İcbari əmlak sığortası

Mənzil və Eviniz üçün İcbari Əmlak Sığortasını Onlayn əldə edin
Çıxarış və şəxsiyyət vəsiqəsi məlumatlarınızı daxil edin – sığorta şəhadətnamənizi Dəqiqələr içində əldə edin!

Hər hansı çətinlik olduqda, ekranın sağ alt küncündəki əlaqə vasitələrindən biri ilə bizimlə əlaqə saxlayın.

Onlayn şəhadətnamə yarat

İcbari Əmlak Sığortası – Mənzil və Ev Sığortası Onlayn

İcbari Əmlak Sığortası - daşınmaz əmlakın yanğın, partlayış, təbii fəlakətlər və digər gözlənilməz hadisələr nəticəsində zədələnməsi, məhv olması və ya tamamilə itirilməsi zamanı dəyən maddi zərərin qarşılanması məqsədilə tətbiq olunan sığorta növüdür.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, mənzil, fərdi yaşayış evi və qeyri-yaşayış obyektlərinə sahib olan bütün mülkiyyətçilər icbari əmlak sığortasını əldə etməlidirlər.

Kasko.az üzərindən icbari əmlak sığortasını onlayn rəsmləşdirə, mənzil və ev sığortanızı çıxarış və şəxsiyyət vəsiqəsi məlumatları ilə bir neçə dəqiqə ərzində asan və rəsmi şəkildə əldə edə bilərsiniz.


Mənzillər və fərdi evlər üçün sığorta haqqı və təminat məbləğləri

Bakı şəhəri
Sığorta haqqı: 50 AZN
Təminat məbləği: 25.000 AZN

Gəncə, Sumqayıt, Naxçıvan
Sığorta haqqı: 40 AZN
Təminat məbləği: 20.000 AZN

Digər şəhər və rayonlar
Sığorta haqqı: 30 AZN
Təminat məbləği: 15.000 AZN


İcbari Əmlak Sığortası hansı risklərə qarşı təminat verir?

İcbari əmlak sığortası aşağıdakı risklər nəticəsində yaranan zərərləri əhatə edir:

  • Yanğın – mənzil və ya obyektin yanması nəticəsində dəyən zərər

  • Partlayış – qaz sızması və digər partlayış halları

  • Təbii fəlakətlər – zəlzələ, sel, tufan və digər təbii hadisələr

  • Su sızması – boru partlaması və ya qonşu mənzildən axan suyun vurduğu ziyan

  • Qanunsuz hərəkətlər – vandalizm, qarət və digər qanunsuz əməllər


İcbari Əmlak Sığortası üzrə cərimələr

İcbari əmlak sığortasını əldə etməyən mülkiyyət sahibləri üçün Azərbaycan Respublikasının qanunvericiliyində inzibati cərimələr nəzərdə tutulur:

  • Adi vətəndaşlar – 30 AZN

  • Vəzifəli şəxslər – 80 AZN

  • Hüquqi şəxslər – 110 AZN

Daşınmaz əmlakın qorunması və inzibati cərimələrlə üzləşməmək üçün icbari əmlak sığortasının vaxtında və rəsmi şəkildə rəsmiləşdirilməsi tövsiyə olunur.


İcbari Əmlak Sığortasını onlayn əldə etməyin üstünlükləri

  • Tam onlayn və rəsmi şəkildə rəsmiləşdirmə

  • Sığorta şəhadətnaməsinin bir neçə dəqiqə ərzində təqdim olunması

  • Şəffaf və etibarlı proses

  • Rahat və sürətli xidmət

İcbari əmlak sığortanızı onlayn şəkildə əldə edin və mənzilinizin maliyyə təhlükəsizliyini təmin edin.

Bizimlə Əlaqə