçilərinə, yoxlanılan subyekt fiziki şəxs olduqda isə, onun özünə;
100.1.4.2. yoxlanılan subyektin törəmə cəmiyyətlərinə, bu subyektə əhəmiyyətli nəzarəti həyata keçirən və ya subyektin əhəmiyyətli nəzarəti həyata keçirdiyi şəxslərə, mühüm iştirak payının sahiblərinə, asılı cəmiyyətlərə;
100.1.4.3. yoxlanılan subyektə sığorta vasitəçiliyi xidmətləri göstərən və ya göstərmiş sığorta vasitəçilərinə;
100.1.4.4. yoxlanılan subyektin auditini aparan və ya aparmış auditorlara.
100.2. Yoxlayıcı sığorta sirri, yaxud kommersiya sirri hesab edilən məlumatları yaymağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
100.3. Fəaliyyəti yoxlanılan sığortaçı və ya sığorta vasitəçisi sığorta nəzarəti orqanına yoxlamanın aparılmasında kömək etməli, yoxlayıcıların maneəsiz bütün sənədlərlə tanış olmasına və məlumat mənbələrinə daxil olmasına, işçilərinin tələb edilən məlumat, izahat və rəy verməsinə şərait yaratmalıdır.
100.4. Səyyar yoxlamanın davam etdirilməsi yoxlayıcının sorğusuna və ya müraciətinə cavab verilənədək, müvafiq rəy təqdim olunanadək, yaxud müvafiq mütəxəssislərin xidməti başa çatdırılanadək mümkün olmadıqda, sığorta nəzarəti orqanının qərarı ilə səyyar yoxlamanın müddəti dayandırılır. Bu halda səyyar yoxlamanın başa çatma tarixi dayandırılma müddəti qədər uzadılır.
Səhifə 61
101.1. Yoxlayıcı səyyar yoxlamanın nəticələrinə dair yoxlama aktı tərtib edir. Yoxlama aktı yoxlanılan subyektin icra orqanı, o fiziki şəxs olduqda isə, özü ilə müzakirə edilir, yoxlayıcı və yoxlanılan subyektin səlahiyyətli şəxsləri tərəfindən imzalanaraq rəsmiləşdirilir.
101.2. Yoxlanılan subyekt yoxlama aktı ilə və ya onun hər hansı hissəsi ilə razılaşmadıqda, aktı imzalamaqla orada etirazı barədə qeyd-şərt edir. Yoxlanılan subyekt etirazını əsaslandıran sənədlərin əlavə olunduğu yazılı izahatı sığorta nəzarəti orqanına verə bilər.
101.3. Sığorta nəzarəti orqanı yoxlama başa çatdığı tarixdən 20 iş günündən gec olmayaraq yoxlama sənədlərinə baxmalı və bu Qanunda nəzərdə tutulmuş hallarda onun nəticələri üzrə təqdimatlar və (və ya) sanksiyalar haqqında qərar qəbul etməlidir.
102.1. Aparılan təhlillər, araşdırmalar və ya yoxlamalar nəticəsində sığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətində sığorta qanunvericiliyinin pozulması və ya buna şərait yarada bilən hallar aşkar edildikdə sığorta nəzarəti orqanı onlara belə pozuntu və (və ya) halların müəyyən müddət ərzində aradan qaldırılmasına, yaxud qarşısının alınmasına dair icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş – təqdimat verir.
102.2. Sığorta nəzarəti orqanı təqdimat verməklə, sığortaçılardan və sığorta vasitəçilərindən aşağıdakıları tələb edə bilər:
102.2.1. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı normativlərə əməl edilməsini, bu məqsədlə onun öz vəsaitinin artırılmasını, aktivlərinin likvidliyinin təmin edilməsini;
102.2.2. yeni filiallar açılmasının dayandırılmasını, mövcud filialların fəaliyyətinin dayandırılmasını, yaxud ləğv edilməsini;
102.2.3. sığortaçının daxili nəzarətinin həyata keçirilməsi qaydalarında dəyişikliklər edilməsini;
102.2.4. qanunvericiliyin tələblərinə riayət edilməməsinin və ya buna şərait yarada bilən halların müəyyən müddət ərzində aradan qaldırılması üçün tədbirlər planının müəyyən edilməsini;
102.2.5. aşağıdakı hallarda sığortaçının müvafiq orqanı tərəfindən məsələyə baxılıb qanunazidd hallar və (və ya) nöqsanlar aradan qaldırılanadək sığortaçının rəhbər işçisinin vəzifəsindən kənarlaşdırılmasını:
102.2.5.1. sığortaçının rəhbər işçisinin hərəkətlərinin bu Qanunun tələblərinə uyğun olmadığını hesab etmək üçün əsaslar olduqda;
102.2.5.2. sığortaçının rəhbər işçisi sığortaçıdakı vəzifəsinin icrası ilə bağlı 1 il ərzində ən azı iki dəfə inzibati məsuliyyətə cəlb olunduqda;
Səhifə 62
102.2.6. Bu Qanunun 96.1.2-ci maddəsində müəyyən edilmiş məcburi ayırmaların sığortaçı tərəfindən həyata keçirilməsini;
102.2.7. sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə əsasən verilməli olan, lakin ödənilməsindən imtina edilmiş sığorta ödənişinin həyata keçirilməsini;
102.2.8. sığorta nəzarəti orqanının, yaxud onun səyyar yoxlayıcısının tələb etdiyi sənədlərin və məlumatların təqdim edilməsini;
102.2.9. sığorta qanunvericiliyi ilə əlaqədar olan digər nöqsan və çatışmazlıqların aradan qaldırılmasını;
102.2.10. sığortaçının bank hesablarındakı vəsaitləri və bu vəsaitlərin müvafiq dövr üzrə hərəkəti və ya onlarla bağlı aparılmış əməliyyatlar barədə bank sənədləri ilə əsaslandırılmış məlumatların təqdim edilməsini.
102.3. Sığorta nəzarəti orqanının müvafiq təqdimatında icrası məcburi olan hər bir göstərişin səbəbi və yerinə yetirilməsinin son tarixi göstərilməlidir.
102.4. Sığorta nəzarəti orqanının müvafiq təqdimatı bu Qanunun 102.2-ci maddəsində nəzərdə tutulmuş tələblərdən birini və ya bir neçəsini əhatə edə bilər.
102.5. Rəhbər işçi bu Qanunun 102.2.5-ci maddəsində nəzərdə tutulmuş hallarda bir sığortaçıda vəzifəsindən ən azı iki dəfə kənarlaşdırılmış olduqda sığorta nəzarəti orqanının iddiası əsasında onun sığortaçılarda rəhbər işçi vəzifəsi tutmaq imkanı məhkəmənin qərarı ilə 5 il müddətində məhdudlaşdırıla bilər.
102.6. Bu Qanunun 102.2.7-ci maddəsinə əsasən verilən təqdimat vaxtında və (və ya) tam yerinə yetirilmədikdə sığorta nəzarəti orqanı sığorta qanunvericiliyində və ya sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hesablanmış sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığortaçının bank hesablarından ödənilməsi üçün banklara və ya digər kredit təşkilatlarına icrası məcburi olan icra (ödəniş) sənədi - sərəncam verə bilər.
102.7. Sığorta nəzarəti orqanı sığortaçının bank hesablarındakı vəsaitləri və bu vəsaitlərin hərəkəti barədə banklardan məlumat tələb edə bilər. Bu tələbə vaxtında və tam əməl etməyən banklar qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.
103.1. Sığorta nəzarəti orqanı bu Qanunda və inzibati qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əsaslarla aşağıdakı sanksiyaları tətbiq edə bilər:
103.1.1. sığortaçını, sığorta vasitəçisini, həmçinin onların rəhbər işçilərini inzibati məsuliyyətə cəlb etmək;
103.1.2. lisenziyanın qüvvəsini məhdudlaşdırmaq;
103.1.3. lisenziyanın qüvvəsini dayandırmaq;
103.1.4. lisenziyanı ləğv etmək.
103.2. Bu Qanunun 103.1.2-ci maddəsi təkrarsığortaçılara və sığorta vasitəçilərinə şamil edilmir.
Səhifə 63
103.3. Bu Qanunun 103.1.1-103.1.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyalar bu Qanunun 102.2-ci maddəsində nəzərdə tutulmuş təqdimatların verilməsi ilə birlikdə tətbiq edilə bilər.
104.1. Təqdimatlar və sanksiyaların tətbiqi haqqında qərarların surəti sığortaçının İdarə Heyətinin sədrinə, sığorta vasitəçisinin icra orqanının rəhbərinə, fiziki şəxs olan sığorta vasitəçisinə çatdırılması təsdiq olunan qaydada göndərilməlidir. Sığortaçıya verilən təqdimatın surəti və (və ya) tətbiq olunan sanksiya barədə məlumat sığortaçının Direktorlar Şurasının sədrinə də göndərilir.
104.2. Təqdimatlar və sanksiyalar haqqında qərarlar sığortaçının və ya sığorta vasitəçisinin ünvanına çatdırılması təsdiq edilən qaydada daxil olduğu andan qüvvəyə minir.
105.1. Lisenziyanın qüvvəsi sığorta nəzarəti orqanının sığortaçıya sığorta növünün aparılması üzrə verdiyi icazənin ləğv edilməsi yolu ilə aşağıdakı hallarda məhdudlaşdırıla bilər:
105.1.1. sığortaçı tərəfindən müvafiq ərizə təqdim edildikdə;
105.1.2. aşağıdakı hallarla bağlı verilmiş təqdimata vaxtında və (və ya) tam əməl edilmədikdə:
105.1.2.1. könüllü sığorta müqavilələrinin şərtləri qanunvericiliyə uyğun olmamaqla sığortalıların mənafelərinin pozulmasına şərait yaradırsa;
105.1.2.2. icbari sığorta müqavilələri müvafiq qanunvericiliyə uyğun olmayan şərtlərlə bağlanırsa, yaxud icbari sığorta növləri üzrə qanunvericiliklə nəzərdə tutulmuş məcburi ayırmalar vaxtında və (və ya) tam aparılmırsa;
105.1.2.3. sığorta ödənişi sığorta qanunvericiliyində və müvafiq sığorta qaydalarında nəzərdə tutulmuş qaydada verilmirsə.
105.2. Bu Qanunun 105.1.2-ci maddəsində nəzərdə tutulmuş halların aradan qaldırılması mümkün olduqda sığortaçının lisenziyası onların aradan qaldırılmasınadək, digər hallarda isə 6 ayadək müddətə məhdudlaşdırılır.
105.3. Sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir.
105.4. Sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növü üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatanadək və ya onlara sığorta qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilənədək yerinə yetirməlidir.
105.5. Lisenziyanın qüvvəsinin məhdudlaşdırılması haqqında qərarda belə məhdudlaşdırılmaya əsas verən hallar göstərilməlidir.
Səhifə 64
105.6. Lisenziyanın qüvvəsinin məhdudlaşdırılması, həmçinin belə məhdudlaşdırmanın götürülməsi barədə məlumat müvafiq qərar qəbul edildikdən 3 iş günü müddətində sığorta nəzarəti orqanının mətbuat xidməti tərəfindən yayılmaqla, həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilməlidir.
106.1. Sığorta nəzarəti orqanı aşağıdakı əsaslarla lisenziyanın qüvvəsini 6 ayadək müddətə dayandıra bilər:
106.1.1. bu Qanunun 105.1.2-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanun əsasında verilmiş digər təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi;
106.1.2. sığorta ödənişinin verilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarının sığortaçı tərəfindən icra edilməməsi;
106.1.3. lisenziyanın verilməsi üçün əsas götürülmüş sənədlərdə düzgün əks etdiriləcəyi təqdirdə sığorta nəzarəti orqanının əlavə sənəd və ya məlumat tələb etməsinə səbəb ola biləcək səhv və ya yanlış məlumatların sonradan aşkar edilməsi və sığorta nəzarəti orqanının tələbi ilə həmin sənəd və ya məlumatların 20 gün ərzində təqdim edilməməsi;
106.1.4. lisenziya sahibinin bu Qanunla icazə verilməyən fəaliyyətlə məşğul olmasının konkret faktlarla təsdiq edilməsi;
106.1.5. hüquqi şəxs olan sığorta vasitəçisinin müvafiq lisenziyaya malik olan işçisi ilə əmək münasibətlərinə xitam verilərkən onu bu Qanuna uyğun gələn digər şəxslə əvəz etməməsi;
106.1.6. bu Qanunun 105.3-cü maddəsində nəzərdə tutulmuş qadağaya riayət olunmaması;
106.1.7. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərin pozulması.8
106.2. Lisenziyanın qüvvəsinin dayandırılması sığortaçıların yeni sığorta və ya təkrarsığorta müqavilələri bağlamasını, habelə qüvvədə olan sığorta və ya təkrarsığorta müqavilələrinin müddətini uzatmasını, sığorta vasitəçilərinin sığorta əməliyyatları ilə bağlı vasitəçilik fəaliyyəti ilə məşğul olmasını qadağan edir.
106.3. Sığortaçı lisenziyanın qüvvəsinin dayandırılmasından əvvəl bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri üzrə, sığorta vasitəçisi isə sığorta əməliyyatları ilə bağlı müvafiq vasitəçilik xidməti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
106.4. Lisenziyanın qüvvəsinin dayandırılması haqqında qərarda buna əsas verən hallar və lisenziyanın dayandırıldığı müddət göstərilməlidir.
106.5. Lisenziyanın qüvvəsinin dayandırılması və ya bərpa edilməsi barədə məlumat, müvafiq qərar qəbul edildikdən 3 iş günü müddətində sığorta nəzarəti
Səhifə 65
orqanının mətbuat xidməti tərəfindən yayılmaqla, həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilməlidir.
107.1. Sığorta nəzarəti orqanı aşağıdakı hallarda bu Qanun əsasında verilmiş lisenziyanı ləğv edə bilər:
107.1.1. lisenziya sahibi lisenziyasının ləğvi barədə müvafiq müraciət etdikdə;
107.1.2. lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda;
107.1.3. 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş hal, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandıqda;
107.1.4. sığortaçının iflası proseduruna başlamaq üçün bu Qanunla nəzərdə tutulmuş hallardan biri mövcud olduqda;
107.1.5. lisenziyanın verilməsi üçün əsas götürülmüş sənədlərdə, düzgün əks etdiriləcəyi təqdirdə lisenziya verilməsindən imtinaya səbəb ola biləcək səhv və ya yanlış məlumatlar sonradan aşkar edildikdə;
107.1.6. bu Qanunun 106.2-ci maddəsində nəzərdə tutulmuş qadağaya riayət olunmadıqda.
108.1. Lisenziyanın ləğvi barədə məlumat, bu barədə qərar qəbul edildikdən 3 iş günü müddətində sığorta nəzarəti orqanının mətbuat xidməti tərəfindən yayılmaqla, həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilməlidir.
108.2. Sığorta nəzarəti orqanı lisenziyanın ləğvi haqqında qəbul etdiyi qərar barədə Azərbaycan Respublikasında nəşr olunan ən azı iki dövlət qəzetində məlumat dərc etdirir və həmin qərar qəbul olunduğu tarixdən 5 iş günü müddətində müvafiq vergi orqanına məlumat göndərir.
108.3. Sığortaçının lisenziyasının ləğvi haqqında qərar qüvvəyə mindiyi tarixdən etibarən sığortaçının bütün idarəetmə orqanlarının səlahiyyətləri dayandırılaraq bu Qanunda nəzərdə tutulmuş qaydada müvəqqəti inzibatçıya və ya ləğvetmə komissiyasına keçir, onun ləğvi prosesinə başlanılır.
108.4. Ləğv edilən lisenziyanın sahibi müvafiq lisenziyada nəzərdə tutulmuş fəaliyyətlə bağlı əqdlər bağlaya və aşağıda göstərilənlər istisna edilməklə, bank hesabları üzrə əməliyyat apara bilməz:
108.4.1. vergi və digər məcburi ödəmələrin həyata keçirilməsi;
108.4.2. işlərin aparılması ilə bağlı cari xərclərin ödənilməsi;
108.4.3. sığortaçıya ödənilmiş pul vəsaitlərinin hesaba daxil edilməsi;
108.4.4. sığortaçıya daxil olmuş sığorta haqlarından müvafiq təkrarsığorta müqaviləsi üzrə təkrarsığorta haqlarının ödənilməsi;
Səhifə 66
108.4.5. lisenziyanın ləğv edilməsindən əvvəl bağlanmış sığorta müqavilələri üzrə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta ödənişinin verilməsi;
108.4.6. sığorta brokerinin sığorta haqqı hesabındakı və ya sığorta ödənişi hesabındakı pul vəsaitlərinin təyinatı üzrə müvafiq qaydada ödənilməsi.
108.5. Qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsi, o cümlədən sığorta ödənişlərinin vaxtında verilməsi məqsədilə iş günlərində ləğv edilən sığortaçının ofis binasında müvafiq mütəxəssislərin olması təmin edilməlidir.
108.6. Fəaliyyət göstərdiyi müddət ərzində sığortaçının müvəqqəti inzibatçısı və ya ləğvetmə komissiyası bu Qanunun 108.4-108.5-ci maddələrinin tələblərinə riayət etməlidir.
108.7. Bu Qanunun 107.1.1.-ci maddəsində nəzərdə tutulmuş müraciət sığortaçının, sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin səhmdarlarının (payçılarının, iştirakçılarının) Ümumi Yığıncağı hüquqi şəxsin ləğv edilməsi barədə qərar qəbul etdiyi halda verilə bilər. Bu halda həmin müraciət müvafiq qərarın qəbul edildiyi gündən sonra 20 gün ərzində sığorta nəzarəti orqanına verilməlidir.
108.8. Sığortaçının, sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin lisenziyası bu Qanunun 107.1.2-107.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edildikdə sığorta nəzarəti orqanı lisenziyanın ləğv edilməsi barədə qərarından 20 iş günü müddətində lisenziya sahibinin məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırır. Ləğv edilən lisenziya sahibi, yaxud onun səhmdarları (payçıları, iştirakçıları) sığorta nəzarəti orqanının lisenziyanın ləğv edilməsi haqqında qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada həmin məhkəmədə qarşılıqlı iddia qaldıra bilər. Sığorta nəzarəti orqanının bu maddədə göstərilən iddiası məhkəmə tərəfindən təmin edilmədikdə müvafiq lisenziya ləğv edilməmiş hesab olunur, lisenziyanın ləğv edilməsi ilə bağlı bütün tədbirlər dayandırılır və bu barədə sığorta nəzarəti orqanı bu Qanunun 108.1 və 108.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumatlar verir.
109.1. Sığorta nəzarəti orqanı bu Qanunun 107.1.2-107.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla lisenziyanın ləğv edilməsi haqqında qərarında lisenziyası ləğv edilən sığortaçının müvəqqəti inzibatçısını da təyin edir.
109.2. Lisenziyası ləğv edilən sığortaçının müvəqqəti inzibatçısı təyin edilərkən aşağıdakılar nəzərə alınmalıdır:
109.2.1. müvəqqəti inzibatçı bu Qanunla İdarə Heyətinin sədri üçün müəyyənləşdirilmiş tələblərə cavab verməlidir;
109.2.2. lisenziyası ləğv edilən sığortaçının kreditoru, səhmdarı, işçisi və onların yaxın qohumları müvəqqəti inzibatçı təyin edilə bilməzlər.
Səhifə 67
109.3. Müvəqqəti inzibatçı sığortaçının mövcud maliyyə vəziyyəti barədə hesabatı sığorta nəzarəti orqanına və bu orqanın sığortaçının ləğvi haqqında iddia qaldırdığı məhkəməyə təqdim edir.
110.1. Lisenziyasının qüvvəsi məhdudlaşdırılan və ya dayandırılan sığortaçı aşağıdakı tələblərə əməl etməlidir:
110.1.1. qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirmək, o cümlədən sığorta ödənişlərinin vaxtında verilməsi məqsədilə sığortaçının səlahiyyətli nümayəndələrinin və müvafiq mütəxəssislərinin iş günlərində ofis binasında olmasını təmin etmək;
110.1.2. öhdəliklərini yerinə yetirmək üçün sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin müvafiq səviyyəsini saxlamaq və ya təmin etməyə səy göstərmək;
110.1.3. sığorta və ya təkrarsığorta müqavilələrinin müddəti bitənədək müvafiq hesabatları və məlumatları qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətlərdə sığorta nəzarəti orqanına təqdim etmək;
110.1.4. fəaliyyətinin digər səlahiyyətli dövlət orqanları tərəfindən yoxlanılmasının nəticələri barədə sığorta nəzarəti orqanına yazılı məlumat vermək;
110.1.5. qanunvericilikdən irəli gələn digər vəzifə və öhdəlikləri yerinə yetirmək.
110.2. Bu Qanunun 110.1.1-ci maddəsində göstərilən tələbə həmçinin ləğv edilmə prosesində olan sığortaçı da əməl etməlidir.
111.1. Sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılmasına, yaxud sığortaçının və ya sığorta vasitəçisinin lisenziyasının qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılması üçün müəyyən edilən vaxt, habelə müvafiq hallarda lisenziyanın qüvvəsinin məhdudlaşdırılmasının son müddəti başa çatdıqdan sonra 10 iş günü ərzində sığorta nəzarəti orqanı sığorta növü (növləri) üzrə fəaliyyətin, yaxud lisenziyanın qüvvəsinin bərpa edilməsi haqqında qərar qəbul edir.
111.2. Sığorta nəzarəti orqanı sığorta növü (növləri) üzrə fəaliyyətin bərpa edilməsi haqqında qərarı barədə 3 iş günü müddətində sığortaçıya, lisenziyanın qüvvəsinin bərpa edilməsi haqqında qərar barədə isə, 5 iş günü müddətində lisenziya sahibinə məlumat göndərir.
111.3. Sığorta nəzarəti orqanının lisenziyanın qüvvəsinin, yaxud sığorta növü (növləri) üzrə fəaliyyətin bərpa edilməsi haqqında qərarı müvafiq məlumat
Səhifə 68
lisenziya sahibinə çatdırılması təsdiq olunan qaydada təqdim edildiyi andan qüvvəyə minir.
112.1. Sığortaçı mülki qanunvericiliyə uyğun olaraq, həmçinin bu Fəsildə nəzərdə tutulmuş əlavə tələblər nəzərə alınmaqla, aşağıdakı əsaslar olduqda ləğv edilir:
112.1.1. sığortaçının lisenziyası bu Qanunun 107.1.1-ci maddəsinə əsasən ləğv edildikdə səhmdarların qərarı ilə (könüllü qaydada ləğvetmə);
112.1.2. sığortaçının lisenziyası bu Qanunun 107.1.2-107.1.6-cı maddələrinə əsasən ləğv edildikdə sığorta nəzarəti orqanının iddiası əsasında məhkəmənin qərarı ilə (məcburi qaydada ləğvetmə).
112.2. Sığorta nəzarəti orqanı ləğv edilən sığortaçının qəbul etdiyi risklər üzrə bağlamış olduğu sığorta və ya təkrarsığorta müqavilələrinin digər sığortaçıya ötürülməsi barədə qərar qəbul edə bilər.
113.1. Səhmdarların Ümumi Yığıncağının sığortaçının könüllü qaydada ləğvi barədə qərarının qəbul edildiyi tarixdən 20 gün müddətində sığortaçı ləğvetmə komissiyasının yaradılması və onun tərkibi barədə sığorta nəzarəti orqanına yazılı məlumat verməlidir.
113.2. Könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının üzvlərinin sayı üç nəfərdən az olmamalı və onlar müvəqqəti inzibatçı üçün, bu Qanunun 109.2.2-ci maddəsi istisna olmaqla, 109-cu maddəsində nəzərdə tutulmuş tələblərə cavab verməlidirlər.
113.3. Könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası sığorta nəzarəti orqanının yazılı sorğusu əsasında fəaliyyətinə dair sənədləri və məlumatları, həmçinin sığortalıların, sığorta olunanların, faydalanan şəxslərin mənafelərinə aid olan sənədləri və məlumatları təqdim etməyə, bu orqanın səlahiyyətli əməkdaşlarının sığortaçının binasına daxil olmasına və ləğvetmə ilə bağlı istənilən sənədlərlə işləməsinə şərait yaratmalıdır.
113.4. Ləğvetmə komissiyası sığortaçının ləğv edilməsi haqqında hesabatı və ləğvetmə balansını onları təsdiq etdiyi tarixdən 10 gün müddətində sığorta nəzarəti orqanına təqdim etməlidir.
113.5. Ləğv edilən sığortaçının əmlakının satılması ləğvetmə komissiyası tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
113.6. Sığorta nəzarəti orqanı könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının fəaliyyətinə nəzarət edir.
Səhifə 69
114.1. Sığortaçının könüllü qaydada ləğv edilməsi prosesində bu Qanunun tələblərinə əməl edilmədikdə, habelə sığortalıların və başqa kreditorların qanuni mənafelərinin pozulması faktı aşkar olunduqda sığorta nəzarəti orqanı ləğvetmə komissiyasına bu Qanunla nəzərdə tutulmuş qaydada təqdimat verə bilər.
114.2. Ləğvetmə komissiyası tərəfindən bu Qanunun 114.1-ci maddəsində nəzərdə tutulmuş təqdimata vaxtında və ya tam əməl edilmədikdə sığorta nəzarəti orqanı tərəfindən sığortaçının məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırılır.
115.1. Məhkəmə sığortaçının məcburi qaydada ləğvi barədə qərarının surətini həmin qərarı qəbul etdiyi tarixdən 10 gün müddətində sığorta nəzarəti orqanına göndərir.
115.2. Sığorta nəzarəti orqanı bu Qanunun 114.2-ci maddəsinə əsasən sığortaçının məcburi qaydada ləğv edilməsi haqqında məhkəmədə iddia qaldırdığı tarixdən, könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının səlahiyyətləri həmin orqanın iddia ərizəsində göstərdiyi müvəqqəti inzibatçıya keçir.
115.3. Məcburi qaydada ləğv edilən sığortaçının kreditorlarının siyahısı sığorta nəzarəti orqanının təqdimatı ilə məhkəmə tərəfindən təsdiq edilir.
115.4. Sığortaçının müflisləşmə ilə bağlı ləğvi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
116.1. Sığortaçının məcburi qaydada ləğv edilməsi haqqında məhkəmə qərarı qəbul edildikdən və ya müvafiq qanunvericiliyə uyğun olaraq müflis elan olunduqdan sonra 30 iş günü müddətində sığorta nəzarəti orqanı məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının üzvlərinin siyahısını təsdiq olunmaq üçün məhkəməyə təqdim etməlidir.
116.2. Məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası yaradıldığı tarixdən etibarən müvəqqəti inzibatçının səlahiyyətləri həmin komissiyaya keçir.
116.3. Könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası və onun üzvləri ilə bağlı bu Qanunun 113-cü maddəsində müəyyən edilmiş tələblər bu Qanunun 116.4-cü maddəsi nəzərə alınmaqla, məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasına da şamil edilir.
Səhifə 70
116.4. Məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının tərtib etdiyi ləğvetmə haqqında hesabat və ləğvetmə balansı məhkəmə tərəfindən təsdiq edildikdən sonra sığorta nəzarəti orqanına təqdim edilməlidir.
117.1. Sığortaçının ləğvi prosesində onun kreditorlarının mənafelərinin müdafiəsi, o cümlədən qərarların qəbul edilməsində onların iştirakını təmin etmək məqsədilə kreditorlar komitəsi yaradıla bilər.
117.2. Könüllü qaydada ləğv edilən sığortaçının kreditorlar komitəsinin tərkibi sığortaçının ləğvetmə komissiyasının təqdimatına əsasən, sığorta nəzarəti orqanı tərəfindən təsdiq edilir.
117.3. Məcburi qaydada ləğv edilən sığortaçının kreditorlar komitəsinin tərkibi sığortaçının ləğvetmə komissiyasının və sığorta nəzarəti orqanının birgə təqdimatına əsasən məhkəmə tərəfindən təsdiq edilir.
118.1. Sığortaçının iflas proseduruna aşağıdakı hallardan biri mövcud olduqda başlana bilər:
118.1.1. sığortaçı sığorta və ya təkrarsığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və (və ya) tam yerinə yetirməyə qadir olmadıqda;
118.1.2. sığortaçının məcmu kapitalı onun tələb olunan kapitalının 30 faizindən az olduqda;
118.1.3. ləğvetmə prosesində olan sığortaçı kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilmədikdə.
118.2. Məhkəmə sığortaçının iflası proseduruna başlanmasına dair iddia ərizəsinə yalnız bu maddədə göstərilən əsasları təsdiq edən sənədlər mövcud olduqda baxır. Sığortaçının iflası haqqında iddia ərizəsi sığorta nəzarəti orqanı tərəfindən verildikdə ona verilmiş lisenziyanın ləğvi haqqında müvafiq qərarın surəti həmin ərizəyə əlavə edilməlidir.
118.3. Sığortaçı qanunvericiliklə müəyyən edilmiş qaydada, sığorta nəzarəti orqanının rəyi nəzərə alınmaqla, məhkəmənin qərarı əsasında müflis elan edilə bilər.
119.1. Sığortaçı ləğv edildikdə onun kreditorlarının qanunvericiliklə müəyyən edilmiş qaydada sığortaçı tərəfindən qəbul edilən tələbləri aşağıdakı qaydada ödənilir:
119.1.1. birinci növbədə, icbari sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər;
Səhifə 71
119.1.2. ikinci növbədə, şəxsi sığorta üzrə könüllü sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər;
119.1.3. üçüncü növbədə, əmlak sığortası üzrə könüllü sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər;
119.1.4. dördüncü növbədə, müddəti başa çatmamış sığorta müqavilələri üzrə sığorta haqqının müvafiq hissəsinin bu Qanuna uyğun olaraq qaytarılması ilə bağlı tələblər;
119.1.5. beşinci növbədə, sığortaçının fəaliyyəti nəticəsində həyatına və ya sağlamlığına zərər dəymiş fiziki şəxslərin belə zərərlə bağlı tələbləri;
119.1.6. altıncı növbədə, işdənçıxarma müavinətlərinin verilməsi, əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin, həmçinin müəlliflik müqavilələrinə əsasən haqların ödənilməsi üzrə hesablaşmalar;
119.1.7. yeddinci növbədə, vergilər, rüsumlar və dövlət büdcəsi ilə bağlı digər icbari ödənişlər üzrə, həmçinin dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar; dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar istisna olmaqla, bu tələblər sığortaçının ləğvi tarixindən əvvəlki 1 il ərzində yaranmış öhdəlikləri əhatə edir;
119.1.8. səkkizinci növbədə, qanunvericiliyə müvafiq olaraq digər kreditorlarla hesablaşmalar.
119.2. Bu tələblər, ardıcıllığa riayət edilməklə, hər bir əvvəlki tələb tam həcmdə ödənildikdən sonra ödənilir.
119.3. Sığortaçının ləğvetmə prosesi ilə bağlı xərcləri və onun əmlakının girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə həmin təminatın məbləği həddində kreditorların tələbləri növbədənkənar ödənilir.
119.4. Eyni növbəyə aid olan tələblər ödənilərkən, vəsaitlər həmin tələblər arasında onların məbləğlərinə mütənasib olaraq bölüşdürülür.
119.5. Kreditorun razılığına əsasən onun tələbi pul ilə və (və ya) qanunvericiliyə zidd olmayan üsullarla, hesablamalarda nisbət gözlənilməklə tələbin əmlaka yönəldilməsi yolu ilə natura formasında ödənilə bilər.
120.1. Sığorta nəzarəti orqanının bu Qanunun tətbiqi ilə bağlı hər hansı qərarından və fəaliyyətindən məhkəməyə şikayət edilə bilər.
120.2. Bu Qanunun 120.1-ci maddəsində nəzərdə tutulmuş şikayətin verilməsi sığorta nəzarəti orqanının bu Qanunun tətbiqi ilə bağlı fəaliyyətini məhdudlaşdırmır.
Səhifə 72
Bu Qanunun məqsədləri üçün müvafiq fiziki şəxsin vətəndaş qüsursuzluğu onun sığorta nəzarəti orqanına bu barədə ərizə təqdim etməsindən sonra həmin orqanın sorğusu ilə səlahiyyətli dövlət orqanının verdiyi müvafiq arayış əsasında müəyyən edilir.
122.1. Sığortaçı adında, təşkilati-hüquqi formasında, yaxud daimi fəaliyyət göstərən orqanının yerləşdiyi ünvanda dəyişiklik edildikdə həftədə bir dəfə olmaqla, 1 ay ərzində Azərbaycan Respublikasında nəşr olunan ən azı iki dövlət qəzetində elan dərc etdirməlidir. Dərc edilən ilk belə elanın surəti sığorta nəzarəti orqanına təqdim edilməlidir.
122.2. Sığortaçılar və sığorta vasitəçiləri onlara müvafiq fəaliyyətlə məşğul olmaq hüququ verən lisenziyanın notariat qaydasında təsdiqlənmiş surətini ofis binasında görünməsi və oxunması mümkün olan yerdə yerləşdirməlidir.
123.1. Sığortaçılar və sığorta vasitəçiləri fəaliyyətləri ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sığorta statistikasını, sənədlərin uçotunu aparmalı və sənədlərin saxlanmasını təmin etməlidirlər.
123.2. Sığortaçılar və sığorta vasitəçiləri onlar tərəfindən həyata keçirilən sığorta əməliyyatlarına dair sənədləri, belə əməliyyatlar üzrə elektron daşıyıcılarında olan məlumatları müştəri və ya digər müqavilə tərəfi ilə hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı beş il müddətində, həmçinin bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi sənədlərini qanunvericilikdə nəzərdə tutulmuş müddətdə saxlamalı və zərurət yarandığı təqdirdə səlahiyyətli dövlət orqanına təqdim etməlidirlər.
124.1. Hüquqi və fiziki şəxslər sığorta qanunvericiliyinin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.
124.2. Sığortaçılar, təkrarsığortacılar və sığorta vasitəçiləri “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan
Səhifə 73
Respublikası Qanununun tələblərinə əməl edilməməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
İcbari sığorta qanunlarında başqa hal nəzərdə tutulmamışdırsa, icbari sığorta növləri üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.
126.1. Bu Qanunun 7.6-cı və 25-ci maddələrinin tələbləri bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 1 ildən gec olmayaraq bütün sığortaçılar tərəfindən təmin edilməlidir.
126.2. Bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 3 ay müddətində bütün sığortaçılar bu Qanunun 126.1-ci maddəsinin tələblərinin yerinə yetirilməsi ilə bağlı tədbirlər planını razılaşdırmaq üçün sığorta nəzarəti orqanına təqdim etməlidir.
127.1. Bu Qanunun 9.1-ci, 9.2-ci, 90.1-ci və 90.2-ci maddələrinin tələbləri müvafiq olaraq bu Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl lisenziya almış sığortaçılara və hüquqi şəxs olan sığorta brokerlərinə şamil edilmir.
127.2. Bu Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl sığorta və ya sığorta vasitəçiliyi fəaliyyəti üzrə lisenziyası ləğv olunmuş, yaxud lisenziya verilməsindən imtina edilmiş, adında müvafiq olaraq “sığorta”, “təkrarsığorta” və “sığorta brokeri” sözü olan hüquqi şəxslər bu Qanun qüvvəyə mindiyi tarixdən 3 ay müddətində bu Qanunun 4.1-ci maddəsinin tələbini təmin etməli və ya könüllü qaydada ləğv edilməlidirlər.
127.3. Hüquqi şəxslər Bu Qanunun 127.2-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət etmədikdə sığorta nəzarəti orqanı onların məcburi qaydada ləğv olunmaları barədə məhkəmədə iddia qaldırmalıdır.
Səhifə 74
128.1. Bu Qanunun 14.1-ci maddəsinin tələbi bu Qanunun qüvvəyə mindiyi tarixədək sığorta fəaliyyətinə lisenziya almış, habelə həm həyat, həm də qeyri-həyat sığortası sahələri üzrə fəaliyyət göstərməyə icazəsi olan sığortaçılara bu Qanun qüvvəyə mindiyi tarixdən 3 il müddətində şamil edilmir.
128.2. Bu Qanunun 128.1-ci maddəsinə uyğun olaraq həm həyat, həm də qeyri-həyat sığortası sahələri üzrə fəaliyyət göstərən sığortaçılar bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 6 aydan gec olmayaraq öz fəaliyyətlərində aşağıdakıları təmin etməlidirlər:
128.2.1. tələb olunan kapitalla bağlı bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələbləri həyat və qeyri-həyat sığortası sahələrinin hər biri üzrə ayrı-ayrılıqda yerinə yetirməlidir;
128.2.2. həyat sığortası müqavilələri üzrə işlərin aparılması xərclərinin, investisiya gəlirlərinin və sair iqtisadi göstəricilərin, sığorta tələblərinin, iddiaların, sığorta hadisələri üzrə zərərlərin və öhdəliklərin uçotu ümumi sığorta sahəsindəki müqavilələr üzrə müvafiq göstəricilərin uçotundan ayrı aparılmalıdır;
128.2.3. həyat sığortası üzrə sığorta ehtiyatlarının vəsaitləri ümumi sığorta sahəsi üzrə sığorta ehtiyatları vəsaitlərindən ayrılıqda uçota alınmalı, investisiya edilməli və saxlanmalıdır;
128.2.4. sığorta növlərində həyat və qeyri-həyat sığortasına aid olan sığorta sinifləri birləşdirilə bilməz.
128.3. Bu Qanunun 128.1-ci maddəsinə uyğun olaraq həm həyat, həm də qeyri-həyat sığortası sahələri üzrə fəaliyyət göstərən sığortaçının ümumi sığorta sahəsi ilə bağlı sığorta ödənişləri üzrə öhdəlikləri yarandıqda, həyat sığortası sahəsinə aid sığorta ehtiyatlarının üzərinə həbs qoyula, onlara məcburi müsadirənin tələbləri və digər üsulları tətbiq oluna bilməz.
Sığortaçılar könüllü sığorta növləri üzrə müvafiq sığorta qaydalarını bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 1 il müddətində sığorta qanunvericiliyinin tələblərinə uyğunlaşdırmalı və sığorta nəzarəti orqanı ilə razılaşdırmalıdırlar.
Bu Qanunun qüvvəyə mindiyi tarixədək sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya almış sığortaçıların bu Qanun qüvvəyə mindiyi tarixdən sonra müvafiq müddətin bitməsi ilə əlaqədar sığorta nəzarəti orqanına edəcəkləri
Səhifə 75
müraciətlərə bu Qanunla müddətsiz lisenziyanın verilməsi ilə bağlı müəyyən edilmiş tələblər və prosedurlar şamil olunur.
Bu Qanunun qüvvəyə mindiyi tarixdən etibarən 6 ay müddətində bütün sığortaçılar bu Qanunun VI Fəslinin müddəalarına zidd olan bütün halların aradan qaldırılmasını təmin etməlidirlər.
Bu Qanunun VII Fəslinin müddəaları bu Qanunun qüvvəyə mindiyi tarixədək bağlanmış əqdlərə dəyişiklik edilmədiyi və müddətinin uzadılmadığı hallarda həmin əqdlərə şamil edilmir.
133.1. Bu Qanunun sığorta agentlərinin lisenziya alması və bununla bağlı digər müddəaları bu Qanunun qüvvəyə mindiyi tarixdən 1 il sonra tətbiq edilir.
133.2. Bu Qanunun 133.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, fəaliyyət göstərən, lakin bu Qanunun XI Fəslinin tələblərinə uyğun olmayan sığorta agentləri sığorta agenti fəaliyyətini dayandırmalıdır. Onlar sığorta agenti fəaliyyətini davam etdirmək üçün bu Qanunun tələblərinə uyğun qaydada lisenziya almalıdırlar.
133.3. Bu Qanunun qüvvəyə mindiyi tarixdən 1 il ərzində sığorta nəzarəti orqanı sığorta agentlərinin qeydiyyatını bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada aparmalıdır.
Bu Qanunla rəhbər işçilərə dair müəyyən edilmiş tələblər Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl müvafiq rəhbər vəzifəyə təyin edilmiş şəxslərə şamil edilmir.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Bakı şəhəri, 25 dekabr 2007-ci il
Səhifə 76
№ 519-IIIQ
2008-ci il 15 mart tarixində “Xalq qəzeti”nin 58-ci (25823) nömrəsində dərc edilib.
1. 2008-ci il 13 iyun tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)
2. 2009-cu il 30 iyun tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 22 iyul 2009-cu il, № 158)
Səhifə 77