Kasko sığorta

KASKO sığorta üzrə qiymət təklifi alın

KASKO üzrə qiymət təklifi almaq üçün aşağıdakı formanı doldurun. Mütəxəssisimiz sizinlə əlaqə saxlayaraq zəruri məlumatları dəqiqləşdirəcək. Avtomobilinizə və seçdiyiniz təminatlara uyğun qiymət təklifi hazırlanıb sizə təqdim olunacaq.

🔥 KASKO-da 20% ENDİRİM — 31 oktyabradək

Məlumatları daxil edin

🚗 Kasko sığorta nədir?

KASKO sığorta — avtomobilinizi yol-nəqliyyat hadisələri, yanğın, təbii fəlakətlər, üçüncü şəxslərin qanunsuz hərəkətləri və digər sığorta riskləri nəticəsində yaranan maddi zərərlərə qarşı qoruyan könüllü avtomobil sığortasıdır.


İcbari avto sığortadan fərqli olaraq, KASKO sığorta öz avtomobilinizə dəyən zərərlərin sığorta müqaviləsində nəzərdə tutulan təminat və şərtlər çərçivəsində qarşılanmasına imkan verir. Daha ətraflı..


💰 Kasko sığorta qiyməti necə müəyyən olunur?

KASKO sığorta qiyməti avtomobil və seçilən sığorta şərtlərinə əsasən müəyyən olunur. Qiymətə əsasən aşağıdakı amillər təsir edir:

  • Avtomobilin markası, modeli, istehsal ili və bazar dəyəri
  • Avtomobilin istifadə təyinatı
  • Sürücünün yaşı və sürücülük təcrübəsi
  • Seçilən sığorta təminatları və risklər
  • Franşiza (azadolma) məbləği
  • Təmir və servis seçimi

Avtomobilinizə uyğun dəqiq KASKO qiymətini öyrənmək üçün məlumatları daxil edin və fərdi KASKO təklifi əldə edin.


🛡️ Kasko sığorta hansı riskləri əhatə edir?

Seçilən sığorta şərtlərindən asılı olaraq, KASKO sığorta aşağıdakı risklər üzrə təminat verə bilər:

  • Yol-nəqliyyat hadisələri — toqquşma, aşma və digər qəza halları
  • Təbii fəlakətlər — sel, daşqın, dolu, fırtına və digər təbii hadisələr
  • Yanğın və partlayış nəticəsində avtomobilə dəyən zərərlər
  • Üçüncü şəxslərin qanunazidd hərəkətləri nəticəsində yaranan zərərlər
  • Avtomobilin üzərinə əşyaların düşməsi və ya atılması nəticəsində yaranan zərərlər

KASKO sığortanın əhatə etdiyi risklər, təminatlar və istisnalar seçilən sığorta müqaviləsinin şərtlərinə əsasən müəyyən olunur.


📊 Franşiza (Azadolma məbləği) nədir?

Franşiza (azadolma məbləği) sığorta hadisəsi zamanı yaranan zərərin sığortalı tərəfindən qarşılanan və sığorta ödənişindən çıxılan hissəsidir. Franşiza məbləği KASKO sığorta müqaviləsində əvvəlcədən müəyyən edilir.

Məsələn: müqavilədə franşiza 100 AZN müəyyən edilibsə və sığorta hadisəsi nəticəsində avtomobilə 1 000 AZN zərər dəyibsə, müqavilə şərtlərinə uyğun olaraq 100 AZN franşiza məbləği çıxılır və 900 AZN sığorta ödənişi hesablanır.

Franşiza məbləği KASKO sığorta qiymətinə təsir edən amillərdən biridir. Adətən daha yüksək franşiza sığorta haqqının azalmasına, daha aşağı franşiza isə sığorta haqqının artmasına təsir edə bilər. Daha ətraflı..


🚗 Kasko sığortanı necə əldə etmək olar?

Avtomobiliniz və əlaqə məlumatlarınızı daxil edin. Mütəxəssislərimiz təqdim etdiyiniz məlumatlar əsasında avtomobilinizə uyğun KASKO qiyməti və sığorta şərtləri üzrə təklif hazırlayacaq.


📋Təklifinizi indi alın

Avtomobilinizə uyğun KASKO sığorta qiyməti və şərtlərini öyrənmək üçün onlayn müraciət edin.