Kasko.az haqqında

Kasko.az — onlayn sığorta xidmətləri üzrə ixtisaslaşmış platformadır. Əsas xidmət istiqamətimiz KASKO sığortadır. Avtomobilinizə və ehtiyaclarınıza uyğun KASKO təklifi almağa, sığorta şərtlərini müqayisə etməyə və müqavilənin rəsmiləşdirilməsini rahat şəkildə tamamlamağa kömək edirik.


KASKO sığortasında hissə-hissə ödəniş, uyğun avtomobillər üçün rəsmi servis təminatı və müxtəlif sığorta təminatları təqdim olunur. Mütəxəssislərimiz sizə uyğun KASKO qiyməti və təminatları barədə ətraflı məlumat verir, seçim və rəsmiləşdirmə prosesində dəstək göstərir. Bununla yanaşı, icbari avtomobil, əmlak, tibbi və səyahət sığortası xidmətlərimizdən də yararlana bilərsiniz.

Üstünlüklərimiz

Qənaət edirsiniz

Sərfəli seçim

KASKO və digər sığorta təkliflərini müqayisə etməyə kömək edirik. Ehtiyaclarınıza və büdcənizə uyğun sığortanı sərfəli şərtlərlə rahatlıqla seçirsiniz.

Peşəkar yanaşma

Peşəkar dəstək

Sığorta seçimindən müqavilə bağlanana qədər sizin yanınızdayıq. Suallarınıza cavab alır, sığortanızı rahatlıqla rəsmiləşdirirsiniz.

Etibarlı  sığorta seçimi

Etibarlı xidmət

Sığorta şərtləri və təminatlar barədə sizə aydın məlumat təqdim edirik. Nə əldə etdiyinizi əvvəlcədən bilir, sığorta seçiminizi əminliklə edirsiniz.

Tez-tez verilən suallar

KASKO seçilən sığorta şərtlərindən asılı olaraq yol-nəqliyyat hadisələri, yanğın, təbii fəlakətlər, üçüncü şəxslərin qanunazidd hərəkətləri və digər risklər üzrə təminat verə bilər. Dəqiq təminatlar və istisnalar sığorta müqaviləsinin şərtləri ilə müəyyən olunur.

KASKO sığorta qiyməti avtomobilin markası, modeli, istehsal ili, bazar dəyəri, istifadə təyinatı, seçilən təminatlar, franşiza və digər sığorta şərtlərinə əsasən müəyyən olunur. Dəqiq qiymət avtomobil və seçilən KASKO şərtlərinə uyğun fərdi hesablanır.

KASKO sığortanın rəsmiləşdirilməsi üçün adətən avtomobilin qeydiyyat şəhadətnaməsi (texpasport), sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi tələb olunur. Əlavə sənədlər seçilən sığorta şərtlərindən asılı olaraq tələb oluna bilər.

Bəli, uyğun KASKO təklifləri üzrə sığorta haqqını hissə-hissə ödəmək mümkündür. Ödəniş müddəti və şərtləri seçilən sığorta təklifinə əsasən müəyyən olunur.

Bəli, uyğun avtomobillər və sığorta şərtləri üzrə rəsmi servisdə təmir seçimi mümkündür. Rəsmi servis imkanının mövcudluğu avtomobilin xüsusiyyətləri və seçilən KASKO təklifindən asılıdır.

İcbari avtomobil sığortası əsasən sizin təqsiriniz nəticəsində üçüncü şəxslərə vurulan zərərin ödənilməsini nəzərdə tutur. KASKO isə müqavilədə nəzərdə tutulan risklər baş verdikdə öz avtomobilinizə dəyən zərərin qarşılanmasını təmin edə bilər.

Tərəfdaşlarımız

Paşa sığorta loqo
Atəşgah sığorta logo
Xalq sığorta loqo
Agroup sığorta