Sığorta hadisəsi baş verərsə?

info

İcbari Avtomobil Sığortası üzrə Sığorta Hadisəsi Baş Verərsə:

  1. Hadisə baş verdikdə:

    • Dərhal 102 nömrəsinə zəng edərək DİN/DYP əməkdaşlarını hadisə yerinə çağırın.
    • Əgər hadisə nəticəsində xəsarət alan şəxslər varsa, onların həyatını xilas etmək üçün 103 (Təcili yardım), 112 (FHN) və digər aidiyyəti qurumlara məlumat verin.
  2. Sığorta şirkətinə məlumat vermək:

    • Hadisədən dərhal sonra nəqliyyat vasitəsinin icbari sığortasını təmin edən sığorta şirkətinə məlumat verilməlidir.
    • Sığorta şəhadətnaməsində sığortaçının qaynar xətt nömrələri qeyd olunur. Əgər bu nömrələri bilmirsinizsə, 9707 SMS xidmətindən istifadə edin.
    • Zərərvuran nəqliyyat vasitəsinin icbari sığortasının olub-olmaması və hansı sığorta şirkətində sığortalandığı barədə məlumat üçün 9707 qısa nömrəsinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını göndərin.
  3. Hadisə yerini tərk etməyin:

    Zərər dəymiş əmlakı olduğu vəziyyətdə saxlayın və sığorta şirkətinə (və ya onun nümayəndəsinə) təqdim edin. Əmlakın yerinin dəyişdirilməsi yalnız aşağıdakı hallarda mümkündür: 

    • Zərərin qarşısının alınması və həcminin azaldılması.
    • Əmlakın digər şəxslərin hərəkətinə mane olmaması.
    • Sığorta şirkətinin 5 gün ərzində baxış keçirməməsi.
    • Sığorta şirkətinin yazılı razılığı olduqda.
  1. Sığorta tələbinin təqdim edilməsi:

    • Hadisə barədə şifahi məlumat verdiyiniz vaxtdan etibarən 3 iş günü ərzində sığorta tələbinin formasını sığorta şirkətindən tələb edin.
    • Formanı dolduraraq dərhal sığorta şirkətinə təqdim edin.

Qeyd: Hadisə zamanı bütün prosedurların vaxtında və düzgün icra edilməsi kompensasiya prosesinin sürətli və problemsiz aparılmasını təmin edəcək.